Icma.az
close
up
RU
“Sülh körpüsü”ndə etimad axtarışlarına növbəti töhfə

“Sülh körpüsü”ndə etimad axtarışlarına növbəti töhfə

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Aprelin 10-dan 12-dək Qəbələdə “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti, ekspert dairələri və media nümayəndələrinin iştirakı ilə növbəti – sayca dördüncü görüş keçirildi. Bundan öncəki görüşlər Bakı və İrəvanda baş tutmuşdu. Sonuncu iki görüşü əlamətdar edən cəhət iştirakçıların quru sərhədi keçməklə qarşılıqlı səfərlər etməsindədir. Yəni 2026-cı il fevralın 13-14-də İrəvanda keçirilən üçüncü görüşün iştirakçıları – Azərbaycan nümayəndə heyəti Ermənistana quru sərhədi vasitəsilə getmişdilər. Bu zaman rəsmi olaraq müəyyən edilmiş, delimitasiya və demarkasiya olunmuş hissədən keçərək, bütün müvafiq sərhəd və pasport nəzarəti prosedurlarına əməl edilmişdi.

Qəbələ görüşünün iştirakçıları da eyni prosedur qaydalarına əməl etməklə Azərbaycana gəldilər. Bu keçidin özü “Sülh körpüsü” təşəbbüsünün Azərbaycan və Ermənistan cəmiyyətləri arasında etimadın möhkəmləndirilməsi istiqamətində atılmış növbəti simvolik addım kimi qiymətləndirilir.

Görüşün sonunda keçirilən mətbuat konfransında “Sülh körpüsü” təşəbbüsünün koordinatoru, “Erməni şurası” analitik mərkəzinin prezidenti Areq Koçinyanın səsləndirdiyi fikirlər diqqəti cəlb edir. O bildirib ki, erməni nümayəndə heyətinin sərhədi delimitasiya və demarkasiya olunmuş hissədən keçməsi özü-özlüyündə mühüm simvolik addımdır. Onun sözlərinə görə, bu, sülhün nə qədər real olduğunu və Vaşinqtonda, ondan əvvəl isə liderlərimizin Əbu-Dabidəki görüşündə razılaşdırılmış sülh gündəliyinin həyata keçirilməsinə nə qədər yaxın olduğumuzu təsdiq edir.

A.Koçinyan hesab edir ki, bu təşəbbüsün özü və bir erməni ekspert kimi bu gün Azərbaycanda olması həmkarları ilə birlikdə mətbuat konfransı keçirməsi artıq mövcud istiqamətdə ciddi addımdır: “Lakin bu sahədə digər mühüm işlər də görülür. Məsələn, yanacaq və digər mallar Azərbaycandan və ya onun ərazisindən tranzitlə Ermənistana daşınır. Bütün bunlar birlikdə tərəflərin etimadı möhkəmləndirmək istəyini nümayiş etdirir. Əlbəttə ki, bu cür tədbirlər heç vaxt çox ola bilməz. Bu iş davam etdirilməlidir”.

A.Koçinyanın səsləndirdiyi fikirlər “Sülh körpüsü” təşəbbüsünün sadəcə simvolik platforma olmadığını, daha geniş siyasi proseslərlə paralel inkişaf etdiyini göstərir. Onun vurğuladığı üç əsas istiqamət – sülh sənədinin hazırlanması, sərhədlərin delimitasiya və demarkasiyası, həmçinin kommunikasiyaların açılması – əslində, regionda dayanıqlı sabitliyin əsas sütunları hesab olunur. Bu baxımdan, erməni nümayəndə heyətinin məhz delimitasiya olunmuş sərhəd hissəsindən keçməsi təkcə texniki prosedur deyil, həm də İrəvanın mövcud reallıqları qəbul etməyə məcbur qaldığını nümayiş etdirən mühüm siyasi siqnaldır.

Koçinyanın Vaşinqton və Əbu-Dabi görüşlərinə istinad etməsi isə onu göstərir ki, proses artıq lokal çərçivəni aşaraq beynəlxalq vasitəçilərin aktiv iştirakı ilə daha sistemli mərhələyə keçib. Bununla yanaşı, onun kommunikasiyaların açılması və tranzit daşımalarla bağlı dedikləri real əməkdaşlıq elementlərinin formalaşdığını göstərir. Bu isə uzun illər qarşıdurma şəraitində yaşamış iki cəmiyyət üçün yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bununla belə, bütün bu açıqlamalar fonunda əsas məsələ praktiki addımların davamlı olub-olmamasıdır. Çünki siyasi bəyanatlarla yanaşı, real nəticələr yalnız konkret razılaşmaların icrası ilə mümkündür. “Sülh körpüsü” kimi təşəbbüslər isə bu mürəkkəb prosesdə daha çox etimad mühitinin formalaşdırılmasına xidmət edən əlavə alət kimi çıxış edir.

Ermənistan nümayəndə heyəti rəhbərinin səsləndirdiyi digər fikirlər də maraq doğurur. O bildirib ki, Ermənistan və Azərbaycan regionda ən uzun sərhədi bölüşür. Bu sərhəd kontinental Avropada səkkizinci ən uzun sərhədlərdən biridir: “Bu, iki kiçik respublika üçün maraqlı fakt olmaqla yanaşı, ciddi çağırışdır. Mövcud vəziyyətdə 38 illik münaqişə fonunda irəliləmək son dərəcə çətindir. Hər iki tərəfdə böyük travma, münaqişələrlə dolu tarix mövcuddur. Bu baxımdan, prosesin həddindən artıq sürətlə aparılması ona zərər verə bilər”.

Onun sözlərinə görə, şimalda və ətrafda baş verən geosiyasi proseslər gözləmir. “Xüsusilə də bu mürəkkəb dünyada – şimalda, cənubda, qərbdə müharibə var, bəzi yerlərdə “soyuq müharibə”ni xatırladan gərginliklər mövcuddur, şərqdə də oxşar vəziyyət hökm sürür. Bu isə regionumuzun sabitliyə olan ehtiyacını daha da artırır. Yəqin ki, çox insan “flightradar” xəritələrində yayılan görüntüləri görüb.

Çox sayda təyyarə Cənubi Qafqaz üzərindən uçur. Çünki şimaldan uçuşlar mümkün deyil, cənub da məhduddur. Nəticədə qərbə iki əsas bağlantı qalır və bu, regionun əhəmiyyətini artırır. Bu şəraitdə normallaşma və sülh əsas prioritetə çevrilir. Bu məsələ Qərbdə, xüsusilə Avropa və ABŞ-də da diqqət mərkəzindədir. Məhz buna görə regiona maraq bu qədər artıb. Balans tapmaq lazımdır. Bir tərəfdən, mövcud geosiyasi və daxili siyasi irəliləyişi itirməmək üçün kifayət qədər sürətli hərəkət edilməlidir, digər tərəfdən isə nəzərə alınmalıdır ki, normallaşmanın əsas prinsiplərindən biri tələsməməkdir. Həddindən artıq sürət prosesi zədələyə bilər”.

Koçinyanın bu fikirləri Ermənistan tərəfinin sülh prosesinə yanaşmasında ehtiyatlı və mərhələli xəttin üstünlük təşkil etdiyini göstərir. O, uzunmüddətli münaqişənin yaratdığı psixoloji və siyasi yükü əsas arqument kimi önə çəkərək, sürətli addımların riskli ola biləcəyini vurğulayır. Bu yanaşma müəyyən mənada reallığı əks etdirsə də, eyni zamanda, prosesi ləngidə biləcək faktor kimi də çıxış edir. Diqqətçəkən məqamlardan biri isə onun geosiyasi vəziyyətə istinadıdır. Regionun artan tranzit və strateji əhəmiyyəti fonunda sülhün vacibliyinin qabardılması göstərir ki, İrəvan artıq Cənubi Qafqazın qlobal proseslərdə rolunu daha praqmatik qiymətləndirməyə başlayıb. Bununla belə, “tələsməmək” tezisi müəyyən suallar doğurur. Çünki mövcud imkan pəncərəsi uzunmüddətli olmaya bilər və prosesin uzadılması həm regional sabitlik, həm də real nəticələrin əldə olunması baxımından risklər yaradır.

Onu da qeyd edək ki, A.Koçinyan İrəvana qayıtdıqdan sonra keçirilən mətbuat konfransında Azərbaycandakı yolların vəziyyətinin, eləcə də Bakının şəhərsalma mədəniyyətinin onlarda xoş təəssürat doğurduğunu bildirib. Koçinyanın İrəvanda səsləndirdiyi bu fikirlər Azərbaycan reallıqlarının kənardan müşahidəsi baxımından diqqətəlayiqdir. Onun xüsusilə yol infrastrukturu və Bakının şəhərsalma mədəniyyəti ilə bağlı müsbət təəssüratlarını bölüşməsi, regionda formalaşmış bəzi stereotiplərlə real mənzərə arasındakı fərqi ortaya qoyur. Bu cür yanaşmalar, hər nə qədər fərdi müşahidələrə əsaslansa da, qarşılıqlı anlaşma mühitinin formalaşmasına müəyyən töhfə verə bilər.

Eyni zamanda, bu fikirləri Azərbaycanın son illərdə keçdiyi inkişaf yolu kontekstində qiymətləndirmək vacibdir. Ölkəmiz üçün müharibə mərhələsi artıq geridə qalıb və hazırda əsas prioritet quruculuq, tikinti və abadlıq işlərinin genişləndirilməsidir. İnfrastruktur layihələri və şəhər mühitinin yenilənməsi də məhz bu strategiyanın tərkib hissəsidir. Bu baxımdan, səsləndirilən müsbət qeydlər Azərbaycanın seçdiyi inkişaf kursunun erməni müşahidəçilər tərəfindən də diqqətdən kənarda qalmadığını göstərir.

Səxavət HƏMİD
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Aprel 2026 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri