Fransa prezidentliyinə namizəd ölkəni NATO dan çıxarmaq niyyətindədir
Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.
Fransada 2027-ci il prezident seçkilərində namizəd Jan-Lük Melanşon qalib gələcəyi təqdirdə ölkəni NATO-dan çıxaracağını bildirib.
Teleqraf xəbər verir ki, o, Parisin Le Burje şəhərinin ətrafında keçirilən mitinqdə seçki platformasını təqdim edərkən "Fransanın NATO və ya Amerika müharibələrində iştirakı yolverilməzdir", - deyə bildirib.
Solçu namizəd həmçinin söz verib ki, səlahiyyət müddəti ərzində Paris, xüsusən də nüvə silahlarının azaldılması danışıqlarında fəal iştirak edəcək. Melanşonun açıqlamaları auditoriya tərəfindən alqışlarla qarşılanıb.
Rəy sorğularına görə, Melanşon və sağçı Milli Mitinqin namizədi Marin Le Pen 2 may 2027-ci ildə keçiriləcək seçkilərin son, ikinci turunda ən şanslı namizədlər olacaqlar. Le Pen dəfələrlə Fransanın NATO Birgə Hərbi Komandanlığından çıxmasına çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 08 Noyabr 2026 00:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















