Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Süd vəzi xərçənginə qarşı peyvənd üzrə yeni nəticələr əldə edilidi TƏDQİQAT

Süd vəzi xərçənginə qarşı peyvənd üzrə yeni nəticələr əldə edilidi TƏDQİQAT

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Klivlend Klinikasının tədqiqatçıları ölümcül xərçəng növlərindən olan üçlü mənfi süd vəzi xərçənginin qarşısının alınmasına yönəlmiş peyvənd üzərində aparılan araşdırmaların yeni nəticələrini təqdim ediblər.

Ölkə.az AZƏRTAC-a istinadla xəbər verir ki, araşdırmanın yenilənmiş nəticələri ABŞ-ın Xərçəng İmmunoterapiya Cəmiyyətinin illik yığıncağında açıqlanıb və peyvəndin inkişafında ümidverici irəliləyişləri nümayiş etdirir.

Klivlend Klinikasının tədqiqat qrupu peyvəndin, ümumiyyətlə, yaxşı qəbul edildiyini və əksər xəstələrdə immun cavab yaratdığını müəyyənləşdirib. Onlar vaksinin əks təsirlərini, bu günə qədər qəbul edilmiş ən yüksək dozanı və peyvəndin immunoloji təsirlərini təfərrüatı ilə açıqlayıblar.

Klivlend Klinikasının Xərçəng İnstitutundan olan həkim, klinik araşdırmanın əsas tədqiqatçısı Tomas Budd bildirib ki, bu peyvənd, uzunmüddətli baxımdan yüksək risk altında olan insanlarda bu aqressiv xəstəliyin qarşısını almağa kömək edəcək profilaktik vasitə ola bilər. 2021-ci ildə başlayan və ABŞ Müdafiə Nazirliyi tərəfindən maliyyələşdirilən klinik sınaq hazırda 1-ci fazadadır və peyvəndin təhlükəsizliyini, immun cavabını qiymətləndirir. Klivlend Klinikasının əsas kampusunda aparılan həmin sınaq aşağıdakı üç qrupu əhatə edir:

1. Faza 1a - Son üç il ərzində erkən mərhələdə üçlü mənfi süd vəzi xərçənginin müalicəsini tamamlayan və hazırda şişi olmayan, lakin təkrarlanma riski yüksək olan xəstələr.

2. Faza 1b - Xərçəngsiz və süd vəzi xərçəngi riski yüksək olan, məsələn, BRCA1, BRCA2 və PALB2 mutasiyaları daşıyan, profilaktik mastektomiya etməyi seçmiş şəxslər.

3. Faza 1c - Əməliyyatdan əvvəl kemoimmunoterapiya almış, əməliyyatdan sonra isə pembrolizumab ilə müalicə edilən və təkrarlanma riski olan erkən mərhələdə üçlü mənfi süd vəzi xərçəngi olan xəstələr.

Bu günə qədər sınaqda 26 xəstə iştirak edib. Sınağın nəticələri uğurlu olarsa, 2-ci faza tədqiqatı 2025-ci ildə başlanacaq və bunun təxminən iki-üç il davam edəcəyi planlaşdırılır. Həkim T.Buddun sözlərinə görə, üçlü mənfi süd vəzi xərçəngi hormonal və hədəflənmiş müalicələrə cavab verməyən xüsusiyyətlərə malikdir, bu da onun effektiv müalicəsini çətinləşdirir. Bu xərçəng növü bütün süd vəzi xərçənglərinin yalnız 10-15 faizini təşkil etsə də, ölüm hallarının böyük bir hissəsi bu növ xərçənglə əlaqədardır. Xüsusilə qaradərili qadınlarda daha çox rast gəlinən bu xəstəlik, BRCA1 genində mutasiya olan qadınlarda isə demək olar ki, 70-80 faiz hallarda baş verir.

Peyvənd, Klivlend Klinikasının Lerner Tədqiqat İnstitutunda mərhum həkim Vinsent Tuohinin rəhbərliyi ilə aparılmış ilkin tədqiqatlara əsaslanır. Həkimin illər boyu apardığı tədqiqatlar bu peyvəndin inkişafına səbəb olub. Onun siçanlar üzərində apardığı və “Nature Medicine” jurnalında dərc olunmuş tədqiqat, peyvəndin α-laktalbumin zülalını hədəf alaraq süd vəzi xərçənginin qarşısını təhlükəsiz və effektiv şəkildə ala biləcəyini göstərib. Bu zülal laktasiyadan sonra normal süd vəzi toxumalarında tapılmır, lakin əksər üçlü mənfi süd vəzi xərçənglərində mövcuddur və peyvənd vasitəsilə immun sistemin bu zülalı hədəf alması şişin böyüməsini dayandırmağa kömək edir.

T.Budd, bu peyvənd yanaşmasının gələcəkdə digər xərçəng növlərində də tətbiq olunacağına ümid etdiklərini vurğulayıb. Peyvəndin inkişafına son 12 il ərzində 20 mindən çox insanın etdiyi xeyriyyə ianələri kömək edib. Bu araşdırma, süd vəzi xərçəngi olan xəstələrin gələcəkdə həyatlarını xilas edəcək yeni profilaktik metodların inkişafı istiqamətində mühüm addım hesab olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 Noyabr 2024 22:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see617

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see549

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see421

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see334

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see296

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see292

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see290

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see278

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see273

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see254

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see237

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see228

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see227

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see222

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see217

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see209

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see202

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see199

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see198

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri