Icma.az
close
up
RU
Sülh davamlı iqtisadi fayda mühiti deməkdir

Sülh davamlı iqtisadi fayda mühiti deməkdir

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycan və Ermənistan liderlərinin telefon danışığının xoş məramı

Tam əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı telefon danışığı yalnız diplomatik protokol hadisəsi deyil, bir il əvvəlin Vaşinqton razılaşmalarının Cənubi Qafqazda yaratdığı yeni siyasi-iqtisadi reallığın vurğulanmasıdır. Əlbəttə, mövcud xüsusda ilk diqqətçəkən məqam Bakı–İrəvan münasibətlərində siyasi dialoqdan qarşılıqlı iqtisadi asılılığa, nəqliyyat bağlantılarından regional əməkdaşlığa keçidin formalaşmasıdır.

Bəli, ötən il avqustun 8-də Vaşinqtonda Prezident İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri N.Paşinyanın iştirakı ilə keçirilmiş görüş Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcıdır. Başlanğıc Azərbaycan və Ermənistan arasında sülh sazişinin razılaşdırılmış mətninin paraflanması ilə yanaşı, regionun gələcək nəqliyyat-kommunikasiya xəritəsini dəyişə biləcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”, yaxud qısaca TRIPP layihəsi ilə bağlı siyasi iradənin ortaya qoyulmasıdır.

* * *

Bir il sonra avqustun 8-də Baş nazir N.Paşinyanın Prezident İlham Əliyevə telefon zəngi ilə Vaşinqton sammitinin ildönümünün qeyd olunması, əslində, həmin prosesin, sadəcə, diplomatik xatirəyə çevrilmədiyini göstərən mühüm siyasi mesajdır. Tərəflərin söhbətində sülh prosesində Donald Trampın və ABŞ administrasiyasının rolu xüsusi vurğulanıb, ötən müddətdə münasibətlərin normallaşdırılması istiqamətində əldə olunan irəliləyişlər qeyd edilib. Burada diqqətçəkən ən mühüm məqam isə budur: bir il əvvəl Vaşinqtonda müzakirə edilən məsələlər bu gün artıq siyasi deklarasiyadan iqtisadi praktikaya keçməyə başlayıb.

* * *

Əvvəldə bu barədə bildirdik. Əlavə edək ki, Bakı-İrəvan münasibətlərinin yeni mərhələsinin mahiyyətini anlamaq üçün telefon danışığının iqtisadi məqamlar hissəsinə xüsusi diqqət yetirmək lazımdır. Azərbaycanın neft məhsullarının Ermənistana ixracı və tranzit yüklərin Azərbaycan ərazisindən Ermənistana, eləcə də Ermənistandan digər istiqamətlərə daşınması təsadüfi hadisələr deyil. Bunlar sülh prosesinin real həyatdakı ilk iqtisadi nəticələridir.

İki ölkə arasında ticarət, tranzit, enerji və logistika əlaqələri genişləndikcə, sülh abstrakt siyasi anlayışdan qarşılıqlı maraqlar sisteminə çevriləcək. Bu, xüsusilə Ermənistan üçün mühüm transformasiyadır. Uzun illər ölkənin Azərbaycana münasibətini qarşıdurma və münaqişə məntiqi müəyyənləşdirirdisə, indi ön planda dayanan iqtisadi məntiqdir. Azərbaycanın enerji və tranzit imkanlarının Ermənistan iqtisadiyyatında görünməyə başlaması isə regiondakı yeni reallığın ən konkret göstəricilərindəndir. Bu baxımdan sülh prosesinin ən mühüm fəlsəfəsi belə ifadə oluna bilər: düşmənçilikdən qarşılıqlı faydaya keçid. Əslində, liderlər telefon danışığı zamanı məhz bu mesajı verdilər.

* * *

Əvvəldə TRIPP-dən söz açdıq. Deməli, 2025-ci il Vaşinqton Birgə Bəyannaməsində Ermənistanın ABŞ və digər müəyyənləşdiriləcək tərəflərlə birlikdə öz ərazisində TRIPP bağlantı layihəsinin çərçivəsini formalaşdırmaq niyyətində olduğu təsbit edilmişdi. Sənəddə, həmçinin Azərbaycan ərazisinin əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçən bağlantının təmin olunması və bunun Ermənistanın beynəlxalq və daxili bağlantı imkanlarına qarşılıqlı fayda yaratması nəzərdə tutulurdu.

Bu layihəni yalnız nəqliyyat xətti kimi qiymətləndirmək düzgün olmaz. TRIPP əslində, Cənubi Qafqazın geoiqtisadi arxitekturasının yenidən qurulması deməkdir. Çünki Azərbaycan-Naxçıvan bağlantısının yaradılması bir tərəfdən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında yeni və daha səmərəli əlaqə formalaşdıracaq, digər tərəfdən Ermənistanın özü üçün də yeni tranzit imkanları yaradacaq. Beləliklə, əvvəlcə qarşıdurma xətti olan ərazi tədricən iqtisadi bağlantı məkanına çevriləcək. Deməli, bir vaxtlar münaqişənin ayırdığı coğrafiya artıq iqtisadiyyatın birləşdirdiyi coğrafiyadır.

* * *

Qeyd edək ki, Azərbaycan-Ermənistan münasibətlərində ən çətin məsələlərdən biri uzun illər ərzində formalaşmış qarşılıqlı inamsızlıq idi. Hüquqi və siyasi sənədləri hazırlamaq mümkündür, lakin cəmiyyətlər arasında düşmənçilik psixologiyasını qısa müddətdə dəyişmək asan deyil. Məhz buna görə Azərbaycanla Ermənistan arasında real iqtisadi münasibətlərin yaranması xüsusi əhəmiyyət daşıyır. Məsələyə mövcud kontekstdən yanaşsaq, Azərbaycan məhsulunun Ermənistan bazarına daxil olması, Ermənistan ərazisindən və Azərbaycandan keçən tranzitin artması bir növ sülhün gündəlik həyata daxil olmasıdır.

Yəni sülh artıq dövlət rəhbərlərinin və diplomatların masasında müzakirə edilən məsələ yox, sahibkarın yük maşınında, logistika şirkətinin marşrutunda, enerji təchizatında, ticarət müqaviləsində özünü göstərməyə başlamalıdır. Bu, istənilən sülh sazişinin ən etibarlı təminatlarından biridir.

* * *

Onu da bildirək ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış sənədlər həm də Cənubi Qafqazdakı vasitəçilik modelinin dəyişdiyini nümayiş etdirdi. Nəzərə alaq ki, Azərbaycan və Ermənistan Xarici işlər nazirləri həmin gün sülh sazişinin mətnini paraflamaqla yanaşı, ATƏT-in Minsk prosesi və digər müvafiq strukturlarının fəaliyyətinə son qoyulması ilə bağlı birgə müraciət də imzaladılar. Bu detal xüsusi əhəmiyyət daşıyır. Çünki yeni mərhələ artıq münaqişənin idarə olunmasına deyil, münaqişədən sonrakı regional nizamın qurulmasına hesablanıb.

Başqa sözlə desək, Cənubi Qafqazda siyasi gündəm dəyişib. Əgər əvvəl əsas sual “münaqişəni necə həll etmək olar?” idisə, indi daha mühüm sual “sülhü necə geri dönməz etmək olar?” şəklindədir. Deməli, Azərbaycan və Ermənistan liderlərinin telefon danışığı bir illik prosesin yekunlaşdırılması və növbəti mərhələnin konturlarını göstərir. Onların əlaqələrin normallaşdırılması ilə yanaşı, iqtisadi-ticari münasibətləri, tranziti və TRIPP-i eyni gündəliyə daxil etmələri bu məsələlərin bir-birindən ayrı deyil, vahid regional prosesin komponentləri kimi nəzərdən keçirildiklərinin sübutudur. Bu zəncir nə qədər möhkəm qurularsa, yumşaq desək, xoşagəlməz keçmişə qayıtmaq ehtimalı bir o qədər azalar.

Bəli, Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton sammitinin birinci ildönümü ilə bağlı telefon danışığı göstərir ki, Bakı-İrəvan münasibətlərində əsas məsələ artıq keçmiş münaqişənin parametrləri deyil, gələcəyin regional arxitekturasıdır. TRIPP bu arxitekturanın nəqliyyat sütunlarından biridir. Yəni ticarət və enerji əlaqələri iqtisadi, sülh sazişi isə siyasi-hüquqi sütunu formalaşdırır. Bütün bunların mərkəzində isə Azərbaycanın irəli sürdüyü fundamental yanaşma dayanır: regionda davamlı sülh yalnız siyasi razılaşma ilə deyil, əməkdaşlığın və qarşılıqlı faydanın institusionallaşdırılması ilə mümkündür.

* * *

Bir il əvvəl Vaşinqtonda açılan siyasi pəncərə bu gün artıq iqtisadi və nəqliyyat imkanlarına çevrilməkdədir. Əgər proses ardıcıl şəkildə davam etdirilərsə, Cənubi Qafqazın tarixi coğrafiyasında daha böyük dəyişiklik baş verə, sərhədlərin ayırdığı, amma yolların birləşdirdiyi yeni bir region modeli yarana bilər. Liderlərin 8 avqust 2026-cı il tarixdəki telefon danışığının əsas mesajı da yalnız “bir il ərzində irəliləyiş əldə olunub” fikrindən ibarət deyildi. Onu da nəzərə alaq ki, tarixdə davamlı sülhlərin əsas sirri isə insanlar və dövlətlərin bir-birindən yalnız siyasi deyil, iqtisadi və kommunikasiya baxımından da fayda görməyə başlayanda sülh bir sənəd olmaqdan çıxıb reallığa çevrilir.

Ə.CAHANGİROĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Avqust 2026 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri