Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

BBC: “Trampın Arkası” silahlandırılacaq!

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

Payızda bağda görülən 6 iş

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

Süni intellekt Avstraliya hökumətinə sızdı

Yeni doğulmuş körpəsini dayanacaqda yad adama verib qaçdı

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Sülh prosesi artıq nəticəyönlü mərhələyə keçib ŞƏRH

Sülh prosesi artıq nəticəyönlü mərhələyə keçib ŞƏRH

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 11 iyul, AZƏRTAC

Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi görüş regional sülh baxımından mühüm addımdır. Görüşün başlanğıcından etibarən dövlətimizin başçısı diplomatik mədəniyyət, dövlətçilik ənənəsi və təmkin nümayiş etdirdi. Prezident İlham Əliyev prinsipial münasibəti ilə qarşı tərəfə liderlik nümunəsi göstərdi. Bu davranış tərzi qarşı tərəfi də müvafiq addım atmağına və davranışında dəyişikliklərə səbəb oldu. Bu, Azərbaycanın regionda təkcə güc deyil, həm də sülh və mədəniyyət daşıyıcısı olduğunu bir daha təsdiqlədi. Həmin görüş, eyni zamanda, regionda davamlı sülhün və əməkdaşlığın qurulması üçün zəruri olan qarşılıqlı hörmət və anlaşmanın yeni təməlini qoydu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri, jurnalist Rey Kərimoğlu söyləyib.

Jurnalist qeyd edib ki, Azərbaycan 44 günlük Vətən müharibəsi və ardınca keçirilən antiterror əməliyyatı ilə torpaqlarını azad etdikdən sonra sülhə nail olmaq üçün bütün resurslarını səfərbər etdi. Hərbi Qələbənin siyasi nəticələrinin formalaşması üçün dövlət qurumları və diplomatik korpus koordinasiyalı fəaliyyət göstərdi. Ermənistan isə uzun müddət destruktiv mövqe sərgiləyərək danışıqları pozmağa çalışdı. Bu, xarici güclərin təsiri və Ermənistanın müstəqil siyasi xətt qura bilməməsi ilə bağlı idi. Lakin indi regionda sülhün alternativi olmadığını qarşı tərəf anlayır. Bu reallıq, həmçinin Azərbaycanın regionda güc balansını və diplomatik mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib.

“Sülhün əsas prinsipləri — ərazi bütövlüyünə hörmət, vətəndaşların hüquqlarına və milli maraqlarına ehtiram, təhlükəsizliyin təmin olunması Azərbaycan tərəfindən daim qorunub. Ermənistan isə uzun illər qonşu ölkələrin ərazi bütövlüyünə qarşı iddialar səsləndirib, qarşıdurma siyasəti yürüdüb. Bütün bunlar göstərir ki, qarşılıqlı hörmət və beynəlxalq hüquq prinsiplərinə sadiqlik olmadan davamlı sülh mümkün deyil. Əbu-Dabi görüşü isə yeni mərhələnin başlanğıcıdır. Tərəflər arasında mühüm razılaşmalar əldə olunub və proses nəticəyönlü mərhələyə keçib. Rəsmi açıqlamalarda göstərilir ki, danışıqlarda konkret məsələlər müzakirə olunub və hər iki tərəf dialoqun davamında maraqlıdır. Bu, həmçinin regionda təhlükəsizlik, iqtisadi inkişaf və nəqliyyat əlaqələrinin bərpası üçün önəmli addımlara zəmin yaradır”, - deyə Rey Kərimoğlu əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan bütün beynəlxalq platformalarda regionda sülh və əməkdaşlıq tərəfdarı olduğunu bəyan edir. Prezident İlham Əliyev dövlətimizin qonşularla qarşılıqlı hörmət və bərabərlik əsasında yaşamaq istədiyini vurğulayır. Sülh qarşılıqlı iradə tələb edir. Azərbaycan isə öz iradəsini göstərir. İndi növbə Ermənistanındır. Sülh müqaviləsinin imzalanması regionun gələcək təhlükəsizliyi və inkişafı üçün böyük imkanlar yaradacaq, həmçinin uzun müddət davam edən münaqişənin yaratdığı sosial və iqtisadi fəsadları aradan qaldıracaq. Rey Kərimoğlu deyib: “Görüş, həmçinin üçüncü tərəfin iştirakı olmadan, tərəflərin öz təşəbbüsü ilə baş tutması baxımından əhəmiyyətlidir. Bu, həm siyasi iradənin, həm də bölgədə yaranan yeni reallıqların göstəricisidir. Birbaşa danışıqlar formatı böyük ümidlər yaradır və inanıram ki, davamlı olacaq. Bu proses regionda uzunmüddətli sülhün bünövrəsini qoyacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyul 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see277

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see246

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see244

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see236

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see228

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see227

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see226

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see211

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see207

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see206

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see205

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see204

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see200

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see196

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see189

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see187

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see183

Yeni doğulmuş körpəsini dayanacaqda yad adama verib qaçdı

24 Sentyabr 2026 21:17see174

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see166

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri