Su qiymətinə tanınmış markalı avtomobillər satılır
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Dövlət əmlakının özəlləşdirilməsi çərçivəsində təşkil olunan növbəti hərrac yekunlaşıb.
Avtosfer.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sentyabrın 29-da keçirdiyi hərracda ümumilikdə 26 nəqliyyat vasitəsi öz sahibini tapıb.
Satış zamanı bəzi avtomobillər üzrə alıcılar arasında ciddi qiymət artımı müşahid olunub. Belə ki, start qiyməti 11 min 700 manat təyin edilən “Toyota Corolla” markalı avtomobil 14 min 500 manata, ilkin dəyəri 12 min 300 manat olan “Hyundai Equus” markalı nəqliyyat vasitəsi isə 14 min 123 manata realizə olunub. Hərracda satılan digər avtomobillərin tam siyahısı qurumun rəsmi internet resursunda yerləşdirilib.
Qeyd edək ki, oktyabr ayı ərzində dövlət əmlakının özəlləşdirilməsi üzrə daha 4 hərracın keçirilməsi planlaşdırılır. Növbəti satışlar 6, 13, 20 və 27 oktyabr tarixlərinə təyin edilib. Hərracda iştirak etmək istəyən şəxslər “emlak.gov.az” və “auksion.gov.az” portalları üzərindən elanlarla tanış ola bilərlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 01 Oktyabr 2026 15:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















