Icma.az
close
up
RU
Su ödənişində yeni tarif Qiymət dəyişəcək

Su ödənişində yeni tarif Qiymət dəyişəcək

Icma.az, Metbuat saytına istinadən bildirir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov deyib ki, su tariflərinin differensiallaşması ilə bağlı təhlillər aparılır və bu mexanizm ölkəmizdə tətbiq edilə bilər. Bəs suyun differensial tarifi dedikdə nə nəzərdə tutulur? Bu tarif tətbiq ediləndə qiymətlər dəyişəcək?

İqtisadçı ekspert Xalid Kərimli Metbuat.az-a açıqlamasında bildirib ki, suyun differensial tarifi əslində əhali üçün tam yenilik deyil. Hazırda işıq və qazda olduğu kimi, burada da aşağı, orta və yüksək limitlər müəyyənləşdirilir.

Onun sözlərinə görə, tarif tətbiq ediləndə qiymətlər birmənalı şəkildə dəyişəcək:

“Məsələn, hazırda suyun bir kubmetri 70 qəpik, kanalizasiyanın isə 30 qəpikdirsə, limitlər müəyyənləşəndən sonra bu rəqəmlər dəyişəcək. Amma aşağı limitin neçə kubmetr olacağı hələ məlum deyil. Bu məsələ Tarif Şurasının səlahiyyətindədir. Ola bilər ki, aşağı limit eyni qalsın, orta və yuxarı limitlər artsın. Hər halda qiymətlər arasında fərq yaranacaq. Burada mühüm məqamlardan biri limitin həcmi və onun aylıq, yoxsa illik tətbiq edilməsidir. Məsələn, qazda illik limit (1200 kubmetr) müəyyən edilib, işıqda isə aylıq (300 kilovat). Su üçün də bu məsələ vacibdir, çünki xüsusən yay aylarında suvarma və digər məqsədlərlə suya tələbat artır. Buna görə də limitin illik müəyyənləşdirilməsi daha məqsədəuyğundur”.

X.Kərimlinin fikrincə, limitlərin tətbiqi müsbət prosesdir:

“Birincisi, tarif artımı hamıya eyni dərəcədə təsir etmir, aşağı limitdə artım daha az olur.
İkincisi, bu, insanları qənaətə sövq edir. Eyni zamanda daha çox su istifadə edən, yəni imkanlı şəxslər daha çox ödəyir. Məsələn, həyəti böyük olan, hovuzu olan və ya daha çox qurğu işlədən ailələr daha çox su sərf edir. Bu da sosial ədalət prinsipinə uyğundur. Limit siyasəti, yəni differensial tariflər, ümumilikdə proqressiv yanaşmadır. Bəzən insanlar limit keçməmək üçün narahat olur, amma bu, eyni zamanda qənaətə meyilliliyi artırır. Bəzi insanlar düşünür ki, limitlər ləğv olunsa, qiymət aşağı olacaq. Amma əslində elə deyil, limit ləğv ediləndə adətən orta qiymət tətbiq olunur, yəni aşağı deyil”.

Ekspert qeyd edib ki, differensial tariflər tətbiq ediləndən sonra qiymətlərin hazırkı 70 qəpikdən aşağı olacağı gözlənilmir:

“Əksinə, bu hədd minimal səviyyə kimi qala bilər, hətta artması da mümkündür. Tariflərlə bağlı qərarlar müvafiq qurumların səlahiyyətindədir, amma bu sahədə şəffaflıq və hesabatlılıq hələ də zəifdir. Ümumən baxanda, cəmiyyətdə bu məsələyə münasibət fərqli olsa da, mən differensiallaşmanı müsbət qiymətləndirirəm. Çünki daha çox su istifadə edən imkanlı şəxslərin daha baha ödəməsi sosial baxımdan ədalətlidir və qənaəti təşviq edir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 06 Oktyabr 2025 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see263

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see262

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see241

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see233

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see230

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see224

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see221

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see220

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see206

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see203

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see197

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see193

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see186

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see183

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see182

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see175

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see174

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see168

Elm sərhədləri aşır: Bakı beynəlxalq tibb dünyasını bir araya gətirəcək

02 Oktyabr 2026 21:47see157

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri