Su qıtlığı böhranı böyüyür Fransada bəzi şəhərlərdə su şüşə ilə paylanır
Icma.az, Yenisabah saytına istinadən bildirir.
Fransada güclü quraqlıq səbəbindən 40 mindən çox insan evlərində içməli suyun kəsilməsi ilə üzləşib.
“Yeni Sabah” xəbər verir ki, Avropa İttifaqının (Aİ) Yer müşahidə proqramı “Copernicus”un məlumatlarına görə, bu ilin yayında ölkənin böyük hissəsində ciddi quraqlıq hökm sürür. İyulun ortalarına olan məlumata görə, Fransanın ərazisinin 85 faizində quraqlıqla bağlı xəbərdarlıq edilib.
Fransanın Ekoloji Keçid naziri Monik Barbu Parisdə keçirilən böhran toplantısından sonra ölkədəki vəziyyətlə bağlı açıqlama verib. Nazirin sözlərinə görə, quraqlıq demək olar ki, bütün Fransanı əhatə edib. Avqustun əvvəlində ölkə ərazisinin 65 faizində müşahidə olunan quraqlığın son 25 ildə yalnız nadir hallarda yaşanan səviyyədə olduğu bildirilib. Sezar pizza
Barbu qeyd edib ki, quraqlıq səbəbindən 40 mindən çox insanın evində içməli suyun verilməsi dayandırılıb. Ölkənin bütün bölgələrində sudan istifadəyə müxtəlif məhdudiyyətlər tətbiq olunub.
Nazir bildirib ki, əsas məqsəd Fransanın bütün ərazilərində insanların içməli suya çıxışını təmin etməkdir. Bəzi şəhərlərdə əhaliyə içməli su xüsusi su çənləri və su şüşələri vasitəsilə çatdırılır. Fransada rekord temperatur və yağıntıların azalması səbəbindən su ehtiyatlarının azalması ölkədə ciddi narahatlıq yaradıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 13 Avqust 2026 01:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















