Icma.az
close
up
RU
Sülh təbliğatı yalnız Paşinyanla kifayət deyil ŞƏRH

Sülh təbliğatı yalnız Paşinyanla kifayət deyil ŞƏRH

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xalq və QHT-lər ön cəbhədə olmalıdır

Natiq Miri: Xalqlararası təmaslar olmadan Azərbaycan-Ermənistan sülhü mümkün olmayacaq

Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri 8 avqustda Vaşinqtonda qəbul edilmiş Birgə Bəyanatdan sonra müəyyənləşdirilmiş sülh gündəliyi çərçivəsində dialoqu davam etdirirlər. İlk görüş 22 oktyabrda İrəvanda baş tutub. Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçirilib.

Dəyirmi masa Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın iştirakı ilə baş tutub. Vətəndaş cəmiyyəti nümayəndələrinin görüş təşəbbüsü sülh gündəliyini 8 avqust 2025-ci il tarixində Vaşinqtonda qəbul edilmiş Birgə Bəyannamə ruhunda təbliğ etmək məqsədi daşıyıb. Daha sonra Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup 2025-ci ilin 21 noyabr tarixində Azərbaycan paytaxtına səfər ediblər və azərbaycanlı həmkarları ilə görüşüblər. Ermənistan nümayəndə heyəti Prezidentin köməkçisi Hikmət Hacıyev tərəfindən də qəbul edilib. Görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh prosesinin dinamikası, vətəndaş cəmiyyətinin dialoqun bərpasındakı rolu və yaxın gələcəkdə icra olunacaq birgə layihələr müzakirə olunub. Həmçinin, sülh prosesi ilə bağlı hər iki cəmiyyəti maraqlandıran aktual mövzulara toxunulub. Bundan əlavə, media məkanında birgə fəaliyyətin intensivləşdirilməsi, ekspert qrupları arasında birbaşa əlaqələrin qurulması, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin sülh prosesinə daha geniş şəkildə cəlb edilməsi barədə razılıq əldə edilib. "Sülh körpüsü" təşəbbüsü çərçivəsində işgüzar səviyyədə əlaqələrin və hər iki ölkəyə qarşılıqlı səfərlərin davam etdirilməsi də qərara alınıb.

Politoloq Natiq Miri Sherg.az-a açıqlamasında deyib ki, Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhə nail olmağın yollarından biri də xalqlararası təması intensivləşdirməkdir. Ekspert bildirib ki, Qeyri Hökumət Təşkilatları bu prosesdə mühüm rol oynaya bilər:

"QHT-lər bilavasitə ictimaiyyətlə hər zaman təmasda olan və təbliğat ünsürü kimi fəaliyyət göstərən bir şəbəkədir. Bu baxımdan vətəndaş cəmiyyətlərinin təmasları müsbətdir. Sülhə töhfə verən və qarşılıqlı etimadı tətikləyən bir prosesdir. Bu cür təmaslar olmasa, xalqlar arasında düşmənçilik meyillərini aradan qaldırmaq mümkün olmayacaq. Xüsusən, nəzərə almaq lazımdır ki, bu prosesdə Azərbaycan dövləti və xalqı illərlə zülmə, haqsızlığa məruz qalıb. Torpaqlarımızın 20 faizi işğal olunmaqla yanaşı, 1 milyona yaxın insanımız öz yurdundan qaçqın və məcburi köçkün düşüb, onminlərlə vətəndaşımız həyatını itirib, 4 minə yaxın vətəndaşımız itkin düşüb. Bu reallıqlar erməni cəmiyyəti üçün də açılmalı, təlqin olunmalıdır. Düşünürəm ki, bu istiqamətdə Ermənistan QHT nümayəndələri müəyyən rol oynaya bilərlər". 

N.Miri əlavə edib ki, sülh təbliğatı Ermənistanda başlasa da, proses kütləvi şəkildə aparılmır:

"Sadəcə, Baş nazir Nikol Paşinyan və onun komanda üzvləri səviyyəsində müəyyən addımların atılmasının şahidi oluruq. Ermənistan ictimaiyyəti də geniş mənada anlamalıdır ki, 30 illik təcavüz siyasəti erməni xalqına ancaq fəlakətlər gətirib. Üçüncü tərəflər daim "Qarabağ məsələsi"ndən istifadə edərək Ermənistana və Azərbaycana təsir imkanlarını saxlayıblar. Əlimizi-qolumuzu bağlayıblar. Ona görə də Ermənistan vətəndaş cəmiyyəti və mediası ictimaiyyət arasında sülhün təbliğatında ciddi çalışmalıdır. Erməni toplumu uydurma, qondarma ideyalardan vaz keçməlidir". 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Noyabr 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri