Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

Sülh üçün riskli addım: Tramp birbaşa Putinin qapısına gedir

Sülh üçün riskli addım: Tramp birbaşa Putinin qapısına gedir

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ isə istəyir ki, Rusiya və Ukrayna ortaq məxrəcə gələrək, torpaq güzəştlərinə getməyə hazır olsun

ABŞ prezidenti Donald Tramp gözlənilməz açıqlama ilə çıxış edib.


O, Ağ Evdə keçirilən mətbuat konfransında bildirib ki, avqustun 15-də Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Rusiyaya gedəcək.

"Avqustun 15-də mən Rusiyaya gedəcəm. Putinlə görüşmək istəyirəm" - ABŞ lideri deyib.

Digər tərəfdən son on 10 gündə Trampla Putinin görüşünün Alyaskada - yəni ABŞ ərazisində baş tutacağı bildirilmişdi. Həm Moskva, həm də Ağ Ev görüşün məhz Alyaskada olacağını təsdiqləmişdilər. Məhz Tramp bildirmişdi ki, Alyaskada keçiriləcək danışıqlar Putini müharibəni dayandırmağa çağırmaq məqsədi daşıyan görüş olacaq. Eyni zamanda torpaq mübadiləsi gözlənilir. Həmçinin o, Putinin danışıqlar zamanı ədalətli sövdələşmə təklif edəcəyi təqdirdə Avropa liderlərini məlumatlandıracağını söyləmişdi.

Siyasi müşahidəçilər hesab edirlər ki, bu görüş ABŞ-Rusiya münasibətlərində yeni diplomatik mərhələnin başlanğıcı ola bilər.


Siyasi şərhçi Elmir Səftərov Sherg.az-a bildirib ki, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında planlaşdırılan görüşdə 

Ukraynadakı müharibənin dayandırılması ilə yanaşı, bütün regionlardakı proseslərlə bağlı məsələlərin müzakirə edilməsi gözlənilir:

"Dünyanın müxtəlif bölgələrində nüfuz uğrunda mübarizə aparan tərəflər mübahisəli məsələləri həll etməyə səy göstərəcəklər. ABŞ-də 2024-cü ildə keçirilən seçkilər ərəfəsində Rusiya-Ukrayna müharibəsini bitirəcəyini iddia edən Donald Tramp bu savaşın necə  dayandırılacağını müzakirə etmək üçün  şəxsən Putinlə görüşməyə və sülh prosesini sürətləndirməyə çalışır. 

Çünki bu, Trampın sülhə doğru mühüm addım atan şəxsi kimi reputasiyası baxımından əhəmiyyətli gedişatdır. Eyni zamanda, Nobel Sülh Mükafatına namizəd göstərilməsi fonunda da növbəti sülh təşəbbüsü onun müasir dünya tarixindəki yerini daha da fərqli edəcək. Ona görə də Ağ Evin rəhbəri Ukraynada azı atəşkəsə nail olmaq, yaxşı halda isə uzunmüddətli həll istəyir. Bunu çətinləşdirən məqam isə Vladimir Putinin rəhbərliyi ilə Rusiyanın da müəyyən maraqlarının olmasıdır. Həmçinin Tramp NATO-nun Şərqə doğru genişlənməsinin qarşısını almaq istəyir. Bu məsələ Qərb blokunun, eləcə də ABŞ-nin maraqları ilə ziddiyyət təşkil edir".


Analitik vurğulayıb ki, Rusiya Trampı inandırmağa çalışır ki, Ukraynanın NATO-ya üzvlüyü bloklansın:

"Ziddiyyətli və mürəkkəb məsələlərdən biri də rus qoşunları tərəfindən ələ keçirilən Ukrayna ərazilərini Rusiya əlində saxlamağa çalışması, bunun əksinə isə Kiyevin torpaq məsələsində prinsipial mövqeyidir. Tramp üçün bunu yoluna qoymaq olduqca mürəkkəbdir.  Ukraynayanın müharibədən əvvəlki vəziyyətə qayıtmaq  istəyi, Rusiyanın ambisiyaları ilə üst-üstə düşmədiyi üçün danışıqlarda uğurlu nəticə hasil etmək daha da çətinləşir. ABŞ isə istəyir ki, Rusiya və Ukrayna ortaq məxrəcə gələrək, torpaq güzəştlərinə getməyə hazır olsun. Əgər Rusiya bundan imtina edərsə, ABŞ  Moskvaya qarşı əlavə sanksiya təzyiqini daha da artıra bilər. Ümumilikdə isə görüş ABŞ-Rusiya, ABŞ-Rusiya- Ukrayna tərəflərinin  strategiyasını müəyyənləşdirmək üçün bir fürsətdir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:212
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Avqust 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see304

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see272

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see271

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see253

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see246

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see233

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see228

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see226

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see221

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see218

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see214

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see205

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see198

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see191

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see187

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see186

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see180

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see180

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see173

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

10 Noyabr 2026 06:54see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri