Icma.az
close
up
RU
Sülh prosesində Azərbaycanın vasitəçiyə ehtiyacı yoxdur Politoloq

Sülh prosesində Azərbaycanın vasitəçiyə ehtiyacı yoxdur Politoloq

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

“Azərbaycan tərəfinin Ermənistanla danışıqlarda irəli sürdüyü əsas şərtlərdən biri ATƏT-in Mİnsk qrupunun buraxılması ilə bağlıdır. Amma Ermənistan tərəfi uzun müddətdir ki, bu istiqamətdə konkret qərar qəbul etmək istəmir. Təbii ki, Qərbdəki havadarlarının, xüsusilə Fransanın göstərişlərini yerinə yetirən Ermənistanın bu istiqamətdə addımlar atması üçün onlardan razılıq alması lazımdır. İndiyə qədər bu istiqamətdə Ermənistan tərəfindən müsbət addım atılmayıbsa, demək ki, ona icazə verilməyib”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib. O qeyd edib ki, ATƏT, eləcə də digər beynəxalq qurumlar bu proseslərdə vasitəçi qismində iştirak etməkdə maraqlıdır:
“Çünki təcrübə göstərir ki, vasitəçilik tərəflərə bu və ya digər şəkildə təzyiq etmək imkanları verir. Vasitəçi tərəf tərəflər üzərində öz mövqeyini ortaya qoya bilir. Bütün bunları nəzərə alaraq Azərbaycan Ermənistanla danışıqlarda ikitərəfli formata üstünlük verdiyini dəfələrlə bəyan edib. Görüşlərdə kimlərsə sadəcə ev sahibi qismində iştirak edirlər, vasitəçi kimi deyil. Bizim üçün vasitəçiliyə ümumiyyətlə ehtiyac yoxdur, xüsusilə prosesə işğalçının mövqeyindən yanaşanların”. 
R.Bayramov bildirib ki, ATƏT-in çağırışına Azərbaycanın müsbət cavab verməsi indiki durumda mümkün deyil:
“Çünki Qərb təsisatları Azərbaycanı işğalçılıqda, qonşu dövlətin ərazi bütövlüyünü təhdid etməkdə, etnik təmizləmədə günahlandırır. Bu baxımdan ATƏT və ya digər Avropa qurumunun sədrinin nə deməsindən asılı olmayaraq müsbət cavab Minsk qrupunun aktivləşməsinə zəmin yarada bilər. Bu da Azərbaycanın maraqlarına cavab vermir”.
Törə Zeynallı
Demokrat.az

 
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Dekabr 2024 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see325

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see318

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see311

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see283

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see275

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see253

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see245

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see239

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see232

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see227

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see222

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see220

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see214

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see214

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see209

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see207

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see189

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see185

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri