Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Cəbrayıla qayıdış prosesi artıq genişmiqyaslı mərhələyə keçib ŞƏRH

Cəbrayıla qayıdış prosesi artıq genişmiqyaslı mərhələyə keçib ŞƏRH

Icma.az, Sherg.az saytına istinadən bildirir.

“Yeni sosial-iqtisadi həyat formalaşdırılır. Cəbrayıl regionun mühüm nəqliyyat qovşaqlarından birinə çevrilir”

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayında Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri ilə bağlı açıqladığı rəqəmlər Böyük Qayıdış prosesinin miqyasını bir daha ortaya qoyur.

Artıq 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin məskunlaşması təmin edilib, regionda yaşayan, çalışan və təhsil alan insanların sayı isə 96 minə çatıb. Dövlət başçısının qeyd etdiyi kimi, yaxın zamanda bu rəqəmin 100 mini keçəcəyi gözlənilir.

Ötən 6 il ərzində tamamilə dağıdılmış ərazilərdə yeni şəhər və kəndlərin salınması, müasir infrastrukturun yaradılması və insanların doğma yurdlarına qaytarılması Azərbaycanın quruculuq strategiyasının real nəticəsidir. Bu prosesin növbəti mərhələsində Böyük Qayıdışın daha da sürətlənməsi gözlənilir.

Bu baxımdan, bu gün qeyd olunan Cəbrayıl Şəhəri Günü də doğma torpaqlara qayıdışın, dirçəlişin və yenidən qurulan şəhərlərin simvolik nümunələrindən biri kimi xüsusi əhəmiyyət daşıyır.

Mövzunu şərh edən Milli Məclisin deputatı Nigar Məmmədova Sherg.az-a açıqlamasında deyib ki, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən edilib:

"44 günlük Vətən müharibəsində Cəbrayıl şəhəri ilə yanaşı, çoxsaylı yaşayış məntəqələri və strateji yüksəkliklər azad edilib. Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal nəticəsində rayonun sosial-iqtisadi infrastrukturu dağıdılıb, əhali doğma torpaqlarından didərgin salınıb, tarixi və mədəni irsə ciddi ziyan vurulub. Məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları, muzeylər, yaşayış evləri və digər obyektlər məhv edilib.

Cəbrayılın işğal altında qaldığı illər həm də tarixi-mədəni irsin məqsədyönlü şəkildə dağıdılması ilə yadda qalıb. Xudafərin körpüsü, tarixi türbələr, məscidlər, qalalar, kurqanlar və digər abidələr vandallığa məruz qalıb. Prezident İlham Əliyev Cəbrayıl şəhərinə ilk səfəri zamanı şəhərin vəziyyətini qiymətləndirərək, işğal dövründə demək olar ki, bütün yaşayış və ictimai infrastrukturun dağıdıldığını bəyan edib.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk günündə Böyük Mərcanlı və Nüzgar kəndlərinin azad edilməsi Cəbrayıl istiqamətində ilk böyük uğurlardan olub. Oktyabrın 3-də daha bir neçə yaşayış məntəqəsi azad edilib. Nəhayət, oktyabrın 4-də Cəbrayıl şəhəri Azərbaycan Ordusunun nəzarətinə keçib.

Prezident İlham Əliyevin də söylədiyi kimi, “burada düşmən bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Bizim əsgər və zabitlərimiz, sözün əsl mənasında, ölümə gedirdilər. Biz şəhidlərimizin canı-qanı bahasına öz doğma torpaqlarımıza qayıtmışıq.”

Cəbrayılın İkinci Qarabağ müharibəsində işğaldan azad edilən ilk şəhər olduğunu xatırladan deputat bildirib ki, Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, şəhərin azad olunması Azərbaycan Ordusuna əlavə mənəvi güc verib və sonrakı hərbi əməliyyatlar üçün yeni imkanlar yaradıb: "Cəbrayıl istiqamətində yaradılmış düşmən istehkamlarının yarılması asan başa gəlmədi. Burada aparılan döyüşlər Azərbaycan hərbçilərinin peşəkarlığı və fədakarlığı ilə yadda qaldı. Cəbrayılın azad edilməsindən sonra Xocavənd, Hadrut, Zəngilan, Qubadlı və Laçın istiqamətlərində əməliyyatların genişləndirilməsi üçün mühüm imkanlar yarandı.

Bu baxımdan Cəbrayıl sonrakı hərbi uğurların mühüm başlanğıc nöqtələrindən biri idi.

Beləliklə, Azərbaycan Laçın dəhlizini tam nəzarətə götürə bildi. 

Cəbrayılın azad edilməsinin əsas rəmzi məqamlarından biri Xudafərin körpüsündə Azərbaycan bayrağının ucaldılması oldu.

Azərbaycan dövlətçiliyinin və tarixi yaddaşının mühüm simvollarından olan Xudafərin körpüsündə üçrəngli bayrağın dalğalanması Azərbaycanın öz tarixi torpaqlarına qayıdışının rəmzinə çevrildi.

2020-ci il noyabrın 26-da isə “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Cəbrayıl uğrunda döyüşlərdə iştirak edən 22 797 hərbi qulluqçu bu medalla təltif edildi.

Cəbrayılın azad edilməsindən sonra dağıdılmış şəhər və kəndlərin yenidən qurulması, insanların öz doğma yurdlarına qayıtmasının təmin edilməsi istiqamətində fəaliyyət başladı.

2021-ci il oktyabrın 4-də Prezident İlham Əliyevin Cəbrayıla səfəri məhz bu baxımdan xüsusi əhəmiyyət daşıdı. Həmin səfər zamanı “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, “Cəbrayıl” yarımstansiyasının, rayon xəstəxanasının, məktəbin, yaşayış məhəlləsinin və digər mühüm layihələrin təməli qoyuldu.

Rayonun strateji coğrafi mövqeyi, nəqliyyat imkanları və iqtisadi potensialı onun Qarabağ və Şərqi Zəngəzurun mühüm iqtisadi mərkəzlərindən birinə çevrilməsi üçün zəmin yaradır. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Burada logistika və ticarət mərkəzlərinin, anbar komplekslərinin, TIR parkının, gömrük və xidmət infrastrukturlarının, sənaye müəssisələrinin yaradılması nəzərdə tutulur. Cəbrayıl həmçinin regionun mühüm nəqliyyat qovşaqlarından birinə çevrilir".

N. Məmmədovanın sözlərinə görə, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu rayonun Füzuli və Zəngilanla əlaqəsini gücləndirməklə yanaşı, daha geniş regional bağlantılar üçün imkan yaradır:

"Yolun İran istiqamətində bağlantısının inkişaf etdirilməsi də Cəbrayılın tranzit əhəmiyyətini artırır.

Cəbrayılın yeni inkişaf modelində enerji layihələri də mühüm yer tutur. “Cəbrayıl” yarımstansiyasının istifadəyə verilməsi rayonun bərpa-quruculuq işlərinin enerji təminatının əsas elementlərindən biri oldu. Sonrakı mərhələdə günəş enerjisi layihələrinin reallaşdırılması ilə Cəbrayıl yaşıl enerji gündəliyinin də mühüm məkanlarından birinə çevrilir.

Bu proses azad olunan ərazilərdə müasir, dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi model formalaşdırmaqdadır.

Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planın təsdiq edilməsi şəhərin gələcək simasını müəyyənləşdirən mühüm addımlardan biridir.

Baş plana əsasən, şəhərin inkişafı mərhələli şəkildə həyata keçirilir. Yaşayış məhəllələri, sosial obyektlər, məktəblər, xidmət infrastrukturu və ictimai məkanlar müasir şəhərsalma prinsipləri əsasında formalaşdırılır. Əsas məqsəd insanların rahat yaşayacağı, işləyəcəyi, təhsil alacağı və sosial həyat quracağı müasir şəhər mühiti yaratmaqdır.

Bu proses artıq real nəticələr verir. 2024-cü ilin sentyabrında Cəbrayıl şəhərinə ilk köç karvanının yola salınması Böyük Qayıdışın mühüm mərhələlərindən birinə çevrildi. Sonrakı dövrdə Horovlu və Şükürbəyli kəndlərinə də keçmiş məcburi köçkünlərin qayıdışı təmin edildi.

Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndlərinin təməllərinin qoyulması rayonun kənd yaşayış sisteminin də yenidən qurulduğunu göstərir.

Horovlu kəndinin birinci mərhələsinin istifadəyə verilməsi, Şükürbəyli kəndinin açılışı və sakinlərin burada məskunlaşması Böyük Qayıdışın praktiki nəticələridir.

Böyük Mərcanlı kəndinin 2040-cı ilədək 6230 nəfərlik yaşayış məntəqəsi kimi formalaşdırılması planlaşdırılır. Kənddə yaşayış evləri ilə yanaşı, məktəblər, uşaq bağçaları, idman və sağlamlıq mərkəzləri, bazar kompleksi və digər sosial obyektlərin yaradılması nəzərdə tutulur.

Karxulu kəndində də 2040-cı ilədək minlərlə insanın yaşayacağı yeni yaşayış məntəqəsinin yaradılması planlaşdırılır. 

Bu layihələrin hər biri Cəbrayılda yeni sosial-iqtisadi həyatın formalaşdırıldığının təsdiqidir.

2026-cı ilin sentyabrına olan göstəricilər Cəbrayılda qayıdış prosesinin artıq genişmiqyaslı mərhələyə keçdiyini göstərir.

Belə ki, Sentyabrın 28-nə qədər Cəbrayıl şəhərində 680 ailə – 2974 nəfər, Horovlu kəndində 321 ailə – 1326 nəfər, Şükürbəyli kəndində isə 599 ailə – 2749 nəfər məskunlaşıb.

Cəbrayıl şəhəri və iki kənd üzrə ümumilikdə 1600 ailənin, 7022 nəfərin doğma yurda qayıdışı təmin edilib.

Prezident İlham Əliyevin 2021-ci ildə Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündə vurğuladığı kimi, “4 oktyabr həm Cəbrayılın işğaldan azad edildiyi, həm də onun bərpasına start verildiyi tarix kimi yadda qalacaq.”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Oktyabr 2026 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see690

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see659

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see656

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see510

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see471

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see469

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see448

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see403

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see358

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see351

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see350

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see338

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see335

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see331

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see330

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see325

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see322

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see320

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see313

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see296
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri