Icma.az
close
up
RU
Sülh sənədi razılaşdırıldı, amma... İndi sözdən əmələ keçmək vaxtıdır

Sülh sənədi razılaşdırıldı, amma... İndi sözdən əmələ keçmək vaxtıdır

Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Deputat: “Sülh sazişi layihəsindəki 17 bəndin hamısının razılaşdırılması, sənəd üzrə danışıqların yekunlaşması məsələnin həlli demək deyil”

“Bizim mübarizəmiz ədalət, beynəlxalq hüquq və ləyaqətimiz üçün mübarizə idi. BMT-nin Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalan qətnamələrini icra etdik. Əgər torpağımızı güclə azad etməsəydik, onlar növbəti 27 il də kağız üzərində qalardı. Burada biz mühüm meyara gəlib çıxırıq ki, bəzən sülhə nail olmaq və ədaləti bərpa etmək üçün siz gücdən istifadə etməlisiniz. Bu gün biz bunu görürük. Görürük ki, Avropa, Avropa İttifaqı güclü hərbi potensial qurmaq üçün bu gün öz siyasətini necə dəyişməyə çalışır. Görürük ki, digər ölkələr öz resurslarını hərbi potensialına və infrastrukturunun qurulmasına yönəldir. Biz bunu ən azı 20 ilə etdik, 2005-ci ildən etibarən etdik və ərazimizi azad edən, separatçılığa, separatçılara son qoyan güclü ordu yaratdıq. Bir sözlə, bu gün ərazi bütövlüyü və suverenliyin tam bərpası nəinki Azərbaycan xalqının güclü iradəsinin təzahürüdür, o cümlədən beynəlxalq ədaləti nümayiş etdirir”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Bakıda, “Gülüstan” sarayında “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda keçirilən XII Qlobal Bakı Forumundakı çıxışında deyib.

“Sizə bir məsələni də deyə bilərəm ki, Ermənistana etimad səviyyəsi sıfra bərabərdir. Biz onların hər hansı bir sözünə inanmırıq. Çünki onlar elə insan deyillər ki, biz inana bilək, o cümlədən onların indiki hökuməti”, - deyən ölkə başçısı qeyd edib ki, “onların dediyi bizim üçün sıfır məna kəsb edir”.

Prezident sülh məsələsindən danışarkən qeyd edib ki, Azərbaycana sözlər yox, sənədlər, yazılı kağızlar lazımdır: “Bizə lazımdır ki, onların Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmasın. Orada Azərbaycana qarşı ərazi iddiaları hələ də qalır. Bizə lazımdır ki, ATƏT-in Minsk Qrupu buraxılsın. Biz bu mesajı Ermənistana çatdırırıq və deyirik ki, Minsk Qrupunun saxlanılmasında məntiq yoxdur. O, Qarabağ məsələsinin həlli üçün yaradılmışdı. İndi Qarabağ məsələsi həll olunub. Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. ATƏT-in həmin qrupunun buraxılması üçün ümumi müraciətdə siz bizə niyə qoşulmursunuz? Onlar istəmirlər. Belə çıxır ki, onlar bir ayağını ərazimizdə yer saxlamaq üçün edir. Əlbəttə ki, virtual olaraq. Onların silahlanması – bu, nəyi göstərir? Bu göstərir ki, onlar yeni müharibəyə hazırlaşırlar”.

Prezidentin bu mesajlarından əvvəl isə hər iki ölkənin Xarici İşlər Nazirliyi bəyan edib ki, sülh sazişi mətni ilə bağlı danışıqlar yekunlaşıb. Belə görünür ki, Ermənistan layihədəki 17 maddənin hamısını qəbul edib. Amma bir məqam var ki, Ermənistan Konstitusiyasında dəyişiklik edilməyib, hansı ki, Azərbaycan bu dəyişmədən sülh sazişinin imzalanmayacağını açıq şəkildə bəyan edib.

Sülh prosesi ilə bağlı AYNA.AZ-ın suallarını cavablandıran Milli Məclisin deputatı Hikmət Məmmədov əvvəlcə Azərbaycan Prezidentinin mesajlarına toxunub:

- Azərbaycan Prezidenti cənab İlham Əliyev əvvəldən ortaya qoyduğu mövqeyindən bir addım da geri çəkilməyib. Prezidentin sülhlə bağlı mövqeyinə baxsaq görərik ki, əldə olunacaq sülh Azərbaycanın qazandığı qələbəyə layiq olmalıdır. Kommunikasiyaların açılması, Azərbaycana qarşı hərbi cinayətlər, terror törətmiş hər bir cinayətkar ədalət məhkəməsi qarşısına çıxarılmalıdırlar. Bu şəxslər nə vaxtsa prezident olmuş olsalar da. Eyni zamanda, vaxtilə Azərbaycanın tarixi torpaqlarında  yaşamış azərbaycanlılar öz ata-baba yurdlarına qayıtmalıdırlar. Söhbət Qərbi Azərbaycana qayıdışdan gedir. Bu məsələ də öz aktuallığını qoruyur. Üçüncüsü, Ermənistan İkinci Qarabağ müharibəsindən keçən 5 il müddətində regiona qeyri-regional və qeyri-ənənəvi aktorları dəvət etdi, gətirdi. Bunlardan biri Avropa İttifaqının Monitorinq Missiyasıdır ki, tamamilə sülhün əleyhinə olan fəaliyyətlə məşğuldurlar. Həmçinin bir neçə anti-Azərbaycan mövqeli dövlətlər var ki, Ermənistanı hücum silahları ilə silahlandırırlar. Daha bir məsələ isə Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsidir. Onların Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qalmaqdadır. Belə halda sülh sazişinin imzalanması nə dərəcədə mümkün ola bilər?

- Amma həm rəsmi Bakı, həm də İrəvan sülh sazişi mətni üzrə danmışıqların yekunlaşdığını elan etdilər...

- Bəli, tərəflər bəyan etdilər ki, sülh sazişi layihəsindəki 17 bəndin hamısı razılaşdırılıb, sənəd üzrə danışıqlar yekunlaşıb. Amma bu, məsələnin həlli demək deyil. Dediyim kimi, həll olunmamış məsələlər var ki, onlar yerinə yetirilməlidir. Əməli addım atılmalıdır. Prezidentin dediyi kimi, bizə sənəd lazımdır. Ermənistan indi deyir ki, Konstitusiya dəyişikliyi 2026-cı ildə olacaq. İrəvan çalışır ki, Konstitusiya dəyişikliyindən əvvəl sülh sazişi imzalansın. Amma cənab Prezident İlham Əliyevin dediyi kimi, bizim Ermənistana etibarımız yoxdur.

Başqa bir məsələ odur ki, Ermənistan ərazisində avropalı agentlər qalırlar. Bakı onların çıxarılmasını tələb edir, şərt kimi irəli sürürü. Maraqlıdır, avropalı agentlər Ermənistanın iradəsinə tabe olacaqlarmı, bölgədən çıxacaqlarmı? Nəhayət, Azərbaycana qarşı hərbi cinayətlər törətmiş canilərin Azərbaycana təhvil verilməsinə Ermənistan hazırdırmı? Bu mövqeyə Ermənistanın nə qədər yaxın olduğu aydın deyil.

- Ermənistan tərəfindən, Baş nazir Nikol Paşinyan tərəfindən sülh sazişi imzalamağa hazır olduqları bəyan edilir...

- Bəli, bəyan edilir. Amma Azərbaycanın ali rəhbərliyində səhih məlumatlar mövcuddur. Prezident İlham Əliyevin Ermənistana etimadın sıfır olması ilə bağlı dedikləri təsadüf deyil. Məncə, sülh sazişi haqqında danışmaq hələ tezdir. Məsələ ondadır ki, sülh sazişini razılaşdırmaq məsələnin bir, onu həyata keçirmək başqa tərəfidir. Paşinyandan sülhün əldə olunması ilə bağlı vaxt soruşdular, cavabında dedi ki, üç ay, altı ay, yaxud bir il sonra. Əgər Paşinyan sülh istəyirsə, 2025-ci ildə Konstitusiyaya dəyişiklik etməlidir. Axı mətn razılaşdırılıb. Bu il Paşinyan hakimiyyəti Konstitusiya dəyişikliyi etməyəcəksə, 2026-cı ildə heç edə bilməyəcək, çünki həmin il Ermənistanda seçki keçiriləcək. Ondan sonra 2027-ci ildə dünyada nələrin baş verəcəyi bəlli deyil. Hesab edirəm ki, bütün tələblər əməli şəkildə Ermənistan tərəfindən yerinə yetirilmədiyi müddətdə sülh məsələsindən şərti danışmalıyıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:222
embedMənbə:https://ayna.az
archiveBu xəbər 17 Mart 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri