Nazir: Ermənistanla sülh sazişinin imzalanması üçün TRIPP üzrə öhdəliklərin tam icrası mütləqdir
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Uzun illər ərzində aparılan siyasət nəticəsində münaqişəyə son qoyuldu”.
APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Cənubi Qafqazda yeni reallıqlar yaranıb: “Biz bunun 2025-ci ildə ilk elementlərini görürük. 2026-cı ildə bu işlər davam etdiriləcək”.
Nazir bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasının dəyişməsi və TRIPP layihəsi üzrə öhdəliklərin tam icrası mütləqdir: "Son dövrlər iki ölkənin də vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri olub. Eyni zamanda Qəbələdə delimitasiya üzrə komissiyanın iclası da keçirildi".
Ceyhun Bayramov onu da qeyd edib ki, Azərbaycandan keçməklə Ermənistana taxıl və neft məhsulları çatdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 26 Dekabr 2025 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















