Icma.az
close
up
RU
Sükut rəngində işsq Giya Paçxataşvili 65

Sükut rəngində işsq Giya Paçxataşvili 65

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Qiymət Məhərrəmli

... Ona “Azərbaycan ədəbiyyatının dostu” deyirlər çox zaman. Zənnimcə, bu qeyri-dəqiq ifadə şamil edildiyi insanın üzərinə götürdüyü missiyanı heç də tam olaraq özündə ehtiva etdirmir. Çünki Giya Paçxataşvili adlı ruh, könül adamı nəinki sadəcə Azərbaycan ədəbiyyatının dostudur, daha dəqiq desək, bu ədəbiyyatın dərvişi, ozanı – külüngçalanıdır həm də...

Onun sükut rəngli poeziya ünvanına üz tutanların könül dünyasını aram-aram, asta-asta öz nuruna, söz nuruna, köz nuruna bələyir şair qardaşımız. Nəsimi aşiqlərini bu hürufi şairin laməkan qəzəllərinin dili ilə ovsunlayır. Səməd Vurğun aforizmlərini təkcə mənsub olduğu xalqın deyil, rusdilli poeziya vurğunlarının da fəlsəfi dünyasına ərmağan edir. Əli Kərim poeziyasının bənzərsizliyini görməzlikdən gələnləri məcbur edir ki, öz ana dilində oxumaq onlar üçün çətindirsə, qoy özlərinə daha “məhrəm”, daha “elit” saydıqları əcnəbi dildə bu poeziya nəhənginin könül çırpıntılarını dinləyə bilsinlər...

Böyük şairdir Bizim Givi, eyni zamanda misilsiz tərcüməçidir. Jurnalist kimi, publisist kimi də bənzərsizdir. Azərbaycan, Gürcü və Rus dillərinin bütün incəliklərinə vaqif olduğundandır ki, yazdığı hər şeir, bir dildən başqa dilə çevirdiyi hər poeziya nümunəsi, problemlərin çözülməsinə yönəlik hər araşdırma özlüyündə bütöv bir yaradıcılıq nümunəsi kimi ərsəyə gəlir. Yaradıcılıq onun üçün adi bir hobbi deyil, o, yaratdıqlarına can verir, ruh üfürür, yeriməyi, böyüməyi öyrədir, ayaq üstə möhkəm dayanmağı tərci edir. Givi şeirlərinə, tərcümə əsərlərinə, tədqiqat işlərinə sözün həqiqi mənasında, atalıq-analıq etmək iqtidarında olan kimsələrdəndi. Onun ruhani dünyası bütünlüklə şeirə, sözə, milli-mənəvi dəyərlərin ruhani ifadəsinə köklənib. Diri adamdı Givi, dipdiri olmağı təlqin edir insanlara... Dirilik iksiri paylayır bir saqi kimi təşnə könüllərə. Dirilik nəğməsi pıçıldayır bütün varlığlyla oxucularının qulağına…

Duru adamdı Givi, duruluğu başına bəla olan duru adam. Qaynama kimidi, eləcə qaynayır. Sükutla barışığa girsə də, anidir bu susqunluğu. İnsanlıq dilidi onun dili. Çox dillərin açarı var onun qəlbində. Millətlərin dili... insanların dili... dillərin dili... Dilli adamdı Givi. “Dilsizlər”in dili, “ürəksizlər”in ürəyi, “gərəksizlər”in gərəyidi Givi. Həm ünvanı bilinməz, həm də ünvanlıdı Givi. Dəyərli dostlarının, qədirbilən arkadaşlarının könlüdür onun ünvanı...

Sarsılmaz bir qalaya da bənzədirəm onu. Tufanlara, fırtınalara comərdliklə sinə gərən sal qayadı Givimiz. Zəmanə onu çox sınaqlardan keçirib, saysız məşəqqətlərlə üzləşib, lakin tükənməz sevgisi, qüruru, dözümü, dəyanəti onu sınmağa, əyilməyə qoymayıb. Ülfət, mehribanlıq təşnəsidi Givi. Dünyasını vaxtsız-günsüz dəyişmiş Lamara xanımın onu tənha qoymasından sonrakı dövrün bütün məşəqqətlərinin canlı şahidiyəm. Bu ağır günləri Givi dirigözlü şəhid kimi yaşadı... Yaşamadı... ilan kimi qabıq verdi... səhralarda susuzluqdan can verən səyyaha döndü. Lakin... dözdü... durdu... Var qüvvəsini toplayıb, ölümdən sonrakı Giviyanə həyata atıldı... Atıldı və…xatirələri özündən də şirin, əziz, sevimli Xatirə xanımda tapdı xoşbəxtlik iksirini…

GİVİYANƏ HƏYAT

Sevgili insandı Givi. İnsana və insanlığa, doğulduğu torpağa və o torpağın əzəli-əbədi sakinlərinə, mənsub olduğu millətə və məxsus olduğu dövlətə və onun xalqına, etiqad etdiyi dinə və ətrafındakı insanların din və dilinə etibarlı və etiqadlıdır, sevgilidir Givi... Sevgisinə və sevgilisinə etdiqadlıdır Givi! Bugünümüzün Məcnunu, Kərəmi, Yetim Gürcüsü – GİYA PAÇXATAŞVİLİ!

Sevgisini tapdıqdan sonra Givinin şairliyi yeni eraya qədəm qoyub. Şeir diliylə dillənir və dilləndirir hər kəsi bu şair oğlan. Özü kimi isti və hərarətli, bəmbəyaz duyğuları aşıb-daşmaqda, kitab-kitab sərgilənməkdədi...

Qaxlı Şair Givi...

Aşiq Givi...

Aşıq Givi...

Uşaq Givi...

Özü boyda İşıq Givi!

Nur topası – Gürcü balası Givi!...

QAXLI ŞAİR GİVİ

Şair Givi uzun illər ərzində yazdığı bir-birindən incə, kövrək, duyğulu şeir nümunələrinin toplandığı “Sükutun rəngləri” kitabı ilə ilk dəfə 2007-ci ildə oxucuların görüşünə gəldi. Kitab doğuluşu ilə ilk andanca böyük əks-səda doğurdu, əldən-ələ gəzən bu poeziya toplusunu söz xiridarları az müddətdə sözün yaxşı mənasında “ələv-vələk elədilər”. Saysız-hesabsız resenziyalar yazıldı kitab haqda, onun müəllifinin yaradıcılıq manerası dönə-dönə öyüldü, müsbət rəylər dövri mətbuatın gündəmini “zəbt elədi”. Bəli, bu könül çırpıntıları həqiqətən insanların birbaşa ürəyinə nüfuz edir, “istilaçılıq” missiyasının şirin nəticələri uzun zaman müzakirələrə səbəb olurdu. Özünün dilindən başqa müəlliflərə ünvanlanan “oxucuya qalın deyil, qalan kitab lazımdır” ideyası ilə tam səsləşən bu dəyərli kitab həqiqətən də, söz sərrafı olan oxuculara bir mənəviyyat xəzinəsi kimi gərək oldu; az müddətdən sonra onlar Azərbaycan dilində bir-birindən gözəl bədii nümunələr yaradan gürcü əsilli şairin Azərbaycan türkü deyil, başqa millətdən olduğuna şübhə ilə yanaşmağa başladılar. Budur, əsil poeziyanın, əsil sənətkarın böyüklüyü!...

Şairin yaradıcılıq manerası geniş, əhatəli, çoxşaxəlidir. Xalq şeirimizi – folklorumuzu, klassik və müasir ədəbiyyatımızı, musiqimizi, incəsənətimizi, tariximizi dərindən bilən və sevən bir yaradıcı insan, vətəndaş-ziyalıdır Giya Paçxataşvili.

“Vətəndaşam...gözlərimdə

Sülh, qardaşlıq yuxuları daşıyıram.

Mən şairəm!

Ürəyimdə

Sevgi-həsrət duyğuları –

Yaşayıram!”

- Məhz bu cür yüksək ideallar sahibi olduğundandır ki, 1990-cı ilin qanlı 20 yanvar qırğınında, Qarabağ savaşında günahsız Azərbaycan xalqının başına gətirilən bütün müsibətlərə, eyni zamanda doğma gürcü xalqının zaman-zaman məruz qaldığı fəlakətlərə ürək yanğısı ilə şeirlər həsr edir... Göz yaşlarını qəlbinə axıdan şairin narahatlığı, nigaranlığı oxucuya birbaşa sirayət edir: bu şeirlər insanı zülmə, istibdada, zalımların yeritdikləri istilaçılıq, hegemonluq siyasətinə qarşı mübarizəyə sövq edir. Tarix boyu güclülərin, qoluzorluların qan uddurduğu kiçik millətlərin qan gölündə boğulmasından hiddətlənən qələm sahibləri haqsızlığa qarşı haqq səslərini ucaltmış, insanları şər qüvvələrdən qorunmaq üçün birliyə, barışığa səsləmişlər. Bu qəbildən olan şeirlər kitabın “Yara sağalandımı?” bölməsində geniş yer tutur.

seeBaxış sayı:179
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 10 Fevral 2026 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see416

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see330

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see324

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see264

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see234

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see234

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see231

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see227

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see211

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see207

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see198

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see197

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see195

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see195

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see194

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see186

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see185

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see179

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri