Icma.az
close
up
RU
Sülh sazişinin imzalanması üçün yaxşı şanslar var Tramp

Sülh sazişinin imzalanması üçün yaxşı şanslar var Tramp

Icma.az bildirir, Bizimyol portalına istinadən.

ABŞ prezidenti Donald Tramp Mayamidə ABŞ və Ukrayna nümayəndə heyətlərinin görüşü başa çatdıqdan sonra sülh sazişinin imzalanacağına ümid etdiyini bildirib.

Bizimyol.info xəbər verir ki, onun jurnalistlə söhbəti "Telegram" kanalında dərc olunub.

Ağ Evin rəhbəri xüsusilə vurğulayıb ki, Ukraynanın ciddi problemləri var. Jurnalistlərin dəqiqləşdirmə etməsi ilə bağlı suallarına cavab olaraq Tramp bunun ölkəyə xeyir gətirməyən korrupsiya qalmaqalı ilə bağlı olduğunu qeyd edib.

Bununla belə, o hesab edir ki, sülh sazişinin imzalanması üçün hələ də yaxşı şanslar mövcuddur. “Ukraynanın korrupsiya vəziyyəti ilə bağlı müəyyən problemləri var. Amma sülh sazişinin imzalanacağına dair yaxşı şanslar var”, – ABŞ prezidenti deyib.

Tramp əlavə edib ki, Ukraynada müharibənin başa çatması ilə bağlı hər hansı bir “deadline”ı yoxdur. O, müharibənin tezliklə bitəcəyinə ümid etdiyini də bildirib. “Mənim üçün heç bir son tarix yoxdur. Ümid edirəm ki, müharibə tezliklə bitəcək. Keçən həftə 27 min insan həlak olub”, – deyə o vurğulayıb.

O həmçinin bildirib ki, Ukrayna ilə müharibənin həlli üzrə yeni plan çərçivəsində aparılan danışıqlar yaxşı gedir. ABŞ prezidenti təsdiqləyib ki, onun xüsusi nümayəndəsi Stiv Vitkoff bu həftə Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşməlidir, lakin o, dəqiq tarixi açıqlamayıb.

Daha əvvəl xəbər verilmişdi ki, Ukrayna prezidenti Vladimir Zelenski ABŞ nümayəndələri ilə dialoqun konstruktiv olmasını vacib hesab edir. Zelenski əlavə edib ki, tam hesabatı nümayəndə heyətindən şəxsi görüş zamanı alacaq.

Ukrayna prezidenti Trampın komandasına və şəxsən ABŞ prezidentinə Ukraynada müharibənin başa çatdırılması üçün sərf edilən vaxt və səylərə görə təşəkkür edib.

Həmçinin məlumat verilirdi ki, ABŞ dövlət katibi Marko Rubio ABŞ-ın Ukraynanın daim təhlükəsiz olmasına və ölkənin bir daha heç vaxt yeni işğalla üzləşməməsinə kömək etmək istədiyini bildirib. Rubio əlavə edib ki, ABŞ istəyir ki, müharibədən sonra Ukrayna hər zamankindən daha güclü və daha varlı olsun. Dövlət katibi danışıqların məhsuldar keçdiyini qeyd edib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 01 Dekabr 2025 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri