Icma.az
close
up
RU
Məsafəyə görə ödəniş sisteminə hazır deyilik Ekspert açıqladı

Məsafəyə görə ödəniş sisteminə hazır deyilik Ekspert açıqladı

Icma.az, Operativ MM portalına istinadən məlumat yayır.

“Bakı Metropoliteni” QSC gələcəkdə gediş haqqının differensial – yəni məsafəyə görə dəyişən qaydada tətbiq oluna biləcəyini açıqlayıb.

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov məsafəyə görə ödəniş sisteminin Azərbaycanda metropolitendə tətbiqinin hələ tez olduğunu bildirib. Onun sözlərinə görə, bu istiqamətdə infrastruktur və texniki imkanlar tam formalaşmadığından məsafəyə əsaslanan tarif mexanizmi real görünmür.

Ekspert qeyd edib ki, hazırda Nizami metrosu ilə 28 May metrosu arasında xəttlərin ayrılması və tənzimlənməsi ilə bağlı müxtəlif variantlar müzakirə olunur və bu prosesin ən azı bir il–il yarım davam edəcəyi gözlənilir.

Aslan Əsədov deyib ki, məsafəyə görə tarif sistemi əsasən çoxsaylı stansiya və geniş metro şəbəkəsi olan şəhərlərdə tətbiq edilir:

“70, 80 və ya 50 stansiyası olan metrosistemlərində birinci stansiyadan sonuncuya qədər olan məsafə uzun olduğu üçün ödəniş də buna uyğun hesablanır. Məsələn, 28 Maydan Müşfiq stansiyasına metro ilə bir stansiya getmək 30–60 qəpiyə başa gəlirsə, həmin məsafəni taksi ilə getmək ən azı 10 manatdır. Orada məsafə ilə tarif ‘başabaş’ deyilən prinsiplə uyğunlaşdırılır. Bu sistemə uyğunluq vacibdir”.

Ekspert əlavə edib ki, məsafəyə görə ödəniş sisteminin tətbiqi üçün əvvəlcə infrastruktur buna hazır olmalı, bütün texniki və təşkilati məsələlər həll edilməlidir:

“Hazır olmadıqda bu barədə danışmaq və ya onun real şəkildə həyata keçirilməsi qeyri-mümkün görünə bilər”.

Əsədov vurğulayıb ki, məsələ hazırda Azərbaycanın nəqliyyat sistemi üçün aktual olmağına baxmayaraq, yaxın 1–1,5 il ərzində bu mexanizmin tətbiqi gözlənilmir.

Afət ZİYADQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 27 Noyabr 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see456

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see364

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see294

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see287

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see280

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see257

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see241

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see241

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see235

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see228

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see227

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see220

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see217

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see214

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see206

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see205

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see193

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see184

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see184

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri