Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Milli Kitabxanada “Süleyman Ələsgərov. Biblioqrafiya” kitabının və “Süleyman Ələsgərov. Sonata” not məcmuəsinin təqdimat mərasimi keçirilib

Milli Kitabxanada “Süleyman Ələsgərov. Biblioqrafiya” kitabının və “Süleyman Ələsgərov. Sonata” not məcmuəsinin təqdimat mərasimi keçirilib

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

29 noyabr tarixində Milli Kitabxanada Görkəmli Azərbaycan bəstəkarı, Dövlət mükafatı laureatı, Xalq artisti Süleyman Ələsgərovun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın  “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından birgə nəşr etdiyi “Süleyman Ələsgərov. Biblioqrafiya” kitabının və “Süleyman Ələsgərov. Sonata” not məcmuəsinin təqdimat mərasimi keçirilib.

Tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov açaraq qonaqları salamlayıb. Xalqımızın musiqi xəzinəsinə misilsiz incilər bəxş etmiş Süleyman Ələsgərovun zəngin musiqi irsinə malik bəstəkar olduğunu qeyd edib.  Biblioqrafiya kitabının çap olunmasında əsas məqsədin görkəmli bəstəkarın əziz xatirəsini yaşatmaqdan ibarət olduğunu bildirib. Süleyman Ələsgərov kimi görkəmli sənətkarların heç vaxt unudulmayacağını yaratdığı əsərləri ilə ölməzlik qazandığını söyləyib. 

Azərbaycan Respublikası Milli Məclisinin sədrinin müavini, akademik Rəfael Hüseynov çıxışı zamanı Süleyman Ələsgərovun Azərbaycan mədəniyyətində müstəsna xidmətləri olduğunu qeyd edib. Süleyman Ələsgərovun Ü.Hacıbəyovla yaxın münasibətindən ətraflı bəhs edərək yaradıcılığında Üzeyir Hacıbəyovdan bəhrələndiyini əlavə edib. Süleyman Ələsgərovun “Bahadır  və Sona” əsərinin Azərbaycanın qiymətli incilərindən biri olduğunu bildirib.  Gələcək arzusunun “Süleyman və Ağgül” məhəbbətini işıqlandıran bir əsər yazmaq olduğunu söyləyib. Biblioqrafiya kitabının  akademik biliklər və səriştələr tələb edən bir iş olduğunu bildirərək bu kitabın görkəmli bəstəkarı daha aydın görüb və tanımaq üçün ən münasib körpüyə və mötəbər bələdçiyə çevriləcəyini bildirib əməyi keçən hər kəsə təşəkkür edib.

Tədbirdə çıxış edən Xalq artisti, bəstəkar Faiq Sücəddinov,  Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən Musiqi Kollecinin direktoru, professor Nazim Kazımov, Şuşa İcra Hakimiyyəti başçısının müavini Vüsalə xanım Fətəliyeva, Bakı Musiqi Akademiyyasının prorektoru, professor Gülnaz  xanım Abdullazadə, Ü.Hacibəyli ev Muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov, dirijor və pedaqoq Ağaverdi Paşayev Süleyman Ələsgərovun çoxşaxəli fəaliyyətindən, zəngin yaradıcılığından, elmi-pedaqoji fəaliyyətindən, təhsil ocaqlarının açılmasında, eləcə də bas, qanon, ney və s. kimi musiqi alətlərinin Azərbaycana gətirilməsindəki rolundan, Şuşa, yurd həsrətindən, xeyirxahlığından, tələbələrə qayğı və sevgisindən ətraflı bəhs edərək  Azərbaycanın görkəmli şəxsiyyətləri seriyası ilə çap olunan biblioqrafiya kitabının Süleyman Ələsgərov  yaradıcılığına açılan bir pəncərə olduğunu söyləyiblər.

Görkəmli bəstəkarın nəvəsi Azərbaycanın əməkdar artisti Tahir İmanov Süleyman Ələsgərovun ailəsi adından Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevə Süleyman Ələsgərovun 100 illik yubileyinin yüksək səviyyədə keçirilməsi haqqında verdiyi sərəncama görə eləcə də yubiley tədbirlərində iştirak edən  elm və mədəniyyət xadimlərinə, Azərbaycan Milli Kitabxanasının rəhbərliyinə və əməkdaşlarına, təşəkkürünü bildirib. Süleyman Ələsgərovun yubiley tədbirinin Şuşada qeyd olunduğunu xüsusi  vurğulayıb.

Qeyd edək ki, "Süleyman Ələsgərov. Biblioqrafiya" kitabının tərtibçisi Mətanət İbrahimova,  elmi redaktoru prof.  Kərim Tahirov, ön sözün müəllifləri akademik Rafael Hüseynov, Xalq artisti, professor Siyavuş Kərimi, redaktoru Xeyransa Abbasovadır. 1945-2024-cü illəri əhatə edən  biblioqrafiyada bəstəkarın əsərləri ilə yanaşı, həyat və yaradıcılığı haqqında zəngin material toplanmış, eləcə də dünya kitabxanalarında mühafizə olunan əsərləri öz əksini tapmışdır.

Biblioqrafiya ilə tanış olmaq istəyənlər http://web2.anl.az:81/read/page.php?bibid=vtls000895554 linkindən istifadə edə bilərlər.

Milli musiqi xəzinəmizdən seriyası ilə (Azərbaycan Milli Kitabxanasının fondundan) çap olunan  “Süleyman Ələsgərov. Sonata” not məcmuəsinin isə layihə rəhbəri prof.  Kərim Tahirov; tərtibçisi Mətanət İbarhimov, redaktoru  Sərdar Fərəcovdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Noyabr 2024 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri