Sükanı azyaşlıya verib həyatlarını təhlükəyə atdılar VİDEO
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Sürücü avtomobili azyaşlı övladına həvalə edərək həmin anları videoya çəkib. Avtosfer.az xəbər verir ki, videogörüntü sosial şəbəkədə yayılıb.
Əldə etdiyimiz məlumata görə, hadisə 10-MV-990 qeydiyyat nişanlı "BMW" markalı avtomobildə qeydə alınıb. Videodan da göründüyü kimi, azyaşlının boyu sükana güclə çatır. Lakin avtomobildəki digər sərnişinlər bunu ciddi qəbul etmək əvəzinə, zarafatla yanaşıblar.
Qeyd edək ki, azyaşlıların sükan arxasına keçməsi təkcə qanun pozuntusu deyil, həm də faciəvi nəticələrə səbəb ola biləcək ciddi təhlükədir. Belə halların vərdişə çevrilməsi gələcəkdə daha ağır fəsadlara yol aça bilər. Belə ki, valideyn nəzarəti olmadan həmin azyaşlıların avtomobili özbaşına idarə etməsi riski də mövcuddur ki, bu da həm onların, həm də digər yol hərəkəti iştirakçılarının həyatını təhlükəyə ata bilər.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 28 Fevral 2025 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















