Süfrə arxasında dostunu bıçaqlayan DANIŞDI: Adamı belə öldürərlər ki?
Icma.az bildirir, Lent az saytına əsaslanaraq.
Bakı Ağır Cinayətlər Məhkəməsində Teymur Qulubəyovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesə T. Qulubəyov onlayn qoşulub.
Dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən T. Qulubəyov özünü təqsirli bilmədiyini deyib:
"Bu adam mənimlə düz-çörək kəsib. Adamı belə öldürərlər ki? Mən onu öldürmək niyyətində olmamışam, istəsəydim öldürərdim".
Zərərçəkən Əlövsət Səfərov həmin günü Qulubəyovla birlikdə yemək yediklərini deyib:
"Birlikdə oturub yeyib-içirdik. O, birdən özündən çıxdı və stolun üstündəki bıçağı götürüb üstümə cumdu. Kəsdiyimiz duz-çörəyin xatirinə mən onun həbs olunmasını istəmirəm. Onun həbs olunmadan cəzalandırılmasını istəyirəm".
Növbəti məhkəmə prosesi 10 dekabr saat 12:00-a təyin edilib.
Xatırladaq ki, 2024-cü ilin oktyabr ayının 12-də saat 18 radələrində Bakının Yasamal rayonu ərazisində 1960-ci il təvəllüdlü Əlövsət Səfərova kəsici alətlə xəsarətlər yetirməkdə şübhəli bilinən 1967-ci təvəllüdlü Teymur Qulubəyov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən olunaraq saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 126.1 maddəsi (Qəsdən sağlamlığa ağır zərər vurma) ilə ittiham irəli sürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 26 Noyabr 2025 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















