Suares Sportinq in UEFA Çempionlar Liqasındakı rekordçusu olub
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Portuqaliyanın "Sportinq" klubunun kolumbiyalı hücumçusu Luis Suares UEFA Çempionlar Liqasının hazırkı formatında komanda tarixinin ən yaxşı bombardiri olub.
Bakıvaxtı.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı forvard buna liqa mərhələsinin II turunda Fransanın "Lans" klubunu 2:0 hesabı ilə məğlub etdikləri səfər matçında fərqlənməklə nail olub.
Səfər görüşünün 22-ci dəqiqəsində hesabı açan L.Suares Çempionlar Liqasında "Sportinq"in heyətində 7-ci qolunu vurub. O, bununla da daha əvvəl hesabında 6 qol olan Liedson, Fransişku Trinkan və Viktor Dyekereşi geridə qoyaraq siyahıda birinci pilləyə yüksəlib.
L.Suares 2025-ci ilin yayında İspaniyanın "Almeriya" klubundan "Sportinq"ə keçib. Ötən mövsüm Çempionlar Liqasında 5 qol vuran futbolçu Portuqaliya çempionatında 28 dəfə fərqlənərək turnirin ən yaxşı bombardiri olub.
O, ümumilikdə 2025/2026 mövsümündə komandanın heyətində keçirdiyi 53 matçda 38 qola imza atıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 14 Oktyabr 2026 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















