Icma.az
close
up
RU
Şüarı insanlıq olan peşə sahibləri ANALİZ

Şüarı insanlıq olan peşə sahibləri ANALİZ

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan filosofu Əhvədi Rüknəddinin belə bir gözəl kəlamı vardır: “İnsanlıq olmalı insana şüar". Yazıma təsadüfi olaraq bu sözlərlə başlamadım. İnsanlıq anlayışı geniş və vacib bir məfhumdur.Peşəsindən, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq hər kəs bu anlayışın kəsb etdiyi mənanın mahiyyətini dərk etsə, düşünürəm ki, dünyamız daha gözəl, həyatımız daha xoş olar.

İnsanlığı özünə şüar edən müəllimlər cəmiyyətimizdə əsas rol oynayır və yeni nəslin formalaşmasında fəal iştirak edirlər. Müəllimlik dövlət qarşısında böyük məsuliyyətin dərk edilməsidir. Xeyirxahlıq, insanlara sevgi, münasibətlərdə səmimiyyət hissinə malik olan bu peşə sahibləri cəmiyyətimiz üçün şəxsiyyət yetişdirdiklərinin fərqinə varmalıdırlar. İnsanlığın da gələcəyinin biz müəllimlərdən asılı olduğunu desəm, yəqin ki yanılmaram.

İyirmi beş ildən artıq iş təcrübəsi olan Azərbaycan dili və ədəbiyyat müəllimi kimi onu deyə bilərəm ki, cəmiyyətimizdə baş verən sürətli dəyişikliklərə, inkişafa baxmayaraq, bizim işimizin əsasını təşkil edən şagirdlərimizə olan sevgi əsrlər boyudur ki, dəyişməz olaraq qalmaqdadır.

Bəs bu sevgini necə çatdırmalı, necə qazanmalıyıq? Əlbəttə ki, səmimi ünsiyyətimiz vasitəsilə. Tədris fəaliyyətimizdə məqsədimizə çatmaq üçün dövrün tələblərinə uyğun olaraq informasiya-kommunikasiya texnologiyalarından imkan daxilində fəal istifadə etməyə çalışsaq da bilik və bacarıqlara, ən əsas ünsiyyət bacarıqlarına malik olmalıyıq. Çünki ən müasir kompüter belə müəllimi və onun emosional sözlərini əvəz edə bilməz.

Müəllimlik bir istedaddır. Peşəmiz bizi ədalətli,dözümlü, müdrik,ironik, mehriban, mərhəmətli, məntiqli, gülərüz, sərt, qayğıkeş, narahat, yeri gəldikdə isə hətta hiyləgər olmağa məcbur edir. Sadaladıqlarım arasında mənfi xüsusiyyətlər də var. Sual oluna bilər: sərt, hiyləgər kimi sözlər müəllimə yaraşarmı? Əlbəttə ki, yox. Amma bu həyatda deyil, müxtəlif məqamlarda, vəziyyətdən asılı olaraq yüksək bir amala xidmət üçün, şagirdlərimizə yeni nəsə öyrətmək məqsədilə etdiklərimizdir. Belə olmağımıza səbəb dərs dediyimiz, ünsiyyətdə olduğumuz şagirdlərin də müxtəlifliyidir. Onların sırasında tələbkarlığı xoşlayanı, gülərüz münasibətə öyrəşəni, qayğıya ehtiyac duyanı və başqa xasiyyətlərə malik olanları var.Qeyd etdiklərim ayrı-ayrı ailələrdən gələn, fərqli şagirdlərimizin hər birinə uyğunlaşaraq, onlarla dil tapmağa, məqsədimizə çatmağa, tədris prosesində diqqətini lazım olan mövzuya yönəltməyə xidmət edir. Axı hər bir uşağın təkcə ünsiyyətə deyil, həm də emosional əlaqəyə ehtiyacı var. Müəllim şagirdə bu gün dərsdə fərqləndiyini söyləməkdən və ona tez-tez “yaxşı”, “əhsən”, “sənin fikirlərin çox maraqlıdır” deməklə həvəsləndirməkdən çəkinməməlidir. Bu, uşaqlara özünəinam hissi aşılayır, onlarda növbəti addımı daha möhkəm atmaq istəyi yaradır, dərsi daha həvəslə öyrənməyə maraq oyadır. Əgər müəllim yalnız bilik verməyə çalışırsa və şagirdlərinin daxili aləmi, duyğuları ilə maraqlanmırsa, şagirdlər də onu başa düşə bilməyəcəklər. Mən uşağa qarşı sərt və tələbkar ola bilərəm, amma əgər şagird mənim onunla maraqlandığımı hiss edirsə, ona səmimi şəkildə kömək etmək istədiyimi başa düşəcək, dediklərimi də qəbul edəcəkdir. Yazıçılığı ilə bərabər gözəl bir müəllim kimi yaddaşlarda qalan, hər kəsə nümunə olan Mir Cəlal Paşayevin sözləri ilə desək “Balalarımızın tərbiyəsi, vətənimizin gələcəyi, ədalət, həqiqət naminə hər vasitəyə əl atmaq gərəkdir”.

Müəllim hər gün sinfə girəndə hər şeyin öhdəsindən gəlməli, işinə üzündə təbəssümlə başlamalıdır. Mədəni davranış, səbir və peşəmizlə əlaqədar yenilikləri qəbul edərək inkişaf etmək bacarığı, yəni öyrədərək öyrənmək əsas şərtlərdəndir. Düzdür, bu siyahıya çox əlavələr etmək mümkündür. Sadəcə, bunlara daha çox üstünlük vermək lazımdır. Çünki bizə mədəni davranışa malik, yeniliklərlə ayaqlaşan və bu işdə səbir nümayiş etdirən yeni nəsil lazımdır. Düşünürəm ki, müəllimlər fəaliyyətlərini ümummilli lider Heydər Əliyevin dediyi: “Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir” fikrini əsas götürərək qurmalıdırlar.

Mədəni davranışda yazımın əvvəlində qeyd etdiyim ünsiyyət bacarığı əsasdır. Şagirdlərə təlim-tərbiyə prosesində həyata keçirdiyimiz ünsiyyət ilk günlərdən elə qurulmalıdır ki, pedaqoji fəaliyyətimizi lazımınca həyata keçirmək mümkün olsun. Ünsiyyət zamanı həm də səbir nümayiş etdirməliyik.

Səbirli insanlar cəmiyyətdə həmişə başqaları tərəfindən qəbul olunur və sevilirlər. Mənəvi dəyərlərdən biri olan səbir insan psixologiyasında müsbət təsirə malik olan çox mühüm amildir. Müəllim səbirli və təmkinli olmağa borcludur. Alışmadığı, fərqli münasibətləri görsə belə, anlamağı bacarmalı, eyni zamanda ünsiyyət zamanı səhvləri səbirlə başa salmalıdır. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin sözləri ilə desək:

Səbri, hövsələni unudan insan

Ağildan, şüurdan açmasın dastan.

Fəaliyyətim dövründə mövzunu qavramaqda, fikirlərini çatdıqrmaqda, sinif yoldaşları önündə danışmaqda çətinlik çəkən şagirdlərim az olmamışdır. Lakin mən onların hər birinə səbirlə yanaşmışam, fərdi tapşırıqlar hazırlayaraq, onlara az da olsa, nəsə öyrətmişəm. Bəzilərinin isə konfidensiallığı qorumaq şərtilə problemlərini araşdırmış, söhbətlər apararaq dərsə cəlb etmişəm.

Həmçinin, müəllim çalışdığı sahədə olan yenilikləri qəbul etməyi, tədrisi onun əsasında qurmağı bacarmalıdır, inkişafa açıq olmalıdır. Sürətlə inkişaf edən cəmiyyətimizdə hər bir sahədə olduğu kimi elm və tədris işlərində də yeniliklər mövcuddur. Hər bir müəllim bu yenilikləri qəbul etməyi, onunla ayaqlaşmalıdır. Yeri gəldikdə isə həmin məsələlərlə əlaqədar obyektiv fikrini deməkdən çəkinməməli, yeniliklərə imza atmalıdır. Nəzərə almaq lazımdır ki, bu yeniliklərin məqsədi də insanlığa xidmətdir.

Biz biliklərimizi, bacarıqlarımızı, mədəniyyəti şagirdlərimizə o zaman yaxşı təlqin edən bilərik ki, özümüz bütün bunlara əməl edək. Tərbiyə etməyə çağırırıqsa, özümüz də nümunə olmalı, yenilikləri öyrənməyə çalışmalıyıq.

Hər bir müəllimin arzusudur ki, şagirdləri onları hörmətlə, xoş sözlərlə xatırlasınlar, qəlbən minnətdar olsunlar. Amma bu hörməti qazanmaq, yaddaşlarda nümunə olaraq qalmaq heç də hər müəllimə qismət olmur. Elm öyrətməyi qarşısına məqsəd qoyan şəxslər çalışmalıdır ki, təhsil ocağına bilik üçün gələn uşaqların həyatında məktəb illəri də vacib mərhələyə çevrilsin. Yalnız mövzuları öyrətməklə kifayətlənmək olmaz, dediklərimiz, öyrətdiklərimiz sonrakı dövrlərdə də, ümumən, həyatda da gərəkləri olmalıdır. Müəllim bir nümunə olmalıdır.

Hər dərs günü şagirdlərimin sevgi, inam dolu gözləri mənə baxır. Onların parlaq, aydın gözləri maraq ilə doludur, baxışları mehribandır, mənə inanaraq baxır və diqqətlə dinləyirlər, hər addımımı qiymətləndirirlər. Məndən çox şey gözləyirlər. İnsanlığa, onun qorunmasına xidmət edən bir müəllim kimi mən onlara bilik və ünsiyyət xoşbəxtliyini bəxş edir; Azərbaycan dilinin incəlikləri və gözəlliyini,ədəbiyyatımızın zənginiyini onlara çatdırır; şagirdlərə özlərini tanımağa, imkanlarına inanmağa, xeyirxahıq, vicdan və şərəf kimi mənəvi keyfiyyətlərini itirmədən uğur qazanmağa yardımçı oluram.

Seyidova Səadət Cəbrayıl qızı

Suraxanı rayonu S. Abdullayev adına 290 №-li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:224
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Oktyabr 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see399

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see383

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see313

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see308

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see233

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see217

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see215

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see213

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see206

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see203

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see193

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see190

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see188

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see182

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see181

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see180

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see178

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see165

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri