Icma.az
close
up
RU
Sülh tələbləri: Biri var, biri yox...

Sülh tələbləri: Biri var, biri yox...

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan və Ermənistan tərəfinin birgə müraciəti əsasında ATƏT-in Minsk qrupu sentyabrın 1-dən buraxılsa da, sülh sazişinin mətninə dair bir təklif hələ yerinə yetirilməmiş qalır. 

Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, Azərbaycanın Ermənistan qarşısında əsas tələblərindən biri şərti sərhəddən Avropa İttifaqının müşahidə missiyasının çıxarılmasından ibarətdir.

Lakin Avropa İttifaqı mövcud mandat çərçivəsində Ermənistandakı müşahidə missiyasının işini davam etdirəcəyini bəyan edib.

“Hazırda dəyişikliyə ehtiyac yoxdur”, - deyə Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos Bakı ilə İrəvan arasında sülh sazişinin paraflanmasından sonra missiyanın mümkün geri çəkilməsi ilə bağlı sualı cavablandırarkən deyib.

“Ermənistan xalqı və hakimiyyəti Aİ missiyasını alqışlayır. O, fəaliyyətini davam etdirir. Dəyişikliklər tələb olunarsa, bu, üzv dövlətlər və Ermənistan hakimiyyəti ilə müzakirə olunacaq. Amma indi sizi əmin etmək istəyirəm ki, missiya öz mandatı çərçivəsində fəaliyyətini davam etdirəcək”, - deyə diplomat bildirib.

Xatırladaq ki, Avropa İttifaqının xarici siyasət üzrə rəsmi nümayəndəsi Anita Hipper avqustun 15-də Azərbaycan mətbuatına açıqlamasında missiyanın mandatında mümkün dəyişikliklərin İrəvan və Brüssel arasında müzakirə olunacağını deyib.

“Missiyanın səlahiyyətlərinə Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfindən yerlərdəki vəziyyəti müşahidə edərək məlumat vermək daxildir”, - Aİ nümayəndəsi bildirib.

O, Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasını alqışladığını əlavə edib. Hipper tərəfləri sülh müqaviləsini tezliklə imzalamağa və ratifikasiya etməyə çağırıb.

Qeyd edək ki, avqustun 8-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişində Avropa İttifaqı missiyasının şərti sərhəddən çıxarılmasını nəzərdə tutan razılaşma var. Həmin sənədin 7-ci bəndində qeyd edilir ki, tərəflər qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər.

Həmçinin, Azərbaycan və Ermənistan qarşılıqlı sərhədin delimitasiyası və sonrakı demarkasiyasının başa çatmasına qədər sərhəd bölgələrində təhlükəsizlik və sabitliyin təmin olunması məqsədilə, hərbi sahə də daxil olmaqla, qarşılıqlı razılaşdırılmış təhlükəsizlik və etimad-quruculuğu tədbirlərinin həyata keçirəcəklərini bəyan ediblər.

Yəni şərti sərhəddə qarşılıqlı təhlükəsizliyin təmin olunması tədbirləri Azərbaycanın və Ermənistanın müvafiq orqanları arasında razılaşdırılmış qaydada təmin oluna bilər. Burada üçüncü tərfin iştirakına ehtiyac qalmır.

Ona görə də Avropa İttifaqının müşahidə missiyasının Ermənistanda saxlanılması sülh sazişinin mətninə və sənədin ruhuna ziddir. Məlum olduğu kimi, rəsmi Bakı avropalı müşahidəçiləri Azərbaycana qarşı kəşfiyyat fəaliyyəti göstərməkdə ittiham edir.

Montorinq missiyasının Azərbaycan silahlı qüvvələrinin mövqelərini binoklla izləyərək topladığı məlumatları Ermənistan tərəfinə ötürməsi narahatlıq doğurur.

Ona görə də Azərbaycan tərəfi Avropa İttifaqının müşahidəçilərinin “binokl diplomatiyası” ilə məşğul olduğunu əsas gətirərək Ermənistandan buna son qoyulmasını tələb edir. 

Paraflanmış sülh sazişinin 4-cü maddəsində tərəflər bir-birinin daxili işlərinə müdaxilədən çəkinəcəklərinə dair razılaşma əldə ediblər.

Buna baxmayaraq, Avropa İttifaqı missiyasının hələ fəaliyyətini davam etdirməsi Azərbaycanın daxili işlərinə müdaxilə üçün şəriat yaradır.

Bu kontekstdə Vasilis Maraqosun Vaşinqton razılaşmasından sonra aparılan danışıqlarla bağlı suala belə cavabı narahatlıq doğrurur:

“Aİ missiyası Ermənistan hakimiyyətinin tələbi ilə hərəkət edir və lazım olduğu qədər burada qalacaq...”, - deyə avropalı diplomat bildirib. 

Maraqosun açıqlaması Avropa İttifaqının Cənubi Qafqazdakı geosiyasi maraqlarını təmin etmək üçün Ermənistandan çəkilmək fikrində olmadığını göstərir.

Bu da öz növbəsində sülhə əngəl yaradır. Ona görə də missiyanın fəaliyyətinə xitam verilməsi məsələsi Ermənistanın Aİ ilə aparacağı danışıqlardam asılıdır.

Müşfiq Abdulla  
“Cebheinfo.az”

 

Açar sözlər: Avropa İttifaqı Azərbaycan Ermənistan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Sentyabr 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see588

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see498

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see336

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see275

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see239

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see232

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see231

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see222

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see205

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see200

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see188

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see184

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see181

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see176

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see175

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see165

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri