Icma.az
close
up
RU
Süd vəzi xərçənginin yayılması irsi ola bilər TƏDQİQAT AZƏRTAC

Süd vəzi xərçənginin yayılması irsi ola bilər TƏDQİQAT AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 7 yanvar, AZƏRTAC

Yeni araşdırmalar PCSK9 geninin bir variantının döş xərçənginin metastazına səbəb ola biləcəyini ortaya çıxarıb. Daha əhəmiyyətli olan budur ki, prosesi təsdiqlənmiş anticisim vasitəsilə yavaşlatmaq mümkündür. Bu nəticələr “Cell” jurnalında dərc edilib.

AZƏRTAC xəbər verir ki, Nyu-Yorkdakı Rokfeller Universitetinin onkoloqu və xərçəng bioloqu Sohail Tavazua və komandası, döş xərçəngi şişlərinin yayılma səbəblərini araşdırarkən, mutasiyalardan daha çox irsi genetik variantların prosesə təsir göstərə biləcəyini müşahidə edib.

Tədqiqatçılar PCSK9 geninin müəyyən variantının döş xərçənginin metastazı ilə əlaqəli olduğunu aşkarlayıblar. İsveçdə aparılan genişmiqyaslı araşdırma nəticəsində məlum olub ki, bu variantın iki nüsxəsini miras almış şəxslərdə metastaz riski 22 faiz təşkil edir. Halbuki, bu variantın bir və ya heç nüsxəsini miras almayan insanlarda həmin risk cəmi 2 faizdir. Eyni zamanda, digər üç tədqiqatın yenidən analizi göstərib ki, PCSK9 variantının iki nüsxəsinə malik olan döş xərçəngi xəstələrinin sağ qalma ehtimalı daha aşağıdır. Tədqiqatlar, həmçinin bu variantın Avropa və Afrika mənşəli insanların 70 faizində, Cənubi Amerika və Asiya regionunda isə daha geniş yayıldığını ortaya qoyub. PCSK9 geninin xəstəliklə əlaqəli variantı tərəfindən sintez olunan zülalın metastazı stimullaşdırdığı və bununla da döş xərçəngi hüceyrələrinin yayılmasına səbəb olduğu siçan təcrübələrində aşkarlanıb. Bununla belə, yüksək xolesterol səviyyəsini müalicə etmək üçün təsdiqlənmiş anticisim, PCSK9 zülalının bu təsirini yavaşlada bilər. Sohail Tavazua qeyd edir ki, bu anticisim vasitəsilə döş xərçəngi metastazını azaltmaq mümkündür.

Tədqiqat nəticələri göstərir ki, anticisim erkən mərhələdə, hətta xərçəng inkişaf etməmişdən əvvəl istifadəsi daha effektiv ola bilər. Gələcəkdə aparılacaq klinik sınaqlar bu anticismin metastazın qarşısını almaq və ya metastatik döş xərçəngi olan xəstələrin sağ qalma ehtimalını artırmaq potensialını təsdiqləyə bilər. Bu tapıntılar döş xərçəngi ilə mübarizədə yeni imkanlar yaradır və genetik faktorların xəstəliyin inkişafında oynadığı rolu daha yaxşı anlamağa kömək edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:310
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Yanvar 2025 07:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri