Icma.az
close
up
RU
Su sisteminə qoşulmada qeyrimüəyyənlik hökm sürürdü Ekspert

Su sisteminə qoşulmada qeyrimüəyyənlik hökm sürürdü Ekspert

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

"Qiymət tənzimlənməsi dayanıqlı və keyfiyyətli xidmət göstərilməsinə töhfə verəcək. Tarif (qiymət) Şurasının müvafiq qərarları bunu deməyə əsas verir".

Bu barədə Modern.az-a iqtisadçı-ekspert Samir Heydərov "Su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulma xidməti" ilə bağlı Tarif (qiymət) Şurasının müvafiq qərarından danışıb.

Onun sözlərinə görə, bu məsələdə söhbət əslində, qoşulmaların qiymətinin tənzimlənməsindən gedir.

"Belə ki, sözügedən sahədə indiyədək vahid tarif yox idi. Təbii ki, bu da sui-istifadə hallarına yol açırdı. İndi isə Tarif (qiymət) Şurasının müvafiq qərarı ilə vahid tarif müəyyənləşdirilib. Başqa sözlə, kim su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulursa, müvafiq qoşulma qiymətlərindən istifadə edir. Qeyd edildiyi kimi, bu da sui-istifadə hallarını aradan qaldırır.  

Beləliklə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təklifi nəzərə alınaraq Tarif (qiymət) Şurasının iclasında su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma xidmətinə görə ilk dəfə olaraq tariflər təsdiq edilib. Bununla da müvafiq sahədə dövlət tənzimlənməsi olmadan pərakəndə şəkildə fərqli məbləğlərlə həyata keçirilməsinin qarşısı alınıb".  

Samir Heydərov bildirir ki, su təchizatı və tullantı sularının axıdılması üzrə təsdiqlənən tariflərdə əhali abonentləri üzrə qoşulma üçün həm sosial xarakterli, həm də şəhər və regionlar üzrə diferensial yanaşma tətbiqi gerçəkləşdirilib. Belə ki, əhali abonentləri üçün Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi 200 manat, digər inzibati ərazi vahidləri üzrə isə 170 manat müəyyənləşdirilib.  

Tullantı sularının axıdılması şəbəkəsinə qoşulma üzrə tariflər Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə 345 manat, digər inzibati ərazi vahidləri üzrə isə 290 manat səviyyəsində təsdiqlənib. Bundan başqa, sutka ərzində tələb edilən buraxılış həcmi 100 kubmetrə qədər olan tikinti obyektləri üçün su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi borunun diametrindən asılı olaraq 995 manat və ya 1015 manat, tullantı sularının axıdılması şəbəkəsinə qoşulmaya görə 1635 manat məbləğində müəyyənləşdirilib. Qoşulma ilə əlaqədar tikinti obyektinin vəsaiti hesabına görüləcək işlər 30 metrədək məsafəni əhatə edir. Bu məsafə 30 metrdən artıq olduqda isə mövcud şəbəkə təchizatçı tərəfindən genişləndirilir və bunun üçün əlavə ödəniş tələb edilmir.

Ekspert bildirir ki, bu sahədə tənzimləmə qoşulma ilə bağlı xərcləri azaldacaq, dayanıqlı və keyfiyyətli xidmət göstərilməsinə öz töhfəsini verəcək, maliyyə şəffaflığına və uçot sisteminin təkmilləşdirilməsinə, eyni zamanda, pərakəndəliyin aradan qaldırılması ilə sahibkarlar tərəfindən investisiya qoyuluşu zamanı xərclərin əvvəlcədən hesablanmasına şərait yaradacaq. 

Samir Heydərov fikirlərinin davamında qeyd edib ki, Tarif (qiymət) Şurasının müvafiq qərarları iqtisadi elmi–nəzəri prinsiplərə və sosial yanaşmaya əsaslanır. Belə ki, bəzi inkişaf etmiş ölkələri çıxmaq şərti ilə dünya ölkələrinin əksəriyyətində su təchizatı dövlətin inhisarında olur. Bu baxımdan inhisarçı bazarda fəaliyyət göstərən satıcının davranışı ilə tam rəqabət bazarında fəaliyyət göstərən satıcının davranışı fərqlidir. İnhisarçı qiyməti özü müəyyənləşdirdiyinə görə (burada inhisarçı dövlətdir), onu tam rəqabət bazarındakı satıcıdan fərqli olaraq, istehsalın həcminin artırılması deyil, optimal buraxılış həcmi maraqlandırır. Optimal buraxılış həcmini tapan satıcı həm xərclərini minimumlaşdırır, eyni zamanda, xidmətin keyfiyyətini artırır. Nəzərə alsaq ki, burada satıcı dövlətdir, xidmətin göstərilməsində sosial yanaşma da prioritetlik təşkil edir.

Yəni əvvələr su sistemlərinə qoşulmada müəyyən xaotik bir hal var idi. Bu hal da suyun istehlakında israfçılığa səbəb olurdu. Bu da müəyyən problemlərə yol açırdı. Eyni zamanda xərcləri artırırdı. Dövlət qurumu xidmətdə effektivliyi artıra bilmirdi. Su sisteminə qoşulmada qeyri-müəyyənlik hökm sürürdü.

İndi isə vahid tarifin olması, su təchizatı və tullantı sularının axıdılması üzrə təsdiq olunmuş tariflərdə əhali abonentləri üzrə qoşulma üçün həm sosial yanaşmanı, həm də şəhər və regionlar üzrə diferensial yanaşmanın tətbiqini gerçəkləşdirib. İndiyədək bu sahədə işlər dövlət tənzimlənməsi olmadan pərakəndə şəkildə fərqli məbləğlərlə həyata keçirilib.  

Bu baxımdan Tarif (qiymət) Şurasının müvafiq qərarları biznes muhitinin yaxşılaşdırılması baxımından təqdirəlayiqdir, eyni zamanda, sahibkarlığın inkişafı üçün vacibdir. Sahibkarlıq fəaliyyətində aktivliyə yol açır. Bununla yanaşı, əhalinin su təchizatında xidmət keyfiyyətini artırmaqla su sisteminə qoşulmada şəffaflığı da təmin edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Yanvar 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see298

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see296

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see295

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see290

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see286

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see268

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see267

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see263

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see262

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see248

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see244

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see238

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see229

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see226

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see224

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see214

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see208

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see206

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri