Icma.az
close
up
RU
Статья не опубликована
“Sübut edə bilsəniz, etiraf edərik”,yanaşmasına oxşayan bu mövqe çox üzücüdür

“Sübut edə bilsəniz, etiraf edərik”,yanaşmasına oxşayan bu mövqe çox üzücüdür

Icma.az, Aznews.az portalına istinadən məlumat verir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

- Qüdrət bəy, son aviaqəza barədə fikirlərinizi bilmək istərdik...

- Yeni ili xoş əhval-ruhiyyə ilə qarşılamaq istəyən xalqımız üçün çoxsaylı insan itkisi ilə nəticələnən bu bədbəxt hadisə çox üzücü oldu. Prezident səfərə gedərkən yarıyoldan geri döndü, ölkədə matəm elan elan olundu.
Dünyasını dəyişənlərə bir daha Allahdan rəhmət, yaxınlarına səbr, yaralılara şəfa diləyirəm. Qəzanın hansı səbəbdən baş verməsini hökumət komissiyası araşdırmalardan sonra açıqlayacaq. Amma Rusiya araşdırmaların nəticəsini gözləmədən dərhal bildirməliydi ki, həmin vaxt hava hücumundan müdafiə sistemi hansısa uçan obyektə Qroznı ətrafında atəş açıb, ya yox. Bunu dostluq və müttəfiqlik münasibətlərimizin hazırki yüksək səviyyəsi diqtə edir. Dimitri Peskovun “biz ekspertizanın nəticəsi elan olunmayana qədər heç bir şərh verməyəcəyik”,-açıqlaması başa düşülən deyil. “Sübut edə bilsəniz, etiraf edərik”,-yanaşmasına oxşayan bu mövqe çox üzücüdür. Ümumiyyətlə, Qroznıya PUA hücumlarının olduğunu hamı bilirdi, ona görə həmin şəhərə uçuşlara icazə verilməməliydi. Şimali Qafqaza uçuşların dayandırılmasını düzgün qərar hesab edirəm.
Məni qardaş qazax xalqının sadə təmsilçilərinin dünyasını dəyişənlərin xatirəsini əziz tutaraq səfirliyimizin önünə gül dəstələri qoyması və yaralılar üçün qan vermələri çox təsirləndirsə də, Qzaxıstanın qəzanın səbəblərini araşdıran Komissiyanın tərkibinə Azərbaycandan olan mütəxəssisləri buraxmaması da ciddi məyus etdi.

- Təyyarənin vurulma ehtimalı böyükdürmü?

- Təyyarənin göyərtəsindəki qəlpə deşiklərinin çıxıntılarının bayırdan içəriyə doğru olması açıq-aydın görsənir, bu və sağ qalanların ifadələri təyyarənin yerdən vurulması ehtimalını gücləndirir. Sözsüz ki, təyyarə göyərtəsindəki belə deşiklərlə Bakıdan havaya qalxmayıb. Quşların təyyarə ilə toqquşması səbəbindən füzülyajda belə deşiklərin açılmasının mümkünsüzlüyünü başa düşmək üçün mütəxəssis olmaq lazım deyil. Təyyarə vurulubsa, böyük səhvə yol verildiyi deyilməli, üzr istənilməli və həlak olanların yaxınlarına kompensasiya təklif olunmalıdır. Müharibələrdə təəssüf ki, günahsız insanlar da qurbana çevrilir. Biz Vətən müharibəsində səhvən Rusiya vertolyotunu vuranda dərhal bunu etdik. Bu gün xalqımızı həmrəyliyə çağıraraq və əlavə söz-söhbətin qarşısını almaq üçün ölkədə fəaliyyət göstərən partiyalar birgə bəyanatla çıxış edərək, qısa bir müddətdə icimaiyyətə məlumat verilməsini istəyiblər.

- Qüdrət bəy, Rusiyanın Azərbaycanda atom elektrik stansiyası tikməsi təkilifinə də münasibətiniz maraqlı olardı...

- Azərbaycanda elektrik enerjisi çatışmazlığı olanda mən özüm belə bir təşəbbüslə çıxış etmişdim ki, atom elektrik stansiyasının tikintisi məsələsi müzakirə edilsin. Hal-hazırda biz enerji satırıq, ona görə bu, bizim üçün o qədər də aktual deyil. Müasir dövrdə təhlükəsiz alternativ enerji mənbələrindən istifadəyə üstünlük verilir. Bu istiqamətdə texnologiya son illərdə çox inkişaf edib. İndi ölkəmizdə günəş və külək enerjisindən istifadə istiqamətində böyük layihələr həyata keçirilir. Azərbaycanın ərazisi balaca olduğundan qəza olarsa bütün ölkə radioaktiv tullantılarla çirklənə bilər. Yaponiyada, Ukraynada qəzanın hansı ekoloji fəlakətlərə yol açdığının şahidi olduq. Ona görə vətəndaşlarımız bu məsələyə çox həssas yanaşır. Atom elektrik stansiyası yüksək təhlükəsizlik standartlarına cavab verəcəksə və Rusiya öz vəsaiti ilə bunu tikirsə, ən başlıcası, xalqımız da bunu dəstəkləyəcəksə niyə də olmasın. Amma müqəddəs kitabımız Quranda yazılıb ki, Allah insanlar üçün vacib olan işləri bəyənir və həmin işi görənləri mükafatlandırır. Bu gün bizim üçün iri maliyyə tutumlu vacib işlər Bakıda metro tikintisi, neft emalı zavodunun şəhərdən kənara çıxarılması, Bakıda və ətraf qəsəbələrdə kanalizasiya sisteminin yenidən qurulması və bu kimi digər işlərdir. Rusiya metro tikintisi sahəsində böyük uğurlar əldə edib.Yalnız Moskva şəhərində 2010-2023-cü illərdə 112 metrostansiya tikilib, bunun 14-ü 2023-cü ilə təsadüf edir. Müqayisə üçün qeyd edim ki, son 6 ildə Avropa İttifaqında cəmi 119 metrostansiya tkilib. Ona görə Rusiya tərəfinə təklif edə bilərik ki, Bakıda 70-80 stansiyadan ibarət dairəvi metro xətti tik, özün istifadə et, çəkdiyin xərcləri qarşıla. Eyni qaydada Səngəçalda müasir neftayırma zavodu tikintisinə, Bakının və ətraf qəsəbələrin kanalizasiya xətlərinin çəkilişinə, tullantı sularının təmizlənməsi üçün müasir qurğuların tikilməsinə investisiya qoy. Rusiya ilə bizim üçün zəruri olan istiqamətlərdə iqtisadi əlaqələrin inkişafına diqqət yetirməliyik.

- Qüdrət bəy, Tramp Rusiya ilə Ukrayna arasında 3 ilə yaxın davam edən müharibəyə son qoymaq üçün Ukraynanı ərazi güzəştlərinə çağırır və problemin birdəfəlik həllini istəyir. Yaxın aylarda bunu mümkün sayırsınızmı?

- Trampın dedikləri Putinin dedikləridir. Onun qonşu dövlətləri ABŞ-yə birləşdirmək, Panama kanalı barədə və s. qeyri-ciddi açıqlaması da Rusiyaya beynəlxalq birlik qarşısında haqq qazandırmaq cəhdidir. Putin istədiyi torpaqları alana qədər müharibə davam edəcək və Tramp da bacardığı formada ona dəstək olacaq. Son vaxtlar Ukraynanın bəzi ərazilərini ciddi döyüş olmadan Rusiyaya təslim etməsi də buna xidmət edir. Gözlənilməz nəsə baş verməsə Ukrayna kapitulyasiya aktını imzalayacaq.

- Gürcüstanda hakimiyyət dəyişkliyinin baş vermə ehtimalı nə qədərdir?

- Seçkilərdən sonra xalq seçkinin nəticələrini qəbul etdi və müxalifətin çağırdığı etiraz aksiyalarına dəstək vermədi. Çünki müxalifət və ATƏT-in müşahidə missiyası səsvermədən dərhal sonra seçkinin nəticələrinin saxtalaşdırılmasına dair ciddi faktlar ortaya qoya bilmədi. Qərbdən maliyyələşən maksimum bir neçə min ictimai fəal etiraz aksiyalarına qoşuldu. Amma iqtidarın qərarsızlığı, bəzən aşırı və yersiz zorakılığa əl atması, Avropa İttifaqına üzvlüklə bağlı danışıqların dayandırılması haqqında heç kimə lazım olmayan açıqlaması və buna görə Qərbdən edilən təzyiqlərin artması etiraz aksiyalarına qoşulan insanların sayını son günlər xeyli artırdı. Etiraz aksiyalarına qoşulanların sayı qarşıdakı günlərdə daha da artacaqsa, ya yeni seçkilərə gediləcək, ya da ölkədə fövqəladə vəziyyət elan olunmalıdır. Bu zaman Qərbin təsiri böyük olan silahlı qüvvələr öz neytrallığını qoruyub saxlayacaqmı? Hər şey bundan asılı olacaq. Biz qanuni hakimiyyəti dəstəkləsək də, Gürcüstan bizim üçün strateji əhəmiyyət kəsb edən ölkə olduğundan, hakimiyyəti kim təmsil edəcəksə onunla da əməkdaşlığımızı davam etdirməliyik, Suriya və Əfqanıstan nümunələrində olduğu kimi.

AzNews.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 26 Dekabr 2024 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see415

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see280

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see227

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see172

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see163

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see162

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see147

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see141

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see123

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see123

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri