Ansu Fati emosiyalarını saxlaya bilmədi Flikin qərarına etiraz etdi
Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Barselona"nın hücumçusu Ansu Fati La Liqanın 32-ci turunda emosiyalarını saxlaya bilməyib.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, o, evdə "Selta"nı 4:3 hesabı ilə məğlub etdikləri matçda özündən çıxıb.
Belə ki, 22 yaşlı oyunçu uzun müddət isinmə hərəkətləri etsə də, baş məşqçi Hans-Diter Flik onu sonadək meydana buraxmayıb. Fati isə alman mütəxəssisin qərarını həzm edə bilməyərək texniki zonadakı su yeşiyinə təpik vurub.
Xatırladaq ki, Ansu 2024-cü ilin 10 noyabr tarixindən La Liqada oynamır. O, 2025-ci ildə İspaniya Kubokunda "Barbastro" (4:0), Çempionlar Liqasında isə Dortmund "Borussiya"sı ilə matçların sonlarında forma şansı qazanıb.
Nihat
Baxış sayı:118
Bu xəbər 20 Aprel 2025 21:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















