Icma.az
close
up
RU
Mahir Şükürovdan etiraz: Bizim vaxtımızda o boyda Flavinyoya kapitanlıq vermirdilər

Mahir Şükürovdan etiraz: Bizim vaxtımızda o boyda Flavinyoya kapitanlıq vermirdilər

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Kenan Piriçdən əvvəl komandada çıxış edən yerli oyunçular var. Yəqin, onlar kapitanlığa layiq görülmədikləri üçün bir-iki gündür komandaya gələn futbolçuya sarğı həvalə ediblər”.

İdman.biz xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında veteran futbolçu Mahir Şükürov "Neftçi"də kapitanlıq seçimi barədə qərara münasibət bildirərkən deyib.

Həmin qərara əsasən, yarımmüdafiəçi Emin Mahmudov əsas kapitan, qapıçılar Emil Balayev və Kenan Piriç vitse-kapitanlar seçilib.

“Neftçi”nin sabiq lideri vitse-kapitanlığın komandanın yeni transferlərindən olan Bosniya və Herseqovina millisinin qolkiperinə verilməsini doğru qərar hesab etməyib: “Deməli, azərbaycanlı futbolçulardan lider olan yoxdur ki, legionerə kapitanlıq sarğısını tapşırıblar. Xarici oyunçu olsa belə, ən azı bu klyubda 3-4 il oynamalıdır ki, kapitanlıq sarğısını daşıya bilsin. Bizim vaxtımızda o boyda Flavinyoya kapitanlıq vermirdilər. Mən “Neftçi”yə yeni keçmişdim, kapitalığı Elvin Yunuszadəyə tapşırmışdılar. Halbuki o, daha öncədən komandada oynayırdı. Həmin vaxt Rəşad Sadiqov meydana çıxmırdı, azərbaycanlılar arasından Yunuszadəni seçmişdilər. Bizim vaxtımızla indiki arasında yerlə-göy qədər fərq var. Dünən gələn bir oyunçuya kapitanlıq verilməsi, bilmirəm, nə qədər doğrudur. O halda verilər ki, Avropada ad-sanlı klubda çıxış etsin, böyük karyeraya malik olsun. Onu gətirib kapitan edirlər ki, komandanı arxasınca daşısın, yəni klubun planlarına uyğun hərəkət etsin. Hər halda, bu, Samir Abasovun qərarıdır. Yəqin elə istəyib, elə də edib”.

Şükürov sarğının yenidən Emin Mahmudova qaytarılmasını gecikmiş qərar hesab edib: “Samir Abasov ilk gəldiyi gündən bu qərarı verməli idi. Ona görə ki, böyük-kiçik var. Götürdü, cavan qapıçıya həvalə etdi. Ondan əvvəlki baş məşqçi, yəni Roman Qriqorçukun futbolçu və ya rəhbərliklə hansısa problemi olub, dəyişdirib. Gərək Abasov “Neftçi”yə gələn kimi kapitan sarğısını verərdi”.

“Ağ-qaralar”ın sabiq kapitanı gənc qolkiper Rza Cəfərovun lider seçilməsini də yanlış addım hesab edib: “Kapitanlığın onda qalması doğru olmazdı. Cavan oyunçunun kapitan sarğısını daşımasının əleyhinəyəm. Çünki püxtələşmiş futbolçu lazımdır ki, komandada söz sahibi olsun”.

Qeyd edək ki, Mahir Şükürov 2006-cı ilin iyulundan 2007-ci ilin iyulunadək, 2012-ci ilin iyulundan 2014-cü ilin avqustunadək və 2016-cı ilin oktyabrından 2017-ci ilin iyulunadək "ağ-qara” formanı geyinib. O, karyerasını “Neftçi”də başa vurub.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 15 Avqust 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see225

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see214

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see189

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see188

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see163

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see159

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see157

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see157

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see146

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see141

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see139

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see138

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see137

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see137

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see136

Putin Ermənistan Azərbaycan münaqişəsini həll etdiyimə inana bilmirdi Tramp

30 Dekabr 2025 00:44see133

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri