“Süleyman Ələsgərov. Biblioqrafiya” kitabının və “Süleyman Ələsgərov. Sonata” not məcmuəsinin təqdimatı olub AZƏRTAC
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 30 noyabr, AZƏRTAC
Milli Kitabxanada görkəmli Azərbaycan bəstəkarı, Dövlət mükafatı laureatı, Xalq artisti Süleyman Ələsgərovun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından birgə nəşr etdiyi “Süleyman Ələsgərov. Biblioqrafiya” kitabının və “Süleyman Ələsgərov. Sonata” not məcmuəsinin təqdimat mərasimi keçirilib.
AZƏRTAC Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Süleyman Ələsgərovun zəngin musiqi irsinə malik bəstəkar olduğunu qeyd edib. Biblioqrafiya kitabının çap olunmasında əsas məqsədin görkəmli bəstəkarın əziz xatirəsini yaşatmaqdır.
Çıxış edənlər Süleyman Ələsgərovun yaradıcılığında Üzeyir Hacıbəylidən bəhrələndiyini vurğulayıblar. Süleyman Ələsgərovun “Bahadır və Sona” əsərinin Azərbaycanın qiymətli incilərindən biri olduğu qeyd olunub. Bildirilib ki, Azərbaycanın görkəmli şəxsiyyətləri seriyası ilə çap olunan biblioqrafiya kitabı Süleyman Ələsgərov yaradıcılığına açılan bir pəncərədir.
Görkəmli bəstəkarın nəvəsi, Azərbaycanın Əməkdar artisti Tahir İmanov Süleyman Ələsgərovun ailəsi adından Prezident İlham Əliyevə Süleyman Ələsgərovun 100 illik yubileyinin yüksək səviyyədə keçirilməsi haqqında verdiyi Sərəncama görə, eləcə də yubiley tədbirlərində iştirak edənlərə təşəkkürünü bildirib. O, Süleyman Ələsgərovun yubiley tədbirinin Şuşada qeyd olunduğunu xüsusi vurğulayıb.
1945-2024-cü illəri əhatə edən biblioqrafiyada bəstəkarın əsərləri ilə yanaşı, həyat və yaradıcılığı haqqında zəngin material toplanıb, eləcə də dünya kitabxanalarında mühafizə olunan əsərləri öz əksini tapıb.
Biblioqrafiya ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 30 Noyabr 2024 09:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















