Icma.az
close
up
RU
Sülh müqaviləsi olsun, amma zəmanət olmasın “Bu müqavilə Putinə gələcəkdə təcavüzü davam etdirmək üçün lazımdır”

Sülh müqaviləsi olsun, amma zəmanət olmasın “Bu müqavilə Putinə gələcəkdə təcavüzü davam etdirmək üçün lazımdır”

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vladimir Putinin Ukraynadakı müharibə və sülh planı ilə bağlı son açıqlamaları göstərir ki, Rusiya maksimalist məqsədlərindən əl çəkməyib.

“AzPolitika” xəbər verir ki, ABŞ Müharibə Tədqiqatları İnstitutunun (ISW) son hesabatında belə deyilir.

Hesabatda qeyd olunur ki, Rusiya Ukrayna üçün real təhlükəsizlik zəmanəti olmayan sülh müqaviləsində maraqlıdır. Bu, ondan ötrüdür ki, Moskva gələcəkdə Ukraynaya qarşı təcavüzü bərpa və davam etdirə bilsin.

Bildirilir ki, Putin 17 dekabr tarixli son çıxışında Rusiyanın Ukraynada daha geniş ərazi işğalı planlarını bir daha təsdiqləyərək, Ukraynanın və Qərbin "müzakirələrdən imtina etməsi halında Rusiyanın "tarixi torpaqlarını hərbi yolla azad edəcəyini" bəyan edib.

Analitiklər vurğulayırlar ki, "Putinin bu açıqlaması, Rusiyanın davam edən təcavüzünə görə məsuliyyəti Rusiyaya deyil, Ukraynaya yükləmək məqsədi daşıyır".

Putinin açıqlamaları onu da göstərir ki, o, ABŞ-nin təklif etdiyi 28 bəndlik sülh planına əsaslanan sülh müqaviləsindən məmnun qalmayacaq və bu şərtlər altında hərbi əməliyyatların dayandırılmasından sonra da məqsədlərinə çatmağa çalışacaq.

ISW qeyd edir ki, "Kremlin 28 bəndlik planın müəyyən elementlərinə zidd olan açıqlamaları Putinin hətta bu ilkin razılaşmanı da qəbul etmək istəyini şübhə altına alır və Ukrayna üçün etibarlı təhlükəsizlik zəmanətinin istənilən razılaşmanın davamlılığı üçün nə qədər vacib olduğunu nümayiş etdirir".

Eyni zamanda, Kreml dəfələrlə bu cür zəmanətlər ideyasını açıq şəkildə rədd edib, xüsusən də Ukrayna ərazisində xarici hərbi kontingentlərin mövcudluğuna qəti şəkildə qarşı çıxıb.

ISW hesab edir ki, "Kreml Ukrayna üzərində tam və effektiv nəzarət yaratmaq kimi maksimalist hərbi məqsədinə çatmaq üçün Rusiyanın gələcəkdə Ukraynaya qarşı təcavüzünə şərait yaratmaq məqsədilə təhlükəsizlik zəmanəti olmadan sülh müqaviləsi bağlamağa çalışır".

Qeyd edək ki, Putin daha öncə dəfələrlə Rusiyanın Ukraynadakı əraziləri ələ keçirmək məqsədlərindən əl çəkməyəcəyini və buna ya diplomatik, ya da hərbi yolla nail olacağını bildirib. Diplomatik yol və Rusiyanın işğalçılıq iştahasının sonu isə hələik görünmür. Deməli, müharibə hələ xeyli müddət davam edəcək.

C.Məmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 Dekabr 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see329

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see237

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see235

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see225

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see225

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see205

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see199

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see198

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see185

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see185

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see181

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see178

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see172

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see164

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see162

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see159

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see152

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see151

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri