Icma.az
close
up
RU
“Sülh istiqamətində real nəticələr var” deputat

“Sülh istiqamətində real nəticələr var” deputat

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Vətən müharibəsində əldə olunan tarixi qələbədən sonra Ermənistana sülh əli uzadan tərəf Azərbaycan oldu. Bu addımla Azərbaycan təkcə Ermənistana deyil, bütün dünyaya bəyan etdi ki, müharibə geridə qalıb və bölgəyə daimi sülh gəlməlidir”.
Xalqcebhesi.az-a müsahibəsində Milli Məclisin deputatı Vüqar İsgəndərov bildirib ki, sülh müqaviləsinin imzalanması istiqamətində artıq real nəticələr əldə olunub: “Azərbaycan irəli sürdüyü şərtlər Ermənistan tərəfindən qəbul edilməyə başladı və Paşinyanın rəhbərlik etdiyi hökumət bu bəndlərin icrasını sürətləndirməyi qarşısına məqsəd qoydu. Artıq demarkasiya, delimitasiya və kəndlərin geri qaytarılması ilə bağlı ciddi irəliləyişlər əldə olunub. Ən önəmlisi isə Zəngəzur dəhlizi ilə bağlı məsələdə konkret nəticələr əldə edilib”.
Deputat qeyd edib ki, 8 avqustda Vaşinqtonda ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə keçirilən üçtərəfli görüş tarixi dönüş nöqtəsi oldu: “Həmin görüşdə iki ölkə arasında münasibətləri tənzimləyən 17 bənd paraflandı. Bu isə sülh müqaviləsinin imzalanması üçün kifayət qədər əsas yaradır. Ermənistan artıq konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasını götürmək öhdəliyini qəbul edib. Bununla yanaşı, Minsk qrupunun ləğvi və digər məsələlər razılaşdırılmış formata keçib”.
Onun sözlərinə görə, əsas vəzifə Ermənistan hökumətinin öz cəmiyyətini sülhə hazırlamasıdır: “Paşinyan hökuməti revanşist əhval-ruhiyyəli qüvvələrlə işləməli, konstitusiya dəyişikliyi üçün referenduma getməlidir. Çünki bir ölkə digərinə qarşı ərazi iddiası saxlaya bilməz. Bu, həm milli qanunvericiliyə, həm də beynəlxalq hüquqa ziddir.”
Deputat vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması ilə bölgədə yeni reallıqlar formalaşacaq: “Bu dəhliz vasitəsilə Ermənistan dünyaya açılacaq və yeni imkanlar qazanacaq. Amma bütün bunların müəllifi Azərbaycandır, Azərbaycan Prezidentidir. Ona görə də rəsmi İrəvan üzərinə düşən öhdəlikləri vaxt itirmədən icra etməlidir. Əminik ki, tezliklə sülh müqaviləsi imzalanacaq və bölgədə daimi, dayanıqlı sülh təmin olunacaq”.

Günel Elxan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 01 Oktyabr 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri