Icma.az
close
up
RU
Sülh müqaviləsi, türk dünyasının prioritetləri və Qarabağın dirçəlişi: Türk deputatdan VACİB AÇIQLAMALAR

Sülh müqaviləsi, türk dünyasının prioritetləri və Qarabağın dirçəlişi: Türk deputatdan VACİB AÇIQLAMALAR

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Şamil Ayrım təmsil etdiyi qurumun prioritetləri, qardaş dövlətlə münasibətlərinin yüksələn xətt ilə inkişafı, həmçinin Vaşinqtonda sülh müqaviləsinin paraflanmasından sonrakı proseslər və digər aktual mövzularla bağlı Oxu.Az-a müsahibə verib.

- Şamil bəy, sədrlik etdiyiniz qrupun əsas prioritetləri nədir və münasibətlərin inkişafında hansı rola malikdir?

-Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu Böyük Millət Məclisində ən fəal dostluq qrupudur. Xüsusilə 44 günlük müharibə zamanı bütün platformalarda Qarabağın Azərbaycan torpağı olması ilə bağlı fikirlərimizi izah edir, fəaliyyətlər həyata keçirirdik. Bu istiqamətdə də mühüm irəliləyişlər əldə etmişik.

Əlbəttə ki, Qarabağ müharibəsindən sonra bir milyondan çox məcburi köçkünün doğma torpaqlarına qayıtması üçün həmin əraziləri dirçəltmək lazım idi. Çünki ermənilər illərdir o torpaqlara ciddi zərərlər vurublar. Azad olunmuş əraziləri minalardan təmizlənməsi, yolların salınması, hava limanlarının inşası, ağıllı şəhər və kəndlərin tikilməsi kimi işləri Azərbaycan öz hesabına edir, bərpa və quruculuq işləri həyata keçirir, Qarabağı dirçəldir. Bütün bu prosesdə Türkiyə şirkətləri də iştirak edir və bu layihələri dəstəkləyir. Hazırda da bu proseslər davam edir. Bundan əlavə, Dostluq Qrupuna daxil olan müxtəlif sahələrdə uğur qazanmış həmkarlarımız var. Qrupun sədr müavini, millət vəkili Orhan Erdem təhsil sahəsində mütəxəssis olan həmkarımızdır. Türkiyə ilə Azərbaycan arasında təhsildəki problemlərdən tutmuş, hər iki ölkədə yeni məktəblərin açılmasına qədər bütün məsələləri müzakirə edirik. Biz bu istiqamətdə çox vacib bir məsələ qaldırmışıq və həllinə nail olmuşuq. Belə ki, 2015-ci ildən əvvəl Türkiyəyə gələn Azərbaycan vətəndaşlarına müddətsiz yaşayış icazəsi verilməsi və bunun müqabilində də Azərbaycan hökumətinin onlara pasport və şəxsiyyət vəsiqəsi verməsini həyata keçirmişik. Çünki onlar 1990-cı illərdə Türkiyəyə gələn, lakin bəziləri şəxsiyyət vəsiqələrini, pasportlarını itirmiş və ya burada yaşayarkən maddi imkanları olmayan, üstəlik övladları olan Azərbaycan vətəndaşlarıdır. Təhsil və iş icazələri də daxil olmaqla, bu problemləri ortaya çıxırdıq və məsələni kökündən həll etdik. Bu proses davam edir və çox yaxşı bir uğurdur. Bu həm də bizim komissiyamızın nailiyyətidir.

Onu da qeyd edim ki, Şimali Kipr Türk Respublikasının da tanınması üçün Azərbaycan parlamentində Dostluq Qrupu yaradılıb. Biz Azərbaycan-Şimali Kipr Türk Respublikası Dostluq Qrupunu da Kiprdə təsis etdik. Başqa sözlə, bu, Şimali Kiprin tanınması istiqamətində mühüm bir addım idi. Bunun üçün cənab prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğana təşəkkür edirəm. Bundan sonra bizim üçün ən mühüm məsələ təhsil mövzusudur. Türkiyədə böyüyən və təhsil alan təxminən əlli min Azərbaycan gənci var. Bu gənclərin gələcəyə yönələn yanaşmaları mövcuddur. Onlar üçün fürsətlər yaratmalıyıq. Bu gənclər türk dünyası ilə körpü olacaqlar.

- Bütün bunların fonunda Türk Dövlətləri Təşkilatının (TDT) mövcud fəaliyyətini necə qiymətləndirirsiniz?

- Heç bir türk dövlətinin başqa bir dövlətin ərazisində gözü yoxdur. Əvvəlcə TDT-dən danışarkən, bunu vurğulamaq lazımdır. Ortada yaxşı imkanlar var və bunlar başqaları tərəfindən istismar edilməməlidir. Otuz il əvvəlki Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan indiki ilə eyni deyil, hər biri inkişaf edib. Buradakı resursların, xüsusən də enerji və digər dəyərli resursların əsasən xalqların rifahı üçün istifadə olunmasını təmin etməyə çalışmalıyıq. Onu da qeyd etmək lazımdır ki, Türk Dövlətləri Təşkilatlarına üzv dövlətlər arasında ən çox inkişaf edən Azərbaycandır. Çünki Azərbaycanın əldə etdiyi nailiyyətlər bütün regiona sirayət edir. Bakı çox yaxşı mövqe qazanıb. Biz uzun illər Türkiyə və Azərbaycan olaraq Ermənistanla mübarizə aparmışıq. Təəssüflər olsun ki, Ermənistan dünyada ciddi bir lobbiyə məxsusdur, amma otuz il ərzində Azərbaycan da bu istiqamətdə bir çox addımlar atıb və bu boşluğu çox əhəmiyyətli dərəcədə aradan qaldırıb.

- Avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi paraflandı. Proseslərin inkişafını necə görürsünüz?

- Mənim fikrimcə, bu prosesləri yaxşı izah etmək lazımdır. Başqa sözlə, tariximizi yaxşı başa düşməliyik. Əlbəttə ki, bu məsələni izah etmək üçün tarixi yaxşı bilən insanlar, akademiklər, elm adamları və bu məsələ ilə bağlı siyasətçilər beynəlxalq aləmdə təbliğatla məşğul olmalıdırlar. İrəvan Azərbaycan torpağı olub, orada azərbaycanlılar yaşayıb. Lakin Osmanlı-Rusiya, Osmanlı-İran müharibələrindən sonra regionun demoqrafik quruluşu dəyişdi. 1828-ci ildən etibarən ruslar və iranlılar cənub və şimalda bəzi xanlıqlara nəzarəti ələ keçirdilər. Ona görə də həmin ərazilərdə Ermənistan dövləti yarananda erməni əhali artıq formalaşmışdı. Yəni Ermənistan heç bir zaman Azərbaycana qarşı səmimi olmayıb. Ərazi iddiası, qətliamlar və soyqırımılar bunun bariz nümunəsidir. Bu baxımdan, avqustun 8-də ABŞ-də Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflananda Azərbaycanın haqlı olaraq tələb etdiyi iki məsələ yenidən gündəmdə idi. Bunlardan biri ATƏT-in Minsk Qrupunun ləğvi, digəri isə Ermənistan Konstitusiyanın dəyişməsi ilə bağlı idi. Çünki onların konstitusiyası Ermənistanın İstiqlal Bəyannaməsinə əsaslanır və həmin sənəddə Ermənistan Qarabağa iddia edir. Təbii ki, Azərbaycanın bunu qəbul etməsi mümkün deyil. Həmçinin, həmin sənəd Türkiyənin də əleyhinədir. Çünki Türkiyənin Qars, Ərdəhan, Elazığ, Van və Diyarbəkir əraziləri də "Böyük Ermənistan" xülyası ilə üz-üzədir. Belə olduğu halda, yəni qonşunuz torpağınıza göz dikdiyi zaman necə davamlı sülh müqaviləsi bağlamaq olar? Hazırda Ermənistanla Azərbaycan arasında gərginlik azalıb. O da məlumdur ki, Türkiyə Azərbaycan və Ermənistan arasında problem həll olunmadan sərhədləri açmayacaq. Biz sərhədləri işğala görə bağlamışıq. O gündən bəri sərhədlər bağlandı. Hazırda İlham Əliyevlə Paşinyan arasında olan dialoqun müsbət nəticələnməsi son dərəcədə mühümdür. Ona görə də gələcəkdə bu problemlərin hər birini həll edəcəyimizi düşünürəm.

- Son olaraq siz dekabrın 5-də Qərbi Azərbaycan İcmasının təşkil etdiyi beynəlxalq konfransda iştirak etdiniz. Bildiyiniz kimi, Qərbi azərbaycanlıların dədə-baba torpaqlarına ləyaqətli geri qayıdışı Azərbaycanın gündəliyində dayanan məsələdir. Bu mövzuda nə düşünürsünüz?

- Qərbi azərbaycanlıların dədə-baba torpaqlarına ləyaqətli qayıdışı mühüm məsələdir. Bunun üçün həm tariximizi yaxşı bilməli, həm də beynəlxalq arenada təbliğ etməliyik. Bu baxımdan, həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq üçün bu kimi konfranslar çox vacibdir. Biz də əlimizdən gələn dəstəyi əsirgəmirik. Artıq bölgədə normallaşma olmalıdır, problemli məsələlər həllini tapmalıdır. Şükür ki, Azərbaycan öz ərazilərini işğaldan azad edib, regionda yeni reallıq yaranıb. Ona görə də Qərbi azərbaycanlıların da təbii haqqını tələb etmək lazımdır. Çünki onların öz yurdlarına qayıtması beynəlxalq hüquqa əsaslanan bir prosesdir. Amma bu qayıdış ləyaqətli olmalıdır. Onların öz evlərinə qayıtmalarına, dünyadan köçənlərinin məzarlarını ziyarət etmələrinə, məscidlərdə ibadət etmələrinə şərait yaradılmalı və bu, tamhüquqlu olmalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://baku.ws
archiveBu xəbər 13 Dekabr 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see237

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see230

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see208

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see197

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see187

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see186

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see156

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see149

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see141

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see140

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri