Icma.az
close
up
RU
Sülh üçün zəmin

Sülh üçün zəmin

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sərhəddə üçüncü qüvvələrin yerləşdirilməsi müsbət perspektiv vəd etmir

Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsü bölgə üçün mühüm perspektiv vəd edir. Qeyd edilməlidir ki, delimitasiya və demarkasiya komissiyaları arasında keçirilən çoxsaylı görüşlər, ötən ilin aprelində 4 kəndin azad edilməsi ilə bağlı razılığın əldə olunması, ikitərəfli komissiyanın fəaliyyətinin əsasnaməsinin təsdiqi sülhü addım-addım yaxınlaşdıran amillər sırasında qeyd olunur. Sülh razılaşması ilə bağlı əhəmiyyətli irəliləyiş nəzərə çarpır - düzdür, bir müddət öncəyə qədər Ermənistan bəzi məsələlərlə bağlı adekvat mövqe sərgiləməsə də, deyəsən artıq situasiya dəyişir. İrəvan sülhün vacib olduğu qədər region üçün hansı gələcək vəd etdiyini də anlamaqdadır. Hətta bunu təsdiq belə edirlər...

Şərtlər aydındır...

Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan Vaşinqtonda, Atlantic Council təşkilatında çıxışı zamanı Ermənistanın münaqişəli məsələlərin müzakirəsini başa çatdırmaq və Azərbaycanla ikitərəfli münasibətlərdə yeni dövr açmaq istədiyini bildirib. Onun sözlərinə görə, Ermənistan sülh müqaviləsinin qalan iki bəndi ilə bağlı Bakıya təkliflərini təqdim edib. Bu məsələlər aşağıdakılardır:

- Sərhəddə üçüncü qüvvələrin yerləşdirilməsinə qadağa: Bakı tam qadağa tələb etsə də, İrəvan bunun yalnız delimitasiya edilmiş ərazilərə şamil edilməsini təklif edir.

-Beynəlxalq məhkəmələrdə qarşılıqlı iddiaların geri götürülməsi: Paşinyan qeyd edib ki, Ermənistan buna hazırdır, lakin şərt olaraq bu məsələlərin ikitərəfli danışıqlarda da gündəmə gətirilməməsini istəyir.

Ermənistanın baş naziri həmçinin vurğulayıb ki, tərəflər artıq əsas bəndlərdə - o cümlədən SSRİ dövrünün xəritələri əsasında bir-birinin ərazi bütövlüyünün tanınması məsələsində razılığa gəliblər. Onun fikrincə, sülh sazişinin imzalanması yaxınlaşır və bunun üçün yalnız siyasi iradə nümayiş etdirmək qalır.

Azərbaycan xəbərdarlıq edib...

Vurğulandığı kimi, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması Cənubi Qafqazın həyatında yeni - sabit və inkişafa yönəlik dövrün başlama perspektivini formalaşdırır. İrəvan bunu detallı şəkildə qavramalıdır - post-müharibə dövründə məntiqi nəticə kimi meydana çıxan sülh prosesi özlüyündə həm də siyasi-iqtisadi nizamın yeni qaydalarını ehtiva edir. Ermənistan başa düşməlidir ki, qeyri-konstruktiv mövqe nümayiş etdirməklə heç nə əldə edə bilməz - tam əksinə, Cənubi Qafqaz yeni dövrdə özünün tam potensialını nümayiş etdirmək imkanlarından məhrum olur. İrəvan qeyri-adekvat davranışıyla bölgə üçün yeni bir gələcək vəd edən nəqliyyat - kommunikasiya layihələrinin gerçəkləşdirilməsini gecikdirir. Eyni zamanda, sülhün gecikməsi yeni eskalasiya üçün zəmin yaradır. Ermənistanın silahlandırılması prosesi ciddi formada təftiş edilir və Azərbaycan dəfələrlə bildirib ki,  bu məsələdə müşahidəçi olmayacaq. Nəticə etibarı ilə isə Cənubi Qafqazın stabil və sabit məkan kimi şöhrət qazanması, tanınması, qlobal layihələrin bizim coğrafiyada təşəkkül tapması ehtimalları azalır. Azərbaycanın irəli sürdüyü sülh təklifi və bu istiqamətdə aparılan fəaliyyət bütövlükdə Cənubi Qafqaz üçün mühüm inkişaf tempi perspektivi vəd edir. Sülhün astanasında dayanarkən verilən bəyanatlar, səsləndirilən fikirlər bu prioritetin nə qədər ciddi olması ilə yanaşı, uğur qazanma ehtimalının da böyüklüyünü ortaya qoyur.

Sülh üçün vacib məqam...

Paşinyanın ifadə etdiyi “Sərhəddə üçüncü qüvvələrin yerləşdirilməsinə qadağa” məsələsi olduqca vacib nüansdır. O baxımdan ki, şərti sərhəd bölgəsində Aİ missiyasının xidməti fəaliyyət dövrünün artırılması birmənalı qarşılana bilməz. Bir tərəfdən sülh haqqında danışan Ermənistan digər tərəfdən, regionda fərqli qüvvələrin təmsilçiliyindən imtina etmir. Halbuki həmin qrupun hansı missiya ilə məşğul olması sirr deyil. Bu missiyanın regionda varlığı sülh üçün ən böyük maneələrdən biridir. Ermənistana üzdə “havadarlıq” edən, arxa planda isə özünün korporativ maraqlarını əsas götürən Fransa məhz bu missiyanın əli ilə sülhün reallaşmasına bu və ya digər şəkildə əngəl törədir. Prezident İlham Əliyev ötən il “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində bildirmişdi ki, sülh sazişi sənədinin razılaşdırılmamış maddələrindən biri başqa ölkələrin nümayəndələrini bizim sərhədimizdə yerləşdirməməklə bağlıdır: “Bu, niyə bizim üçün vacibdir? Çünki sözdə Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb. Axı, bu müşahidəçilərin göndərilməsi məsələsi bizimlə 2022-ci ilin oktyabrında Paşinyan, Avropa Şurasının Prezidenti Şarl Mişel, Fransa prezidenti və mənim aramda keçirilən dördtərəfli görüşdə razılaşdırılıb. O vaxt Fransa hələ bizim tərəfimizdən normallaşdırma prosesindən kənarlaşdırılmamışdı. Belə bir razılıq əldə edildi ki, Avropa İttifaqının nümayəndələrinin iki ay müddətində məhdud kontingenti olacaq. İki aylığına 40 nəfər yerləşdiriləcək. Bundan sonra bu missiya bizimlə razılaşdırılmadan uzadıldı və arqument bundan ibarət idi: niyə sizinlə razılaşdırmalıyıq, axı, bu missiya Ermənistan ərazisindədir. Bizim isə arqumentimiz belə idi: razılığa gələndə siz niyə bizimlə razılaşdırdınız? Axı, belə olmaz. Sonra onların sayı 200 nəfərdən çox artırıldı. Bundan başqa, bu missiya tədricən NATO-nun missiyasına çevrildi, belə ki, oraya Kanadanın nümayəndələri qoşuldu. Beləliklə, bu, bizim razılığa gələcəyimiz ikinci maddədir”.

Ötən dövr ərzində isə kəşfiyyat qrupunu tam şəkildə Ermənistana yerləşdirmək imkanı “qazanan” Fransanın məqsədi ortadadır - onlar nəinki real situasiyanı monitorinq edir, birmənalı şəkildə Azərbaycana qarşı təxribatların hazırlanmasında iştirakçı qismində çıxış edirlər.

Ermənistan anlamalıdır ki...

Qeyd edək ki, bir müddət öncə “Stratfor” analitik mərkəzi də yaydığı məlumatda demarkasiya prosesi dayandırılacağı təqdirdə, ilin ikinci yarısında Ermənistan-Azərbaycan sərhədində gərginliyin arta biləcəyini yazıb. Bununla belə, “Stratfor” yaxın gələcəkdə ciddi eskalasiya riskinin “kifayət qədər aşağı səviyyədə” qalacağını proqnozlaşdırıb. Hazırda delimitasiya prosesi davam etməkdədir. Ermənistan isə adıçəkilən bölgəyə “casus şəbəkəsi”ni yerləşdirməklə gərginliyi artırır.

Halbuki Azərbaycanın iradəsinə əsasən baş tutan ikitərəfli təmaslar məsələnin həlli üçün olduqca əlverişli bir müstəvi formalaşdırıb. Keçirilən ikitərəfli görüşlər onu göstərir ki, məsələnin qarşılıqlı təmas formatında real həlli mövcuddur. Məsələyə kənar müdaxilə və ya fərqli vasitəçilik “arzusu” üçüncü bir tərəfin bu və ya digər şəkildə ən minimal həddə də olsa öz maraqları müstəvisindən çıxış etməsinə yol açır. Bu mənada, Azərbaycan müzakirələrin ikitərəfli təmas formatında inkişafını dəstəkləyir.

Beləliklə, Ermənistan üçün hazırki münbit şərait bir çox üstünlüklər vəd edir - İrəvan destruktiv açıqlamalardan və fikirlərdən, əməllərdən xüsusilə silahlanmadan uzaq dayanmaqla bölgənin gələcək perspektivi üçün öz töhfəsini təqdim etməlidir. Sülhün imzalanması bölgəyə yeni iqtisadi şəkilləndirmə verəcəyi qədər Ermənistanın da dirçəlməsinə vəsilə olacaq. Bu isə, İrəvanın dövlət maraqları ilə üst-üstə düşür...

P.İSMAYILOV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Fevral 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see438

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see380

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see266

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see249

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see240

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see234

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see226

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see222

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see219

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see198

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see196

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see192

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see185

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see184

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see181

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see180

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see179

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see175

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see164

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri