Icma.az
close
up
RU
Azərbaycan SÜLH deməkdir

Azərbaycan SÜLH deməkdir

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müharibənin nə olduğunu biz yaxşı bilirik...

Azərbaycan XX və XXI əsrlərdə bir neçə dəfə müharibənin bütün dəhşətlərini yaşayıb. Daha doğrusu, bu fəlakətləri Azərbaycana yaşadıblar.

1918-ci ildə Bakı qırğınları, daşnak-bolşevik ittifaqının törətdiyi soyqırımlar…

1988-1994-cü illərdə  Ermənistanın təcavüzü nəticəsində 20% ərazi işğalı, Xocalı soyqırımı, 1 milyon qaçqın və köçkün…

2020-ci ildə 44 günlük Vətən müharibəsi…

Və nəhayət, Azərbaycanın ərazi bütövlüyü hərbi və diplomatik yollarla bərpa edildi.

Bu acılar məcburən Azərbaycan xalqını müharibənin mahiyyətini dərindən dərk edən millətlərdən birinə çevirib. Azərbaycan yalnız sülh istəyən deyil, sülhü qoruya bilən ölkədir.

Qlobal müharibələr və Azərbaycanın prinsipial yanaşması

Ukrayna

Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır. Rusiya-Ukrayna müharibəsi başlayandan bu günə qədər  Azərbaycan Ukraynaya milyonlarla dollarlıq humanitar yardım göndərib.
Azərbaycanın təmir etdiyi İrpen şəhər xəstəxanası və uşaq bağçası istifadəyə verilib.

Fələstin

Fələstində baş verən münaqişələrə dair Azərbaycan dəfələrlə beynəlxalq tribunalarda və BMT-də çıxış edərək, mülki əhalinin qorunmasını, İsrail və Fələstin arasında sülh prosesinə sadiqlik çağırışları edib.

Suriya və Yaxın Şərqdəki digər münaqişələrdə də Azərbaycan heç vaxt müdaxilə etməyib və bölgədə sabitliyi dəstəkləyib.

Bu siyasət onu göstərir ki, Azərbaycan heç bir müharibəni dəstəkləmir, amma reallıqları da unutmur.

İran-Ermənistan əlaqələri niyə unudulur…

İran rəsmi səviyyədə hər zaman Azərbaycanla dostluqdan danışıb, amma faktlar başqa şey deyib.

İranın Ermənistanla sıx əməkdaşlığı 1993-cü ildən bu yana Ermənistanla enerji mübadiləsi, qaz və elektrik xəttləri, işğal altındakı Qarabağa İran nömrəli yük maşınlarının keçidi (2021-ci ildə sübutlarla dünya KİV-lərinə yayıldı), İrandakı bəzi ruhanilərin və dövlət dairələrinin Ermənistanın mövqeyini müdafiə edən bəyanatları və s.

Bu siyahını çox uzatmaq olar. 

Bütün bunlar Azərbaycan cəmiyyətində sual doğurur.

Əgər İran müsəlman dövləti kimi Fələstinlə maraqlanırsa, niyə 30 il ərzində işğal altında olan Qarabağa niyə susurdu?

Azərbaycan isə uzun illərdir bütün basqılara nəzərən öz ərazisindən İrana qarşı istifadə edilməsinə icazə verməyib. 

Fərqi gördünüzmü…

Azərbaycanın İranla siyasəti: sakit güc və soydaş məsuliyyəti

Çox dəqiq olan budur ki, Azərbaycan İrana düşmən deyil, İranda 50 milyona yaxın soydaşımız var.
Azərbaycan bu insanların sülh içində yaşamasını istəyir, İranda daxili qarışıqlıq istəmir.
Azərbaycan və İran arasında sərhəd ticarəti, energetika və dini diplomatiya kanalları işlək vəziyyətdədir.
Azərbaycanın İsraillə dostluğu heç bir qüvvəyə, o cümlədən İrana qarşı deyil. Azərbaycan cənubdakı soydaşlarımızı öz Vətəndaşları kimi sevir.

Amma…

Qarabağda İranın susqunluğu, Zəngəzur dəhlizi layihəsinə İranın müxalifliyi, Cənubi Azərbaycandakı soydaşlara təzyiqlər Azərbaycanı ehtiyatlı və sayıq olmağa vadar edir.

Azərbaycan İrana qarşı deyil, amma hər zaman İrandan da dostluq və qarşılıqlı hörmət gözləyib. 

Zəngəzur dəhlizi, geosiyasi şah damarı

Zəngəzur dəhlizi Azərbaycanın blokdada qalmış Naxçıvan bölgəsi ilə Zəngilanı birləşdirəcək, eyni zamanda, Türkiyə ilə quru əlaqəsini quracaq, Türk dünyasını, Mərkəzi Asiyanı Avropaya bağlayacaq, Orta Dəhliz layihəsini gücləndirəcək, İranın monopoliyasına alternativ olacaq bir layihədir. Əslində İran bu layihədən ən çox yararlanacaq tərəf ola bilərdi. Ancaq bunun əleyhinə çıxdı. Səbəb aydın və sadədir…

Zəngəzur dəhlizi təkcə logistik yox, geosiyasi dəhlizdir və İran buna qarşıdır.

İran niyə narahatdır?

İran Ermənistan üzərindən keçən yollarla regionda nəqliyyat nəzarətini itirəcək, Türkiyə və Azərbaycanın iqtisadi-siyasi mövqeyi güclənəcək, Türk dövlətlərinin birliyi sürətlənəcək.

Halbuki TDT İranı özünə üzv qəbul edə bilər. Çünki İran tarixi türk dövləti olub və bu gün də burada aborigenlərin 70 fazinin türklər təşkil edir.

Yeni dünya düzəni, Azərbaycan artıq oyunçudur…

Azərbaycan bu gün təkcə neft-qaz ölkəsi deyil, Avropa İttifaqı ilə strateji enerji tərəfdaşıdır, Türk Dövlətləri Təşkilatında liderdir, COP29 kimi qlobal tədbirə ev sahibliyi edib, Şuşa Bəyannaməsi ilə Türkiyə ilə hərbi ittifaq qurub.

Bu, Azərbaycanın artıq regional yox, qlobal əhəmiyyət daşıyan bir ölkəyə çevrildiyini göstərir.

Cənubi Azərbaycana ümid…

Güclü Azərbaycan dünyaya sülh deməkdir, dostluq deməkdir. Həm də Cənubi Azərbaycan türklərinə, oaradsakı azərbaycanlılara SALAM deməkdir.

Sülh istəyi qorxu deyil, gücün nişanəsidir

Azərbaycan müharibə istəmir, sülh istəyir. İsrail İran savaşından rahatsızdır. Amma bu müharibəni Azərbaycan törətməyib. Nə yazıq ki, bəzi güclər (təəssüf ki, belə güclər Türkiyədə də var. Onlar radikal islamçı libasında erməniyanlılardır) məsələni elə şəkildə qələmə verirlər ki, az qala İsrail Fələstin, Rusiya Uikrayna, Suriya münaqişələrində, indi isə İsrail İran qarşıdurmasında əsas səbəbkar kimi Azərbaycan təqsirkar bilinir.  

Azərbaycan sülh istəyir. Uzaqlarda da, yaxınlarda da sülh istəyir. Müharibənin nələrdən keçdiyini bilən ölkə kimi müharibələrə nifrət edir. 

Sülh istəyirik...

Amma bu sülh ədalətli olmalı, beynəlxalq hüquqa əsaslanmalı, ikili standartlardan uzaq olmalıdır.

Heç kim Azərbaycandan birtərəfli mövqe gözləməsin. Azərbaycanın əsas hədəfi güclü dövlət, azad vətəndaş, təhlükəsiz region, milli maraqlara əsaslanan dünya siyasətidir.

Azərbaycan var olsun.

Çünki Azərbaycanın varlığı elə SÜLH deməkdir.

Bunu bütün dünya qəbul edir.

Modern Təhlil və Araşdırma Qrupu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 İyun 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Saleh Məmmədovun Almaniyada tikdiyi binanın görüntüsü yayıldı FOTO

26 İyul 2026 23:06see877

“Ukraynanın yeni taktikası Kreml üçün təhlükəli ola bilər“ “The Sun“

26 İyul 2026 12:42see362

Xəzərdə müharibə aktivləşərsə,....

27 İyul 2026 12:05see260

“Barselona” Ferran Torresi yalnız bir şərtlə satmağa razı olacaq

27 İyul 2026 00:11see239

İnternetdə dələduzluq dalğası: Kibertəhlükələrin qarşısı necə alınır?

26 İyul 2026 15:10see236

FIFA Meksikada tarixi qalada ziyafət təşkil etdi: Prokurorluq araşdırmalara başladı

26 İyul 2026 07:15see221

Azərbaycan və Türkiyənin milli maraqları əleyhinə fəaliyyət göstərənlər FOTO

26 İyul 2026 22:05see215

Süni intellekt və beynəlxalq hüquq: yeni hüquqi dövrün başlanğıcı

27 İyul 2026 09:52see182

“Qarabağ”ın sabiq qapıçısı “Qaziantep”ə keçməyə yaxındır

26 İyul 2026 16:59see182

Dollar, avro və qızıl

26 İyul 2026 10:32see180

Erlinq Holand özü haqda yayılan memlərə münasibət bildirib VİDEO

27 İyul 2026 05:16see178

Qaret Beyl karyerasını bitirdikdən sonra müflis olmaqdan qorxub

27 İyul 2026 00:26see177

“Bursaspor” azarkeşləri “Şaxtyor”un spikerinə çətin anlar yaşadıb FOTO/VİDEO

27 İyul 2026 04:28see174

İyulun sonunda həyatlarını dəyişdirəcək dörd BÜRC

28 İyul 2026 00:01see170

“Mayo” 75 ildən sonra İrlandiya çempionu oldu VİDEO

27 İyul 2026 02:59see170

Ramiz Mehdiyevin ailəsinə məxsus bankda nə baş verir?

26 İyul 2026 13:02see165

İran və Oman RAZILAŞIR?

26 İyul 2026 15:23see161

Azərbaycan bu ölkələrlə ikitərəfli anlaşma memorandumları imzalayıb

28 İyul 2026 01:23see159

Zidan baş məşqçi təyin olunsa, Mbappenin kapitanlıq sarğısı əlindən alınacaq?

27 İyul 2026 23:59see158

Azərbaycanlılar ən çox bunları axtarır “Google” statistikası təəccübləndirir

28 İyul 2026 02:05see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri