Icma.az
close
up
RU
Sülh üçün yeganə maneə...

Sülh üçün yeganə maneə...

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Ermənistan konstitusiyası

Avqustun 8-də Vaşinqtonda “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsinin paraflanması bir çox aspektlərdə vacib və mütərəqqi geosiyasi nəticələr vəd edir. Ən mühüm kontekst kimi önə çıxan məsələ Cənubi Qafqazda 30 ildən artıq bir dövrdən sonra sülhə nail olunmasıdır - SSRİ-nin dağılması ərəfəsində “əsası qoyulan” və sonradan müharibəyə çevrilən “münaqişə” 2020-ci ilin 44 günlük Vətən müharibəsi ilə nəhayətə qovuşdu. 2023-cü ilin sentyabrında baş verən antiterror tədbirləri nəticəsində isə bölgədəki separatizm meylləri “dəfn olundu”. Beləliklə, qarşıda yeni dövr, yeni mərhələ və yeni münasibətlər sisteminin qurulması prosesi dayanır.

Azərbaycanın sülh təşəbbüsü: maneələr aradan qalxdı...

Bu sülh həm Cənubi Qafqaz regionu, həm də qlobal beynəlxalq aləm üçün olduqca böyük əhəmiyyət daşıyır. Təbii ki, hər bir halda sülhə nail olunması müsbət bir addımdır - amma, nəzərə alsaq ki, bəlkə də, XXI əsrin başlanğıcından etibarən hansısa münaqişənin ədaləti, beynəlxalq hüquq çərçivəsində, ərazi bütövlüyü və suverenliyin bərpası müstəvisində həllinin şahdidi olunmayıb, Cənubi Qafqazda baş verənlər olduqca vacib presedentə çevrilir. Azərbaycanın atdığı addımlar, bölgədə yaratdığı yeni siyasi reallıqlar sülhün demək olar ki, bütün ştrixlərini müəyyənləşdirdi. Bütün dünya bu reallıqları qəbul etdi - hər kəs dərk edirdi ki, yeni münasibətlər sistemində, xüsusilə yeni iqtisadi nizamın astanasında Azərbaycan ən vacib addımı atıb: Böyük bir geocoğrafi məkanda təhlükəsizliyin təmini üçün bütün standartları müəyyənləşdirib, yeni yol xəritəsi formalaşdırıb. Demək olar ki, beynəlxalq aləm bütövlükdə ölkəmizin bu addımını təqdir etdi, qələbə münasibətilə öz təbriklərini çatdırdı. Müharibənin bitməsi ilə yaranan yeni situasiyanı son mərhələsinə daşımaq üçün isə bir addım qalırdı - Bakının təşəbbüsü ilə 2022-ci ildə meydana gələn sülh təşəbbüslərini uğurla yekunlaşdırmaq. Təbii ki, sülhün əldə olunması bir çox mənalarda bölgə üçün yeni bir gələcək vəd edirdisə belə, bəzi mərkəzlər, dövlətlərin rəsmi şəxsləri sülhun əldə olunmasına maneçilik yaratmaq istəyirdilər - proseslər bunu təsdiqləyir. Ötən ilin sonunda ABŞ-da baş tutan prezident seçkilərindən sonra bu ölkədə hakimiyyətə gələn yeni administrasiya və prezident məsələnin əsl mahiyyətini qiymətləndirdi, sülh üçün mühüm bir zəmin formalaşdırdı.

Sülhməramlı Tramp...

Yeri gəlmişkən, Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim “Washington Examiner”ə müsahibəsində deyib ki, Prezident Tramp əsl liderdir, əsl sülhməramlıdır: “Ona görə də bilirdik ki, o seçiləndən sonra təkcə bizim regionda deyil, bütün dünyada sülh, firavanlıq və inkişaf üçün daha çox səy göstəriləcək”.

Onun sözlərinə görə, sülh sazişlərinin yekunlaşdırılması üçün addım ata, kömək edə bilən qlobal lider lazımdır. Diplomat qeyd edib ki, altı ay əvvəl prezident seçildikdən sonra Donald Tramp dünyaya sülh gətirmək istəyən qlobal liderə çevrilib. O qeyd edib ki, buna görə də yeni administrasiyanın bölgəyə sülh və inkişaf gətirməkdə maraqlı olması çox təbii idi. “Biz bu istiqamətdə birlikdə işlədik. Biz sazişin imzalanması və yekun ratifikasiyasına nail olmaq üçün gələcək fəaliyyətlərin davam etdirilməsinin zəruriliyini qəbul etdik, həmçinin ölkələrimiz arasında sülhün qorunmasının və möhkəmləndirilməsinin vacibliyini vurğuladıq”, - deyə səfir əlavə edib. O deyib ki, xarici işlər nazirlərinin sazişi paraflamaları hazırkı müqaviləni möhkəmləndirir və bu, onu dəyişdirilməyəcəyini göstərir.

Nəzərə alınmalıdır ki, Donald Trampın hakimiyyətə gəlişi həqiqətən də sülh və əmin-amanlıqla, sabitliklə müşayət olunmaqdadır. Dövlət başçsının ilkin mərhələdə bütün məsələlərə soyuqqanlı, ümumi maraqlar kontekstindən yanaşması, birtərəfli mövqedən uzaq, sırf işgüzar və sülhə yönəlik istiqamət müəyyənləşdirməsi bütün dünya üçün mühüm bir nümunəyə çevrilib. Diqqət yetirsək, Donald Trampın sülhpərvər mövqeyi, dünyada sabitliyin əldə olunması üçün ortaya qoyduğu səylər bütün kataklizmlər üçün eyni məsafədədir - Tramp və onun adminstrasiyası dünyanın bütün nöqtələrində baş verən qarşıdurmaların sona çatması üçün çalışır, bu uğurda vacib addımlar atırlar. Cənubi Qafqazda sülhün reallaşmasına və münasibətlərin normallaşmasına yönəlik mövqe isə tam bir uğur nümunəsidir - Azərbaycanın səyi ilə ərsəyə gələn sülh prosesi məhz Tramp adminstrasiyasının yaxından iştirakı ilə həqiqətə çevrilir...

Yeni etimad mühiti...

Bəli, yaşadığımız regionun əbədi sabitliyə qovuşmasına bir addım qalır - artıq sülhün imzalanması ilə Cənubi Qafqaz uzun illər həsrət qaldığı təhlükəsiz və təhdidsiz, silahsız və işğalsız, qansız-qadasız yaşamına qovuşacaq. Bunun üçün isə hazırkı etimad mühiti olduqca mühüm şərt kimi çıxış edir. Bir neçə il fərqli formatlarda, fərqli vasitələr tərəfindən aparılan danışıqlar prosesi nəticəsiz qalmışdı - nəhayət ki, ikitərəfli formatda gedən danışıqlar prosesi müsbət nəticəsini verdi. Tramp administarsiyasının bu ikitərəfli danışıqlar prosesinə yardımı ölkələr arasında qarşılıqlı etimadın güclənməsinə yol açdı. ABŞ-dakı səfirimiz Xəzər İbrahim müsahibəsində bu məsələyə də toxunub - bildirib ki, indi yalnız sülhün imzalanması qalır: “Bu, inamla bağlı olan məsələ idi, çünki müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycan ilə Ermənistan arasında heç vaxt əsl sülh olmamışdı. İşğal baş vermişdi və biz uzun müddət bu məsələləri həll etməyə çalışırdıq. Vasitəçilər var idi, amma heç nə dəyişmirdi. Təbii ki, etimadın qurulmasına başlanılmamışdı. İndi Azərbaycan ilə Ermənistan arasında güclənən etimad var”, - deyə Xəzər İbrahim bildirib.

ATƏT-in Minsk qrupu ləğv edildi, qalır konstitusiya dəyişikliyi...

Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini paraflamaqla yanaşı ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciəti də imzalayıblar. Bu müraciət ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə idi. Beləliklə, sülh yolunda ən mühüm addımlardan biri atılıb. Ümid edilir ki, İrəvanın növbəti addımı konstitusiyasında müvafiq dəyişiklikləri etməsi, ölkəmizə qarşı açıq ərazi iddialarının aradan qaldırılması olacaq. Bu məqama toxunan səfir bildirib ki, iki ölkədən birinin digərinə qarşı ərazi iddiası varsa, bu, heç bir nəticə verməyəcək. O vurğulayıb ki, hazırda qalan yeganə maneə Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Ermənistan konstitusiyasıdır. “Beləliklə, biz ümid edirik ki, çox qısa müddət ərzində Ermənistanda həmin müddəa dəyişdiriləcək və biz məmnuniyyətlə yekun sülh sazişini imzalaya biləcəyik”, - deyə X.İbrahim bildirib.

P.SADAYOĞLU

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 Avqust 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hicab artıq məcburi deyil” − Bahoner

04 Oktyabr 2025 19:47see141

Atam ağlayırdı, anam keyimişdi, mən isə qəh qəhə atıram

04 Oktyabr 2025 14:52see135

Bu kimi nailiyyətlər gələcək qələbələr üçün möhkəm zəmin yaradır Rövşən Nəcəf

04 Oktyabr 2025 20:35see134

Oktyabrda varlanmaq üçün 3 BÜRCƏ məsləhət: Bunları edin

05 Oktyabr 2025 09:11see133

Tiflisdə 3 nəfərlik ailə 22 ci mərtəbədən yıxılaraq ölüb

04 Oktyabr 2025 15:34see132

Mohave səhrasında naməlum təyyarə görənləri heyrətləndirdi

05 Oktyabr 2025 02:32see129

Tibbdə YENİLİK: Sümük snıqlarını 3 dəqiqəyə sağaldan gel hazırlandı

04 Oktyabr 2025 23:08see125

Gürcüstanın ABŞ dakı səfiri Dövlət Departamentinə çağırılıb

04 Oktyabr 2025 21:13see124

Aİ Qəzzada dərhal atəşkəsə və girovların azad edilməsinə çağırıb

04 Oktyabr 2025 14:33see124

ABŞ və İsrail İrana hücum edəcəklərini deməklə... Nəsirzadə

05 Oktyabr 2025 01:39see123

DOĞULMAMIŞ UŞAQ ÜÇÜN KADDİŞ Etibar Əliyevin YAZISI

05 Oktyabr 2025 09:21see122

Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR

05 Oktyabr 2025 17:40see122

Teslanın robotu Optimusa kunq fu öyrətdilər VİDEO

05 Oktyabr 2025 05:12see122

Kulevi terminalı genişləndirilir

05 Oktyabr 2025 10:39see121

“Dünyada hələ belə bir festival olmayıb” Video

05 Oktyabr 2025 10:44see121

Azərbaycanın 5 güləşçisi medal qazanıb YENİLƏNİB 2

04 Oktyabr 2025 18:53see121

“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayır

05 Oktyabr 2025 20:12see120

Marketlərdən bu məhsulları almayın Ekspertdən xəbərdarlıq

04 Oktyabr 2025 19:00see120

90 cı illərin məşhur qrupu bu şəxsə görə dağılıb Çelik ŞOK ADI açıqladı

04 Oktyabr 2025 21:34see118

Qalatasaray Beşiktaş matçında iki qol vuruldu

05 Oktyabr 2025 00:28see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri