Su qutusuna və skamyaya təpik atdı Fati emosiyalarına hakim ola bilmədi
Sportal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ansu Fati “Barselona”nın “Selta” üzərində 4:3 hesablı qələbə qazandığı La Liqanın 32-ci tur matçında növbəti dəfə meydana çıxmadığı üçün emosiyalarına nəzarət edə bilməyib.
Sportal.az xəbər verir ki, 22 yaşlı vinger ikinci hissə boyunca digər komanda yoldaşları ilə birgə kənarda isinmə hərəkətləri etsə də, oyuna daxil olmayacağı bəlli olduqdan sonra narazılığını açıq şəkildə nümayiş etdirib. Belə ki, o, ehtiyat oyunçular skamyasına tərəf gedərkən su qutusuna və skamyaya təpik atıb.
Fati La Liqada sonuncu dəfə 2023-cü ilin noyabrın 10-da oynayıb. 2025-ci ildə isə yalnız iki matçın son dəqiqələrində meydana çıxıb: İspaniya Kubokunda “Barbastro”ya (4:0) və Çempionlar Liqasında “Borussiya”ya (4:0) qarşı oyunlarda.
Bu hadisə futbolçunun "Barselona"dakı vəziyyətinin getdikcə daha da mürəkkəbləşdiyini göstərir və yayda onun gələcəyi ilə bağlı ciddi qərarlar verilə bilər.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 20 Aprel 2025 00:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















