Icma.az
close
up
RU
Atəş altında yoxa çıxan MİLYONLAR

Atəş altında yoxa çıxan MİLYONLAR

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müharibə silah tələb edir. Silah – pul. Pul – nəzarət. Amma nəzarət zəiflədikcə, sxemlər güclənir.

Müharibə həmişə “otkatlar” (rüşvəti geri qaytarma sxemləri) üçün əlverişli bəhanə olub. 2022-ci ildən sonra Ukrayna müdafiə sənayesində baş verənlər artıq təkcə Cinayət Məcəlləsinin dili ilə deyil, “Avansla necə yoxa çıxmalı” adlı tragikomediyanın çoxcildliyi ilə izah olunur.

Cəbhədə qəhrəmanlıq hekayələri səslənərkən, Kiyevin kabinetlərində kalkulyatorlar cingildəyir, mərmi sayı yox, gələcək “otkat”lardan kimə nə qədər çatacağı hesablanırdı. Tammiqyaslı işğalın ilk həftələrində Ukrayna ordusunun sursat ehtiyatlarının cəmi bir neçə ay bəs edəcəyi məlum oldu və elə bu an məmurlar ən yaxşı bildikləri rejimə, yəni prosedur ləğvinə keçirlər. Tender? Podratçıların yoxlanması? Əgər “etibarlı reputasiyaya” malik tanış vasitəçi ilə bir zənglə tapşırıq vermək mümkündürsə, sıxıcı formal prosedurlar kimə lazımdır? Beləliklə, silahsız təcili müqavilələr “paradı” başlayır... 

Yoxa çıxan təkcə milyonlar deyildi 

Rəsmi məlumatlara görə, “gözəgörünməz” silah üçün ayrılmış 770 milyon dollar izsiz yoxa çıxıb. "Financial Times" yazır ki, ən azı 30 uğursuz müqavilədə Ukraynanın “tərəfdaşı” kimi çıxış edən şirkətlərin əksəriyyəti ya şübhəli firmalar , ya da açıq-aşkar dələduzlardır. Avans pulları xaricə köçürülür, silahlar isə yalnız “gözlə görünən kağızlarda” qalır. Xüsusilə məşhur sxemlərdən biri belə idi: “Əvvəlcədən ödə və unut”.

Bu formul müharibənin ən çox işləyən düsturudur. Bir çox hallarda alınan silahların qiyməti bazar dəyərindən 2-3 dəfə baha göstərilir. Bu da sxemlərin əsas motivini, yəni “otkat” üçün süni şişirtməni açıq şəkildə nümayiş etdirir. Dünən yaranmış, lakin özünü "Lockheed Martin" səviyyəsində təqdim edən bəzi özəl firmalar on milyonlarla dollar alır, daha sonra isə yoxa çıxır. Ortada nə silah var, nə güllə. ABŞ-nin Arizona ştatında yaşayan 28 yaşlı Tanner Kuk bu prosesin real simalarından biridir. Tukson şəhərinin kənarında kiçik silah mağazasına sahib bu şəxs 2022-ci ildə yaratdığı “OTL” adlı şirkəti ilə Ukrayna ordusuna sursat tədarükü üçün 49 milyon avro dəyərində müqavilə imzalayıb, lakin tədarük həyata keçirilmir.

Ukrayna bu müqavilə üzrə arbitraj məhkəməsində qalib gəlir, amma vəsait geri qaytarılmır. Başqa bir nümunədə isə Ukrayna, 155 mm-lik artilleriya mərmiləri tədarükü üçün 1,7 milyard dollar dəyərində müqavilənin bir hissəsi olaraq ABŞ-nin “Regulus Global” şirkətinə 163 milyon dollar avans ödəyir. Nəticə eynidir, tədarük yoxdur. Qısacası, cəbhədə mərmi gözləyən əsgərlərin fonunda, kənarda bir müharibə biznesi artıq çoxdan başlayıb. 

Müharibənin içindəki başqa müharibə

Ukraynanın daxilində də vəziyyət heç də sadə deyil. 2022-ci ilin aprelində dövlət şirkəti “Ukrspetseksport” Sudandan – "FSB" və “Vaqner”lə əlaqəli bir satıcıdan 120 mm-lik minaatanlar almağa çalışır. Lakin bu alış da baş tutmur. Ukrayna Təhlükəsizlik Xidməti araşdırma aparır və nəticədə təxminən 1,5 milyard qrivna vəsaitin mənimsənildiyi aşkar olunur. Sxemdə Müdafiə Nazirliyinin məmurları və “Lvov Arsenalı” şirkətinin rəhbərləri yer alıb Amma bu xaosun içində “qəhrəmanlar” da var. Müdafiə satınalmalarını islah etmək üçün təyin olunan Marina Bezrukova digərlərindən daha iddialı çıxıb.

Müdafiə naziri Rustem Umarov onun haqqında deyir: “O, Agentliyi hərbçilər üçün "Amazon"-a çevirib”. Bu sifarişləri yalnız Rusiya kəşfiyyatı izləyə bilir. 2025-ci ilin yanvarında Bezrukova heç bir təşəkkürsüz işdən uzaqlaşdırılır. Elə bil ki, hamı birdən-birə ayıldı: “Bu da mümkün imiş?!” Ukraynanın sabiq müdafiə naziri Aleksey Reznikov da öz postunu tərk edir. Rəsmi səbəb geyim və ərzaqla bağlı uyğunsuzluqlar göstərilir.

Qeyri-rəsmi səbəb isə daha açıqdır, çox şey üzə çıxmağa başlamışdı. Ardınca bir sıra cinayət işləri başlanır. Amma bu günə qədər bircə ittiham hökmü belə yoxdur. Heç bir əmlak müsadirə edilməyib. Sadəcə mətbuat açıqlamaları, “korrupsiya ilə mübarizə” haqqında pafoslu bəyanatlar və beynəlxalq partnyorlardan “effektivliyə çağırış” mesajları var. Beynəlxalq partnyorlar demişkən, vəsaitlərin "HIMARS" sistemlərinin xəbər başlıqlarına yox, büdcədə sürətlə yoxa olması üzə çıxanda, G7 ölkələri narahatlıqla bəyanat yayır:

“Etimadı qorumaq vacibdir”. 

Nəcib çağırışdır. Amma ABŞ rəsmiləri Ukrayna tərəfindən şübhəli müqavilələrlə bağlı göndərilən sorğulara aylarla cavab vermir və bildirilir:

“Bu məlumatların açıqlanması ABŞ-nin milli təhlükəsizliyinə zərər vura bilər”. 

Görünür, ABŞ-nin milli təhlükəsizliyi Ukraynadan oğurlanan pullar barədə susmaqla qorunur. Müharibə bəziləri üçün şüşə vitrindir. O vitrinin arxasında nə tank var, nə dron. Orada rüşvət, sxemlər, pula çevrilmiş qan var. Əgər idealları baha qiymətə satmaq mümkünsə, bunu ən yaxşı bacaran avropalılardır.

Belə ki, Brüsseldəki məmurlar demokratiyanı xilas etməyə, xarici işlər nazirləri isə  “həmrəylik” çağırışlarını səsləndirərkən Avropanın dəhlizlərində insanların taleyi yox, partlayıcı maddələrin kiloqramı, mərmi tonları və faiz dərəcələri müzakirə olunurdu. Çünki müharibə, əslində, birjanı xatırladır: kim tez hərəkət edirsə, o da qazanır. Ukraynaya silah daşıyan əsas ölkə Polşadır və bu işdə o, təkcə qatarları yox, pulları da yaxşı idarə edir. “Alfa Sp. z o.o.” adlı bir şirkət üzərindən 96 milyon avroluq “yardım” ötürülüb. Amma nə silah var, nə də yük. Kağız üzərində hər şey qaydasındadır, amma bu şirkətin nə icazəsi, nə də texnikası olub.

Ortada isə yalnız bəhanələr, hüquqi dolaşıqlar və tanış “heç nə xatırlamıram” cavabları qalıb. “Karlovı Varıdan al, Varşava üzərindən sat” taktikası yenidən işə düşür. On il əvvəl Ukrayna tərəfindən metal qırıntısı kimi satılmış "BMP-1" texnikası indi Polşa vasitəsilə Ukraynaya bir neçə dəfə baha geri satılır. Sadəlövh insanlar bu texnikanı “Varşava Müqaviləsi ölkələrinin” sovet silahı hesab edir. Halbuki bu, daha çox “hər şey daxil” paketinə bənzəyir: otelin yerinə paslı maşınlar, "all inclusive" əvəzinə isə şirin rüşvətlər. Bu oyunda Çexiya da kənarda qalmır.. “Excalibur Army” adlı şirkət Ukraynaya 80 min minaatan mərmisi satmaq üçün müqavilə bağlayır. Hər mərmi üçün müəyyən edilən qiymət 640 avro idi. Halbuki bazarda bu mərmiləri iki dəfə ucuz qiymətə almaq mümkün idi. İstintaq zamanı məlum olub ki, mərmilər “vaxtında çatmayıb”.

Amma kənardan baxanda elə görünür ki, şirkət adi mərmi yox, üstünə “Ukraynanın azadlığı” yazılmış brilyant satırmış. Mərmilər partlamasa da, Ukraynanın büdcəsi partladı. Xorvatiya və Slovakiyada bu “yardım oyunu”na qoşulur. “WDG Promet” adlı şirkət vasitəsilə 30 min tank mərmisi üçün 32 milyon avroluq müqavilə imzalanır. Nəticə heç nədir. Avans yoxa çıxır, mərmilər isə heç vaxt görünmür.

Xorvatiya tərəfi isə bunu “logistika səhvi” adlandırır. Yəqin Kiyevlə Zagreb arasında haradasa bir vaqon itib. “Sevotech” adlı Slovakiya şirkəti Ukraynaya zirehli jiletlər və dəbilqələr göndərmək üçün 13 milyon avro alır. Sonra isə izsiz yoxa çıxır. Yox, tam yoxa çıxmır- çünki sifarişlər hələ də “yoldadır” statusundadır. Görünür, piyada yolla, Karpat dağlarını aşaraq gəlirlər… 

Bütün bu xaosun fonunda isə Avropa dəyərlərinin “himni” səslənir. Brüssel bir daha şəffaflıqdan danışır, amma eyni anda Ukraynaya ayrılan avansların hara yoxa çıxdığına göz yumur. Əgər demokratiya bahalıdırsa, qoy onun dəyərini ona ehtiyacı olan ödəsin. Yox, əgər ehtiyacı olan öz alqı-satqı tərəfdaşını araşdırmadan əvvəlcədən ödəniş edibsə,  özü günahkardır. Axı bəzən “ofisin ünvanı” sadəcə bir vaxtlar avtoservis olmuş bir anbardan ibarət olur.

Hamı susmur, amma...

Avropa İttifaqında bu haqsızlıqlara göz yummayanlar da var. Amma onların səsləri Avropa Komissiyasının “misilsiz dəstək”lə bağlı pafoslu çıxışlarının içində itib-batır. Əslində isə kulislərdə daha real söhbətlər gedir: kim nə qədər qazandı, hansı vaxtda yeni “yardım paketi”ni işə salmaq sərfəlidir və necə edək ki, hesabatlar bir az da “elastik” olsun. Beləcə, top səslərinin gurultusu və partnyorların alqışları arasında qəribə bir paradoks formalaşır: müharibə nə qədər uzun çəkirsə, Avropa İttifaqındakı “vasitəçi şirkətlər”in qazancı bir o qədər sabit olur. Ukrayna isə bu sistemdə artıq qorunan tərəf yox, gəlir mənbəyinə çevrilir. Hər imzalanan müqavilə bir tərəfdən həmrəylik jesti, digər tərəfdən isə biznes çekidir. 

ABŞ  müharibə franşizası kimi 

Hər şey zahirdə çox gözəl başlayır, sanki hansısa ali dəyərlər kitabından götürülmüş ssenaridir. 2022-ci ilin fevralından bu yana ABŞ Konqresi Ukraynaya ümumilikdə 183 milyard dollar yardım ayırıb. Hər şey rəsmidir: cədvəllər, imzalar, mətbuat konfransları. Bayden tribunadadır, konqresmenlər isə Ukrayna bayraqlarına bürünüb gülümsəyirlər. Rəqəmlər musiqi kimi səslənir: 65,9 milyard dollar artıq göndərilib, 3,9 milyard yoldadır, daha 58 milyard isə “texniki zərurət”dir. Amma burada bir incəlik var. Kiel Dünya İqtisadiyyatı İnstitutunun məlumatına görə, Ukraynanın faktiki olaraq aldığı məbləğ 119,7 milyard dollardır.

Bəs qalan 60 milyard haradadır? Cavab çox sadədir, pul yerindədir, yəni ABŞ-də qalıb. Nə "ofşor"da gizlənib, nə də kiminsə çamadanındadır. Sadəcə sistemin içindədir, üstəlik rəsmi, qanuni, Müdafiə Nazirliyinin möhürü ilə. Kiyevdə firmalarla “oynamaq”la on milyonlar silinərkən, Avropa İttifaqında sursatlar qram-qram satılarkən, ABŞ isə tamam fərqli bir yol seçir – “franşiza” modeli. Niyə oğurlayasan ki, əslində rəsmi şəkildə də qazana bilərsən. Özü də elə öz orduna, öz zavodlarına, öz anbarlarına “yardım” adıyla. Parlaq modeldir: yardımı elan edirsən, amma bu yardımın 30-35 faizi elə sənin öz şirkətlərində xərclənir. Həmin 58 milyard dollar yardım deyil, ABŞ hərbi-sənaye kompleksinə ayrılmış dotasiyadır.

Ukraynaya söz verilən tankların istehsalı illərlə çəkə bilər. Pul artıq xərclənib, amma zirehli texnika hələ ərsəyə gəlməyib. Güllələr yoldadır. Zavodlar işçi axtarır. "Lockheed Martin", “Raytheon", "General Dynamics" kimi nəhənglər sakitcə kapitalını ikiqat artırır. Bayden peyğəmbər kimi görünür, fond bazarı isə “əks-hücumda”dır. Amerikalılar humanizm üzərində sənaye qurmaqda ustadır.

Ukraynaya göndərilən silahların bir hissəsi Texasda anbarda saxlanılır, Virciniyadan daşınır, Merilenddən sığortalanır. Bütün zəncir ABŞ-nin içində tamamlanır. Hətta ukraynalı hərbçilərin təlimi də ABŞ bazalarında keçirilir, bu isə təbii ki, Ukraynaya deyil, Pentaqonun infrastrukturuna pul qazandırır. Bu yardımdırmı? Əlbəttə. ABŞ-də da vicdanlı səslər yüksəlir. Bəzi respublikaçılar xərclərə nəzarət üçün xüsusi komissiya tələb edirlər. Ən azından bu qədər vəsaitin hara getdiyini öyrənmək istəyirlər. Amma Bayden administrasiyası nəzakətlə imtina edir: “Bizdə hər şey nəzarət altındadır”. Elə nəzarət altındadır ki, rəsmi qurumlar "milli təhlükəsizlik" adı altında Ukraynaya göndərilməyən silahlar barədə məlumat verməkdən imtina edir.

Zelenski son çıxışlarının birində “Biz cəmi 130 milyard dollar aldıq” deyəndə, bu sözlər elə bil ki, kimisə “donos” eləmək kimi səsləndi. Tramp isə fürsəti əldən vermədi, o, artıq çıxışlarında 280 milyard dollardan danışır və qəzəblə bildirir ki, bu yardımın yarısı “yoxa çıxıb”. Maraqlısı odur ki, hər ikisi haqlıdır. Sadəcə, biri rəsmi rəqəmlərə söykənir, digəri isə bu məsələyə biznesmen gözü ilə baxır. Ən diqqətçəkən məqam isə budur: ABŞ heç kimi aldatmayıb. Yardımla bağlı bütün xərclər rəsmi sənədlərdə var.

Sadəcə, Ukraynaya edilən bu “yardım” ABŞ tarixində ən uğurlu və sərfəli hərbi kontraktlardan biridir: heç bir ABŞ əsgəri həyatını itirmir və Vaşinqton bu müharibəyə birbaşa hərbi müdaxilə edir. Hər şeyi müttəfiqlər, yəni Ukrayna ordusu görür, qazancı isə ABŞ götürür. Eyni ilə İraqda olduğu kimi, amma bu dəfə heç bir utanma və çəkinmə olmadan. Ukraynada milyonlarla dollar oğurlanıb. Polşa və Çexiyada da müəyyən vəsaitlərin “itdiyi” barədə məlumatlar var.

Amma ABŞ bu müharibədən on milyardlarla dollar qazanıb özü də rəsmi, qanuni və şəffaf şəkildə. Bu, korrupsiya deyil. Bu, ABŞ-nin “iqtisadi vətənpərvərliyi”dir. Ukraynalılar “Bəs vəd olunan tanklar hanı?” deyə soruşduğu vaxt "Goldman Sachs" analitikləri silah sənayesinin səhm indekslərini artıran hesabatlar hazırlayır. Əgər Avropa İttifaqı bu yardımlardan bir az “yeyibsə”, Ukrayna bu istilikdə bir az “isindisə”, ABŞ lap bu müharibənin ziyafətini qurub. Başqasının hesabına yox, öz puluyla, amma başqasının qanı, atəşi bahasına. Bu tamaşada hər kəsin rolu vardı.

Amma “Ukraynaya yardım” adlı bu böyük səhnənin alqışları nə yazıq ki, cəbhədə döyüşənlərə yox, o müqavilələrə imza atanlara çatdı. Müharibə hələ davam edir, amma ziyafət çoxdan başa çatıb. 

Yuri Boçarov, İsrailli politoloq
Tərcümə etdi: Səbinə Uğur

“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 May 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see311

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see290

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see255

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see244

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see243

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see235

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see232

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see228

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see223

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see218

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see217

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see215

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see210

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see207

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see205

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see203

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see194

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see190

Azərbaycanda Səhiyyə Menecmenti Forumu keçiriləcək

01 Sentyabr 2026 13:31see188

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri