Süfrədəki ağ ölüm : Fərqində olmadan özünüzü zəhərləyirsiniz!
Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Gündəlik qidalanma vərdişlərimiz fərqində olmadan sağlamlığımızı ciddi şəkildə təhdid edir.
Demokrat.az xəbər verir ki, mütəxəssis Berrin Yiğit "Hürriyet" qəzetindəki məqaləsində duz istehlakı ilə bağlı mühüm xəbərdarlıqlar edib.
Görünməyən duz yükü: Paketlənmiş qidalar
Çoxumuz "yeməyə çox duz atmıram" deyərək özümüzü sığortaladığımızı düşünürük. Lakin reallıq tam başqadır. Gündəlik qəbul etdiyimiz sodyumun böyük hissəsi süfrədəki duzdan deyil, hazır və paketlənmiş qidalardan gəlir. Pendir, çörək, hazır şorbalar, souslar və hətta şirin hesab etdiyimiz bəzi qəlyanaltıların tərkibində ciddi miqdarda "gizli duz" var.
Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir!
Qurumun tövsiyəsinə görə, gündəlik duz istehlakı 5 qramı (təxminən bir çay qaşığı) keçməməlidir. Bu normanın aşılması qan təzyiqinin yüksəlməsinə, nəticədə isə ürək-damar xəstəlikləri riskinin artmasına səbəb olur.
Duzdan imtina etmək çətindir? - Çıxış yolları:
Yeməkləri duzsuz da dadlı etmək mümkündür. Mütəxəssis bunun üçün bir neçə sadə üsul təklif edir:
Ədviyyatlara üstünlük verin: Kəklikotu, istiot, sarıkök və sarımsaq yeməyin dadını zənginləşdirir.
Limon və sirkə möcüzəsi: Turş dadlar duza olan ehtiyacı azaldır.
Etiketləri oxuyun: Alış-veriş zamanı məhsulların tərkibindəki sodyum miqdarına mütləq diqqət yetirin.
Unutmayın ki, damaq dadı dəyişə bilən bir vərdişdir. Cəmi bir neçə həftə az duzlu qidalansanız, bədəniniz bu rejimə öyrəşəcək və artıq duzlu yeməklər sizə xoş gəlməyəcək.
Jalə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Fərqində olmadan etdiyiniz 7 bədən dili səhvi
27 Mart 2025 19:54
Məşhur cütlük ayrılır Fərqində olmadan zərər verirəm
03 Mart 2025 12:57
Fərqində olmadan enerjinizi tükədən vərdiş bəlli oldu
01 May 2026 20:43
Süfrədəki bayram şamlarını nəzarətsiz qoymayın!
24 Fevral 2026 09:35
Qırmızı ət sevənlərə XƏBƏRDARLIQ: Fərqində olmadan zədələyə bilərsiniz
10 Oktyabr 2025 07:08
Baxış sayı:169
Bu xəbər 04 May 2026 15:25 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları