Icma.az
close
up
RU
Sülh həqiqət üzərində qurulmalıdır

Sülh həqiqət üzərində qurulmalıdır

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Son günlər ölkə gündəmini zəbt edən və sosial mediada ciddi müzakirələrə səbəb olan hadisələrdən biri Azərbaycan nümayəndəsinim erməni iştirakçıya 12 xal verməsi haqqında öz fikrimi bildirmək istədim.
Biz müharibədən çıxmış, minlərlə şəhid vermiş bir xalqıq. Bizim üçün “sülh” anlayışı bəli, müqəddəsdir. Amma bu sülh həqiqət üzərində qurulmalıdır. Barışın ilk şərti - qarşı tərəfin etdiklərini etiraf etməsi, üzr istəməsi, zülmü tanımasıdır. Bunların heç biri baş verməmişkən, xalqın acısını görməzdən gələrək qucaqlaşmaq və gülümsəmək ictimai rəyə hörmətsizlik kimi qəbul edilir.
Bəli, siyasətdə və diplomatiyada jestlərin önəmi böyükdür. Amma bu jestin vaxtı və yerinə görə edilməsi əsas şərtdir. Hələ çox erkəndir. Xocalını, Gəncəni, Tərtəri unutmamış bir xalq üçün belə bir görüntü təkcə incitmə deyil, həm də unudulmaq qorxusudur.
Bir təşkilat rəhbəri kimi demək istəyirəm ki, incəsənət xalqı birləşdirə də bilər, bölə də. Hissiyyat, yaddaş, tarix və mədəniyyət iç-içədir. Bizim tariximizdə silinməyən izlər var. Ona görə hər bir sənət nümayəndəsi, xüsusilə də xalqın təmsilçisi olmaq məsuliyyəti daşıyan şəxslər bu incə xətləri daha dəqiq hiss etməli, davranışlarını bu məsuliyyətə uyğun tənzimləməlidir.
Sonda bir daha qeyd etmək istərdim ki, sülh arzumuz daimidir, amma yaddaşsız sülh mümkün deyil. Bu gün atılan hər addım gələcək tariximizdə iz qoyur. Qoy bu izlər bizə həm qürur, həm də ədalət gətirsin.
Turanə Orucova, “İncəsənətin Tərəqqisinə Dəstək” İB sədri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 25 Noyabr 2025 21:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see452

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see280

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see278

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see265

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see257

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see251

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see250

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see235

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see233

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see221

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see220

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see220

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see218

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see218

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see217

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see211

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see207

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see201

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri