Sülh planını təqdim etmək üçün ABŞ yə gedəcəklər
Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Böyük Britaniyanın baş naziri Key Starmer və Fransa prezidenti Emmanuel Makron prezident Volodimir Zelenski ilə birlikdə ABŞ-yə səfər etməyə hazırdırlar.
"Unikal" xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat dərc edib.
Nəşrin mənbələrinə görə, Starmer və Makron ABŞ prezidenti Donald Trampa sülh planı üzrə vahid cəbhəni təqdim etmək üçün gələn həftə Zelenski ilə birlikdə Vaşinqtona getməyə hazırdırlar.
Xüsusilə, diplomatik mənbələr "Daily Mail"ə atəşkəsin hər iki tərəfdən hava və dəniz bombardmanlarının dayandırılması ilə başlaya biləcəyini təsdiqləyiblər.
"Uğurlu olarsa, hər iki tərəf quruda atəşkəs rejiminə keçəcək, mənbənin dediyinə görə, “təsdiq etmək daha çətin və pozmaq daha asan olacaq”, - "Daily Mail" yazır.
Gülayə Mecid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 05 Mart 2025 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















