Icma.az
close
up
RU
Şükürovdan AFFA ya ağır ittiham: Uşaqları bədbəxt etdilər...

Şükürovdan AFFA ya ağır ittiham: Uşaqları bədbəxt etdilər...

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Meydana veteran futbolçularla çıxsaydıq, elə arxada dayansaydıq, biz də eyni hesabla uduzardıq. Məğlub olsaq da, komanda şəklində kombinasiya görmədik, heç ardıcıl beş ötürmə edə bilmədik. 90 dəqiqə müdafiədə oturduq. Fransa da sanki bura məşq etməyə gəlmişdi.

Axar.az xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında Azərbaycan millisinin veteran futbolçusu Mahir Şükürov deyib.

Yığmanın DÇ-2026-nın seçmə mərhələsində Fransaya 1:3 hesabı ilə uduzduğu matçı stadiondan izləyən 43 yaşlı mütəxəssis nəticələrin səbəbini belə izah edib:

“Bilirik ki, Fransanın bütün oyunçuları oynamırdı. İkinci heyətlə çıxmışdılar. Oyun 3:1 onların üstünlüyü ilə bitdi. Amma hesab baxımından belə qurtardıq. Camaatın başını aldatmasınlar. Heç bir inkişafdan söhbət gedə bilməz. İnkişaf varsa, klub səviyyəsində “Qarabağ”dadır. Başqa heç bir millinin aşağı yaşlarından əsasına qədər heç bir inkişaf yoxdur. Sadəcə, camaatın başını aldadırlar. Bu şeyləri görmüşük, illərdir bunu eşidirik. Bacarmırlarsa, heç danışıb baş aldatmasınlar. İnkişaf yoxdur, heç gözləməyə də ehtiyac yoxdur. Görürük də, aşağı yaş qruplarımız biri 1:5, digəri 1:6 və s. hesabla uduzurlar. Həmin yaş qrupları da zaman gələcək əsas milliyə, onlardan nə gözləyəsən?!”.

Şükürov Şahrudinin “Heç kim öz klubunda oynamır. Bu problemi müzakirə etmək istəyən də yoxdur. Hamı deyir ki, niyə Abbas Hüseynov klubda oynamadığı halda millidədir?” fikrinə belə münasibət bildirib: “Mən neçə ay əvvəl, limit dəyişilən vaxt dedim ki, səhv addımdır. Ona görə ki, bütün klublar pul qazanmaq üçün legioner gətirəcək, dəllalığını edəcək, azərbaycanlı futbolçular isə kənarda qalacaq. Bu gün onun şahidi oluruq. Göstərsinlər ki, hansı klublar azərbaycanlı futbolçulara daha çox şans verir? Oynayan futbolçular da milliyə çağrılmır. Çağrılanlar “Qarabağ”dan Elvin, Nəriman, Toraldır. “Neftçi”də Emin Mahmudovdur. Götürüb limiti ləğv edərək azərbaycanlı uşaqları bədbəxt etdilər. Amma oynamayan uşaqlar harada oynasınlar?”.

M. Şükürovun sözlərinə görə, Millətlər Liqasında ümidlənmək lazım deyil:

“Heç bir ümidlənməyə ehtiyac yoxdur. Zaman keçdikcə millidə oynayan futbolçuların yaşının üstünə yaş gəlir. Onların da yerinə gələn futbolçu yoxdur. Bir-iki ildən sonra futbolçu qıtlığı olacaq. Ona görə də Millətlər Liqasına ümid bağlamasınlar. ML-i heç bir ölkə ciddiyə almır. Əsas ciddiyə alınan Avropa və Dünya çempionatlarıdır. Ona görə də nə qədər ki, AFFA-da futbolu bilməyən adamlar oturacaq, məşqçilər işləyəcək, belə də olacaq. Beləcə camaatı aldadacaqlar, axırı da belə nəticəsizlik olacaq”.

Veteran futbolçu qeyd edib ki, Ayxan Abbasov işlədiyi müddətcə belə nəticələrlə qarşılaşacaq:

“Ayxan bu yükü boynuna alıb orada işləyir. Bir müddət keçəcək, bəzi insanlar Ayxanı da daş-qalaq edəcək. Material olmayandan sonra istəyirsiniz Qvardiolanı, kimi gətirirsiniz gətirin, mümkün deyil. Baxırsan, bütün ölkələr irəliyə gedir, biz geriyə gedirik. 19 yaşda deyirik cavandır, 25 yaşda deyirik, bunun vaxtı keçib, 30-da deyirik ki, qocalıb. Camaat 18 yaşında Avropada Liqa çempionluğu uğrunda mübarizə aparır. Biz də hələ belə düşünürük”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://axar.az
archiveBu xəbər 17 Noyabr 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see576

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see417

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see295

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see262

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see260

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see250

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see249

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see239

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see229

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see224

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see204

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see197

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see197

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see192

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see179

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see178

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see168

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri