İsveçrə Putinə toxunulmazlıq vəd edir: Sülh danışıqları üçün gələrsə...
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Rusiya prezidenti Vladimir Putin Ukraynada sülh danışıqları üçün ölkəyə gələrsə, İsveçrə hökuməti ona toxunulmazlıq verməyə hazırdır.
"Ölkə.az" xəbər verir ki, bunu İsveçrənin xarici işlər naziri İqnazio Kassis deyib.
Qeyd olunur ki, Beynəlxalq Cinayət Məhkəməsi onun barəsində order verdiyi üçün İsveçrə Putini həbs etməyə borcludur.
Buna baxmayaraq, Kassis qeyd edib ki, müəyyən şərtlər daxilində Rusiya prezidentinin İsveçrəyə daxil olmasına icazə veriləcək: "Ötən il İsveçrə hökuməti beynəlxalq həbs qərarı verilmiş şəxsə toxunulmazlığın verilməsi qaydalarını müəyyən edib. Əgər bir nəfər şəxsi səbəblər deyil, sülh konfransına gələrsə, o, həbs edilməyə bilər".
Kassis əlavə edib ki, İsveçrə Putin və Ukrayna prezidenti Volodimir Zelenski arasında görüş keçirməyə tam hazırdır. O, belə tədbirlərin keçirilməsində ölkəsinin çoxillik təcrübəsini vurğulayıb.
Buna baxmayaraq, Kassis qeyd edib ki, Rusiya Ukraynaya genişmiqyaslı işğalının başlamasından sonra Avropa İttifaqı ölkələrinin tətbiq etdiyi sanksiyalara qoşulmağa qərar verən İsveçrəyə qarşı “soyuqlaşıb”:
“Mənə dedilər ki, İsveçrə Avropa sanksiyalarını qəbul etdikdən sonra onlar təbii ki, İsveçrədə bunu etmək istəyini bir qədər itiriblər”.(musavat.com)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 20 Avqust 2025 08:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















