Icma.az
close
up
RU
Subay kişiləri niyə ailəvi restoranlara buraxmırlar? AÇIQLAMA

Subay kişiləri niyə ailəvi restoranlara buraxmırlar? AÇIQLAMA

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Restoranlarda müştəri seçimi ilə bağlı mübahisəli hallara tez-tez rast gəlinir. Xüsusilə bəzi iaşə obyektlərinin tək gələn kişiləri məkana buraxmaması narazılığa səbəb olur. Geniş müzakirə edilən bu davranışların hüquqi əsasının olub-olmaması isə ciddi sual doğurur. Qanunvericilik bu növ daxili qadağaları qəti şəkildə rədd edir.
İctimai iaşə obyektləri hər kəsə açıq məkanlardır və burada müştərilər arasında cinsinə görə fərq qoyulması birbaşa hüquq pozuntusudur. Sahibkarların öz mülklərində istədikləri qaydanı tətbiq edə biləcəkləri barədə düşüncələri qanundan kənardır. Qanunla müəyyən edilmiş qaydada fəaliyyət göstərən heç xidmət obyekti vətəndaşı tək olduğuna görə qapıdan geri qaytara bilməz.
Mövzu ilə bağlı vəkil Turan Abdullazadə Demokrat.az-a bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən, dövlət cinsindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir:
"Həmçinin insan hüquq və azadlıqlarının cinsə görə məhdudlaşdırılması qadağandır. Restoranlar ictimai iaşə müəssisələri hesab olunur və mülki hüquq çərçivəsində bu cür müəssisələr xidmətlərini hamıya eyni şərtlərlə təqdim etməlidir. Bu yanaşma ictimai müqavilə prinsipi ilə tənzimlənir.
Ailəvi restoran anlayışı hüquqi kateqoriya deyil və bu status xidmət göstərərkən cinsə görə ayrıseçkiliyə əsas vermir. Buna görə də tək gələn bir şəxsin yalnız kişi olduğu üçün məkana buraxılmaması Konstitusiyanın 25-ci maddəsi və mülki qanunvericiliyin tələbləri ilə ziddiyyət təşkil edir.
Avropa hüququnda da bu məsələ oxşar şəkildə tənzimlənir. 2004-cü ildə qəbul edilən direktiv mal və xidmətlərə çıxışda kişi və qadın arasında bərabər rəftarı nəzərdə tutur. Yəni istər kişi, istər qadın olsun, hər kəs restoranlara, otellərə və digər xidmət məkanlarına bərabər şərtlərlə daxil olmaq hüququna malikdir. Almaniya, İngiltərə və Fransa kimi ölkələrdə bu cür ayrıseçkilik hallarına görə müəssisələr hüquqi məsuliyyət daşıyır və cərimələrlə üzləşə bilir.
Nəticə olaraq, həm Azərbaycan, həm də Avropa hüququ baxımından cinsə görə xidmət göstərməmək və ya müştərini məkana buraxmamaq ayrıseçkilik hesab olunur. Belə hallarla rastlaşdıqda vətəndaşlar hüquqlarının pozulması ilə bağlı müvafiq qurumlara şikayət edə bilərlər",- deyə vəkil qeyd edib.
Yəni, qanunda "ailəvi restoran" anlayışı yoxdur və bir restoranın tək gələn kişini məkana buraxmaması qanunsuzdur, həmin şəxs hüquqlarının pozulması ilə bağlı şikayət edə bilər.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 İyun 2026 21:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see481

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see374

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see365

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see361

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see337

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see332

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see289

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see272

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see267

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see254

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see245

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see242

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see240

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see237

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see229

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see225

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see220

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see213

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see205

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri