“Sülh körpüsü”: Birgə təşəbbüs fəal şəkildə işləyir
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
“Sülh körpüsü” təşəbbüsü çərçivəsində Ermənistanda iki gün davan edəcək Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə geniştərkibli ikitərəfli müzakirə başlayıb.
Hər iki ölkənin vətəndaş cəmiyyətini təmsil edən ümumilikdə 60 nümayəndə iştirak edir. Müzakirələr 2025-ci il avqustun 8-də Vaşinqton sammitində razılaşdırılmış sülh gündəliyini, Azərbaycan-Ermənistan sülh prosesinin möhkəmləndirilməsi və institusionallaşdırılmasına yönəlmiş təşəbbüsləri, iki cəmiyyət arasında qarşılıqlı etimadın yaradılması və inkişaf etdirilməsi tədbirlərini, Cənubi Qafqazda dayanıqlı iqtisadi əməkdaşlığın, ticarətin və bağlantı marşrutlarının yaradılması imkanlarını, humanitar məsələləri, gənclərlə işi və təhsil sahəsini, həmçinin iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivlərini əhatə edəcək.
İki ölkənin vətəndaş cəmiyyətinin nümayəndələri arasında keçirilən görüş Azərbaycan-Ermənistan sülh prosesinə hansı töhfələr verə bilər?
Məsələ ilə bağlı Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli “Cebheinfo.az”-a bildirib ki, Azərbaycan-Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü sülh prosesinin institusionallaşdırılması və eyni zamanda etimad mühitinin güclənməsi baxımından mühüm əhəmiyyət kəsb edir:
“Vətəndaş cəmiyyəti nümayəndələri arasında aparılan müzakirələr sülh prosesinin müxtəlif aspektlərini, ictimai dəstəyin verilməsi, o cümlədən qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi və həlli yolları ilə bağlı ideyaların müzakirəsinə imkan verir. Bu da olduqca vacibdir. Çünki sülh yalnız hökumətlər və dövlətlər arasında deyil, eyni zamanda cəmiyyətlər arasında da bağlanır. O sülh dayanıqlı və davamlı olur ki, məhz cəmiyyətlər ona inansın. Cəmiyyətdə sülhün üstünlüyünə əmin olsunlar. Vətəndaş cəmiyyəti arasındakı təmaslar da bu məqsədə nail olmağın ən optimal yollarından biridir. Vətəndaş cəmiyyəti hər iki ölkənin cəmiyyətlərində ictimai rəyi, insanları narahat edən məsələləri, onların gözləntilərini bilirlər.
Bu vacib istiqamətlərdə fikir mübadiləsi apararaq sülhün daha da möhkəmlənməsi üçün necə töhfə verəcəklərini qərarlaşdırırlar və həm gündəlik fəaliyyətlərində, həm insanlarla ünsiyyətlərində, mətbuata çıxışlarında sülh təşəbbüslərini təşviq edirlər. Eyni zamanda sülhün daha da möhkəmlənməsi üçün hansı praktiki addımların atılması bağlı tövsiyələr hazırlayırlar, hökumətləri konsultasiya edirlər. Vətəndaş cəmiyyətinin təmasları kifayət qədər praktik və səmərəli bir alətdir”.
Zaur İbrahimlinin sözlərinə görə, hazırda “Sülh körpüsü” adlı birgə təşəbbüs fəal şəkildə işləyir:
“Bu təşəbbüs Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti üzvlərini birləşdirir. Artıq bu görüşlər ənənə halını alıb. Bu görüşlərin müsbət təsirlərini də qeyd edə bilərik. İlk növbədə cəmiyyətləri narahat edən məsələlər çox konstruktiv mühitdə müzakirə olunur. Vətəndaş cəmiyyətinin nümayəndələri məhz bu müzakirələrdə gələcək baxışı müəyyən edə bilirlər. Bununla əlaqədar da cəmiyyətlərə müvafiq mesajlar verirlər.
Eyni zamanda vətəndaş cəmiyyəti arasındakı təmaslar həm də cəmiyyətləri inandırır ki, artıq de-fakto sülh möhkəmlənir və de-yure sülhün əldə edilməsi ilə bağlı ciddi addımlar atır. Cəmiyyətlərin bu məqsədlərə inanması olduqca vacibdir. Cəmiyyətlərin sülh məqsədlərinə, sülh hədəflərinə inamın artması olduqca mühüm məsələdir. Vətəndaş cəmiyyəti üzvlərinin bir-birilə təmasları, onların verdiyi mesalar bu istiqamətdə mühüm rol oynayır.Eyni zamanda hər iki tərəfdə bəzi məsələlər var ki, onlar açıq müzakirə olunmalıdır.
Ola bilər ki, rəsmi kanallarla müzakirələrin məhz vətəndaş cəmiyyəti üzvləri tərəfindən danışıqlar yolu ilə tamamlanması kifayət qədər səmərə verə bilər. Vətəndaş cəmiyyəti arasındakı bu təmaslar beynəlxalq birliyə, region ölkələrinə bir mesajdır. Hər iki cəmiyyət sülh üçün çalışır, sülh yolunda ciddi şəkildə addımlayır. Vətəndaş cəmiyyəti üzvlərinin ekspert rəyləri, birgə araşdırmaları da sülh prosesinin aspektlərini daha yaxşı görməyə, başa düşməyə imkan verir. Bu araşdırmalar, təkliflər hökumətlərin daha düzgün qərar qəbul etməsinə kömək edir”.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 26 Noyabr 2026 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















