Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Su qiyməti”nə Çempionlar Liqasına

Su qiyməti”nə Çempionlar Liqasına

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Oktyabrın 1-də "Qarabağ” növbəti vacib qarşılaşmaya çıxacaq. "Köhlən atlar” Tofiq Bəhramovun adını daşıyan Respublika stadionunda Danimarka təmsilçisi "Kopenhagen”i qəbul edəcək. Səfərdə "Benfika”nı üstələyən "köhlən atlar” bütün Avropanı təəccübləndirməyi bacardı. Bu qələbə eyni zamanda "Qarabağ”ın turnir hədəflərini də yüksəltdi, azarkeşlərimizin növbəti mərhələ haqqında düşünməsinə əsaslar verdi. İndi rəqibləri "Qarabağ”a daha ehtiyatla yanaşır, azarkeşlər isə ondan daha artığını gözləyir.

Sözsüz ki, təkcə istəməklə, arzulamaqla nəticə qazanmaq, yüksək hədəflərə çatmaq olmaz. Bunun üçün hamı əlini daşın altına qoymalı, bacardığı qədər kluba dəstək verməlidir. O cümlədən də azarkeşlər çətin məqamda "Qarabağ”a öz dəstəklərini daha yaxından hiss etdirməlidirlər. Dəstək deyəndə təkcə sosial şəbəkələrdə tənqid etmək, kluba uğurlar arzulamağı nəzərdə tutmuram. Azarkeş kluba sahib çıxmalı, bilet alıb, tribunadakı yerini tutmalı, klubun lisenziyalı məhsullarını pul verib almaqla büdcəyə minimal da olsa, xeyir verməyə çalışmalıdır. Təəssüflər olsun ki, xüsusiylə sonuncu iki məqam bizim azarkeşlərin xoşuna gəlmir, onlar belə missiyanı ciddi öhdəlik kimi qəbul etmirlər.

Bu gün "Qarabağ” ölkə çempionatında "Qəbələ”ni qəbul edəcək. Amma tribunaları doldurmaq kimi mənəvi məsuliyyət heç kimin yadına düşməyəcək. İndi hamının arzusu "Kopenhagen”lə oyuna bilet əldə etmək, Respublika stadionundakı qarşılaşmanı canlı izləyə bilməkdir. Bəlli məsələdir ki, həmin qarşılaşmada tribunada olmağı arzulayanların sayı stadionun real tutumundan xeyli çoxdur. Ona görə də bilet əldə etmək də bir yarışa çevrilib. "Kopenhagen”lə oyunda tribunada yer almaq üçün cəld tərpənməli, tələb olunan prosedurları daha tez yerinə yetirib, onlayn biletini əldə etməlisən. 

Məlum məsələdir ki, Çempionlar Liqasının əsas mərhələsi səviyyəsindəki bir oyuna biletlər heç də ucuz olmamalıdır. Söhbət qitənin ən nüfuzlu klub turnirindən gedir. Burda Avropanın top-komandaları yarışır. "Qarabağ” bu səviyyəli yarışa ən ucuz bilet satan klubdur. Buna heç şübhəm yoxdur. Bəli, biletlərin qiymətində müəyyən artım var. Amma yenə də "Qarabağ”ın ev oyunlarına biletlərin qiyməti "Kayrat”ın oyunundan xeyli ucuzdur. "Kopenhagen”lə oyuna satışa çıxarılan biletlərin qiyməti 5 manatdan başlayır. Mərkəzi sektorlara tərəf getdikcə 10, 30, 40, 50 manata çatan qiymətlər var. Loru dillə desəm, ən orta yerə 75 manata bilet almaq olar. Heç 50 dollara çatmır. Almatı "Kayrat”ının ev oyununa ən ucuz bilet təxminən 100 manatdır. Bu qiymət rəsmən klub tərəfindən açıqlanıb. Mərkəzi sektorlara biletlər isə 950 manatdan satılıb qurtarıb. Arada 10 dəfəyə yaxın fərq var.

Hamı "Qarabağ”dan milyonluq hücumçu transfer etməsini istəyir. Hamı "Qarabağ”ın Bakıda Danimarka çempionu "Kopenhagen”i məğlub etməsini gözləyir, bu arzuyla yanaşır. Amma biletlərin qiyməti 5 manat artan kimi narazılıq səsləri yüksəlir, elə eyni adamlar "Qarabağ”ı asıb-kəsməyə başlayır. Nə baş verir? İnciməyin, bu məsələdə haqsızlıq edirsiz. İllərlə Çempionlar Liqası arzulamışıq, orda təmsilçimizin olmasını istəmişik. Amma indi bir şüşə suyun qiymətinə Çempionlar Liqasının qarşılaşmasına bilet almaq, "Qarabağ”a dəstək vermək istəmirsiz. Sizi başa düşmək çətindir, əziz dostlar.

Amal Abuşov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 26 Sentyabr 2025 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see505

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see477

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see286

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see267

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see260

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see259

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see250

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see248

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see247

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see243

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see238

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see226

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see225

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see224

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see216

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see214

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see203

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see200

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see197

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri