Icma.az
close
up
RU
Könül sərgisi SEVGİ PALİTRASI

Könül sərgisi SEVGİ PALİTRASI

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əkbər QOŞALI

Muzey Mərkəzinin sərgi salonuna girəndə ilk hiss etdiyim nə oldu?.. — Birinci dəfə deyildi sərgidə olurdum; amma daun sindromlu uşaqların sərgisində birinci dəfəydim… — Bax, bu, qəribə hisslər bəxş edirdi. Bizi sanki sükutun içindəki rənglərin səsi qarşıladı. Əslində, yetərincə iştirakçı varıydı, hələ-hələ həyəcanlı uşaqlar, onların qayğılı anaları susqun deyildi amma pılıçıltı da, TV-yə müsahibə də, kiminsə kimdənsə hansısa ortasəsli gənəşiyi də eşidilir, duyulur, fərq edilirdi... Yəni sükut — öyrəşilmiş, deyiləbilən sükut deyildi… Və adətən rəngləri gözlə görərsən, burada isə rənglər “danışırdı”. “Sevgi palitrası” bir sərginin adı olmaqdan çıxıb, şahlanmış — insan qəlbinin ən saf qatlarından çəkilib gətirilmiş bir aləm kimi çıxış edirdi. — Məhdudiyyətli uşaqların xəyalının, ümidinin, sakitcə içəridən boylanan işığının başqa aləmi…

Burada hər rəng, necə deyərlər — bir duyğunun temperaturu, hər şəkil — uşağın içindəki kainatın kodudur və kətana çəkilmiş hər xətt – bir nəfəs kimi gəldi mənə...
Bu sərgi sənəti göstərmir – insanı anladır, in-sa-nı!..

Layihənin koordinatoru, sənətşünas Ziyarət Cabarova-Qəhrəmanova salamlama nitqi söylədi; Xalq rəssamı, heykəltaraş Xanlar Əhmədov, Əməkdar rəssam Elşən Hacızadə, “Qayğı- Sağlam Nəsil Naminə İctimai Birliyi”nin nəzdində fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin rəhbəri Natella Həsənova və bu yazının müəllifi ürək sözlərini bölüşdü; sonra layihənin ideya müəllifi, rəssam Mahizər Sadıqlı çıxış etdi.

Budur, qırmızı lent kəsildi və biz ayrı-ayrı əsərlərlə yaxından, bilavasitə tanış olmağa başladıq; bax, mərkəzi divarda asılmış kollaj – sərginin özünə bənzəyir: müxtəlif duyğular, müxtəlif səslər, müxtəlif çalarlar burada bir “vəhdəti-vücud”a, daha səlisi — bütövlüyə çevrilib. Elə bil, gənc rəssam-müəllim Mahizər Sadıqlının içindəki böyük ana mərhəməti bu kollajda birləşərək “Uşaqların hamısı bir sevginin fərqli dilləridir” deyir, deyir, deyir...
Zalda şəkillərin qarşısında dayanan yeniyetmə rəssamlar da bu palitranın bir başqa həyəcanı, canı, özəyi deyildimi?..

Birinin əsəri limonları danışdırır — sarının Günəşi sanki onun əlini tutur, tutur və heç buraxmaq istəmir…
O birinin çəkdiyi çiçəklər vazadan çıxıb şeirin içinə girəcək qədər poetikdir, canlımı?-canlıdır...
Başqa bir uşaq isə dənizin maviliyini elə çəkib, elə çəkib, sanki kətana toxunan dalğanın nəfəsidir, fırça deyil.

“Biz buradayıq, biz yaradırıq, biz də sevinirik və sevindiririk” ismarıcını — o uşaqların baxışlarında gördüm...

Mahizər Sadıqlı, əhsən! Müəllim kimi müəllim, könül memarı kimi memar, rəssam kimi rəssam və qarapaltarlı ağgünlər qayğılısı…

Məncə, Mahizər Sadıqlının işini “müəllimlik” adlandırmaqla yetinmək ədalətli olmaz; bu, daha çox ruh mühəndisliyi, sevgi ixtisası, könüllərə yol çəkməkdir, yol...
O, uşaqlara rəsm çəkməyi öyrətmir, ha… — özlərinə danışmağı öyrədir. — Dil-dil, söz-söz, cümlə-cümlə və də rəng-rəng...
Uşaqların kətanları ona görə bu qədər təbii və səmimidir ki, Mahizər xanım onlara “belə çəkin” demir, “ürəyiniz necə istəyirsə, elə çəkin” deyir. Ancaq bu komanda-razılıqdan öncə onlarla necə iş aparmalı, necə könül bağı qurmalı, necə öyrətməli ki, sonrasına əmin olasan... Əhsən, Mahizər xanım, əhsən!
Bax, bu sərgi — onun təmkininin, fədakarlığının, uşaq qəlbinə zərifanə və ana kimi toxunmaq cəsarətinin hesabatı… — yox, yox, hesabatı da deyil, bəhrəsidir.

Ziyarət Cabarova-Qəhrəmanova isə bu gözəlmi?-gözəl, özəlmi?-özəl sərginin, necə deyərlər, görünməyən arxa işığıdır.
Ziyarət xanımın təşkilatçılıq səliqəsi, sənətşünas zərafəti sərgi məkanını bir mədəniyyət tədbiri yeri olmaqdan çıxarıb, sosial məsuliyyət ünvanına çevirdi sanki. Sərginin ritmi, məkanın tonu, işıqların zərifliyi, hətta, uşaqların portretlərindən ibarət ağac, eləcə də qırmızı pərdəli, qızıl sarısı boş çərçivə belə… — hər detal bir ismarıcdır:
uşaqlar bu toplumun qırağında deyil; onlar toplumun özüdür — dərinləməsinə və üfüqötəsinə… bir sözlə, “ayrılıq sevdaya daxil” (Atilla İlhan)…
Uzun sözün qısası, bu, bir sərgidən üstün olaydır, bu, bir mövqedir.
Elə bir sərrast mövqe ki, rənglərin içindəki səslər açıq-aydın eşidilir.
Sərginin ən güclü tərəfi — əsərlərdəki “sadəlöhvlük” deyil, təmizlikdir.
“Sadəlöhv sənət, başqa sözlə, “naive art”, “primitivizm” – akademik məktəb keçməmiş, lakin təbiiliyi, səmimiyyəti, saflığı ilə seçilən yaradıcılıq deməkdir. Bu üslubun əsas özəllikləri nədir? — Yada salaq:
-süni effektlərin olmaması;
-duyğunun birbaşa ifadəsi;
-sadə, aydın forma və rənglər;
-düşüncənin filtirlənmədən kətana keçməsi;
-uşaqların çəkdiyi rəsmlərdəki təbii enerjinin qorunması.
Yəni təmiz, içdən, akademik çərçivəsiz rəsmlərdən, saflıq estetizmindən, şüuraltının birbaşa rəngə çevrilməsindən danışırıq.
Bunlar isə duyğunun ilkin enerjisini, uşaq baxışının poetikliyini göstərir.
Bax, bax, budur:
-Günəbaxanlar o qədər səmimidir ki, Günəşin özü belə onu “incitsə” utanar;
-Qırmızı nar — uşağın qəlb döyüntüsünü xatırladır;
-Dəniz — sakit deyil, həyat kimi dəyişkəndir;
-Qəhvəyi budaqda oturan quş — sükutun musiqisidir…
Bu tablolar “professional” olmaq üçün yox, ürəyə xəfif, zərif və saf toxunuşlar üçün çəkilib — ona görə də təsirlidir, çox təsirlidir.

Bu sərgi daha nə deyir?
“Sevgi palitrası” topluma bəlkə də tək bir cümlə ünvanlayır:
-Heç bir məhdudiyyət insanın içindəki yaradıcı alovu söndürə bilməz.
Əgər o alova bir az qayğı, bir az münbit ortam, bir az sevgi versən — fışqırar!..

Bu uşaqların yaratdığı əsərlər bir varlıq iddiasıdır, yaşam sevincidir, topluma səslənən səmimi “mən burdayam!” çağırışıdır.

Sərgidən çıxanda hiss etdim ki, rənglər adamı təkcə gözlərindən tutub aparmır, həm də qəlbini qəribə bir məhəbbətlə yüngülləşdirir. Çün bu sərgi yaşadan sərgidir — onun içindən həyat özü boylanır, həyat özü...

“Sevgi palitrası” sənətin sosial funksiyasını, insanın insanı anlamasının mümkünlüyünü (vacibliyini!), uşaq dünyasında gizlənmiş hikmətləri bir daha göstərir.
Belə bir sərgiyə baxmaq – insanın içindəki sevgiyə baxmağın özüdür...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 30 Noyabr 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see284

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see270

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see267

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see267

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see265

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see262

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see262

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see240

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see239

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see237

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see234

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see231

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see227

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see220

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see220

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see216

Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya icra edilib

11 Sentyabr 2026 15:19see214

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see208

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see191

Yağışlı hava bu təzyiq xəstələrinə pis təsir edir

11 Sentyabr 2026 18:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri