Icma.az
close
up
RU
Sülh üçün...

Sülh üçün...

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin vasitəçiliyinə ehtiyac artır

NATO və Rusiya Ankaranın potensialını necə  dəyərləndirir?

Hazırda Rusiya-Ukrayna müharibəsində yeni vəziyyətin yaranması dünya üçün qlobal təhdidləri artırır. Qərb ölkələrinin Ukraynaya verdiyi ağır silahlarla Rusiya ərazisini vurmağa icazə verməsi, Moskvanın isə bunu ballistik raketlərlə cavablandırması müharibənin miqyasını daha da genişləndirib. Digər tərəfdən, Rusiyanın nüvə doktrinasına yenidən baxması isə əlavə narahatlıqlar yaradır. Bütün bunlar Qərb və Rusiya arasında gərginliyin pik həddə çatdığını göstərir.

Türkiyə və Rusiya liderlərinin telefon söhbəti

Belə bir şəraitdə Türkiyə sülh təşəbbüslərini davam etdirir. NATO-nun aparıcı üzvü olmasına baxmayaraq Türkiyə Rusiya ilə Ukrayna arasında tezliklə sülhün təmin olunmasının tərəfdarıdır. NATO müttəfiqlərinin əksəriyyətinin mənfi qarşılamasına baxmayaraq, rəsmi Ankara mövqeyində qətiyyətlidir. Ən azı ona görə ki, Türkiyə hər iki ölkə ilə qonşudur. Hazırda gərginliyin pik həddə çatması Ankaranın diplomatik fəallığın daha  da artırmasını zəruri edir. Bu baxımdan, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyanın dövlət başçısı Vladimir Putinlə son telefon danışığı qeyd olunmalıdır. Telefon söhbətində Türkiyə ilə Rusiya arasında ticarət həcminin genişləndirilməsi başda olmaqla bir çox sahədə əməkdaşlığın artırılması müzakirə edilib. Lakin təbii ki, regiondakı vəziyyət xüsusi diqqət mərkəzində olub. Prezident Ərdoğan Türkiyənin bölgədəki gərginliyin aradan qaldırılması üçün səylərinə və sülh proseslərinə töhfə verməyə davam edəcəyini bildirib.

NATO-nun Baş katibi Ankaraya niyə gəlmişdi?

Diqqət çəkən daha bir məqam isə hazırkı şəraitdə NATO-nun Baş katibi Mark Ruttenin Ankaraya səfər etməsidir. Bu faktlar Türkiyənin həm Rusiya, həm də Qərb tərəfindən güclü dövlət kimi qəbul olunmasının göstəricisidir. Xatırladaq ki, NATO-nun Baş katibi Mark Rutte noyabrın 25-də Türkiyə rəhbərliyi ilə danışıqlar aparıb. Hərbi blokun rəhbəri ilə Prezident Rəcəb Tayyib Ərdoğan arasında görüş bir saata yaxın və mətbuata qapalı keçirilib. Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri Yaşar Gülər də iştirak ediblər.

Gün ərzində Alyansın rəhbəri Rutte  H.Fidan və Y.Gülərlə də ayrı-ayrılıqda görüşlər keçirib. Türkiyə Prezidentinin Administrasiyasının açıqladığı məlumata görə, NATO Baş katibinin iştirakı ilə keçirilən danışıqların gündəliyində Ukraynadakı müharibə, Yaxın Şərqdəki böhran, həmçinin terrorizmlə mübarizədə birgə fəaliyyət məsələsi yer alıb. Bundan əlavə, görüşlərdə 2026-cı ildə Türkiyədə NATO sammitinin təşkili və müdafiə sənayesi məhsullarının tədarükü sahəsində alyans üzvləri arasında həmrəylik məsələləri müzakirə olunub.

Nəzərə almaq lazımdır ki, Türkiyə  NATO-nun ikinci ən böyük ordusuna sahibdir. Qlobal münaqişə potensialı olan bəzi məsələlər, xüsusən Rusiya-Ukrayna müharibəsi NATO-nun təhlükəsizlik problemlərində sadəcə əməkdaşlıq və həmrəylik təşkilatı olmaqdan savayı, həmçinin müəyyən addımlar atmalı olduğunu göstərir. Bu funksiyalardan ən mühümü NATO-nun çəkindirmə və təhlükəsizlik perspektivinə malik olmasıdır. Lakin bundan əlavə, onun həm də sülh missiyası olmalıdır. Rəsmi Ankara hesab edir ki, alyans sülhü bərqərar etmək üçün öz vəzifələrini yenidən nəzərdən keçirməlidir. Bu kimi proseslərdə həm NATO mütəfiqləri, həm də Rusiya Türkiyənin imkanlarını real qiymətləndirməlidir.

Dünyanın ən böyük hərbi güclərindən biri

Digər vacib məqam da odur ki, Türkiyə  son 20 ildə öz hərbi gücünü əhəmiyyətli dərəcədə artırıb. Bu dövrdə Türkiyə çox sürətlə öz müdafiə sənayesini gücləndirib və ordusunu ən müasir hərbi texnika və atıcı silahlarla təmin edib. Hazırda Türkiyə dünyanın ən böyük pilotsuz uçuş aparatları (PUA) istehsalçısıdır. Ankara bundan sonra  da diqqətini pilotsuz döyüş platformalarının işlənib hazırlanmasına yönəldəcək və ölkə üçün istənilən potensial təhdidin qarşısını almaq üçün çoxsəviyyəli “Polad günbəz” hava hücumundan müdafiə sistemi yaradacaq. Artıq uzunmənzilli hava hücumundan müdafiə sistemi olan “Siper Blok-1” Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil edilib. “Siper Blok-1” ölkənin “Polad Günbəz” (“Çelik Kubbe”) sisteminin yeni elementinə çevrilib. Türkiyə mediası yazır ki, sözügedən sistem ABŞ istehsalı olan “Patriot” və Rusiya istehsalı olan “S-400”ə bənzərdir.

Bundan başqa, Türkiyə sualtı qayıq layihəsini də uğurla reallaşdırır. Hələ 2015-ci ildə Yeni Tip Sualtı Qayıq Layihəsi çərçivəsində yerlilik göstəricisi yüksək olan “Type-214TN (Reis)” sinfinə məxsus sualtı qayıqların istehsalına başlayan Türkiyə 2017-ci ilin iyun ayında MİLDEN (Milli Sualtı Qayıq) layihəsinə start verib. 2025-ci ilə qədər layihələndirmə işlərinin başa çatdırılması və Gölcük Gəmiqayırma Zavodunda ilk gəminin istehsalına başlanması planlaşdırılır. İlk gəminin 2031-ci ilə qədər tamamlanacağı gözlənilir.

Türkiyə ən yeni nəsil texniki göstəricilərə malik qırıcılar, helikopterlər və avtomobillər də istehsal edir. Türkiyə milli döyüş təyyarəsi “KAAN”ı istehsal etməklə dünyada 5-ci nəsil qırıcı istehsal edən 5 ölkədən biri sayılır. Xatırladaq ki, Türkiyənin “KAAN” milli hərbi təyyarəsi bu ilin fevralında ilk uçuşunu uğurla həyata keçirib. Bütün bunlar Türkiyənin hərbi sənayesinin mühüm nailiyyətləridir. Təbii ki, belə güclü hərbi potensiala sahib olan ölkə ilə digər dövlətlər hesablaşmalıdır. Lakin Ankara bu gücü ilə sadəcə öyünmür, dünyada sülh və təhlükəsizliyin təmin olunması təşəbbüslərini davam etdirir.  

Hazırda gərginliyin pik həddə çatması Ankaranın diplomatik fəallığın daha da artırmasını zəruri edir.

Rəsmi Ankara hesab edir ki, alyans sülhü bərqərar etmək üçün öz vəzifələrini yenidən nəzərdən keçirməlidir. Bu kimi proseslərdə həm NATO mütəfiqləri, həm də Rusiya Türkiyənin imkanlarını real qiymətləndirməlidir.

Nardar BAYRAMLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 Noyabr 2024 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Tam məsuliyyətimlə deyirəm, bu gün Azərbaycan kinosu...” Eldəniz Quliyevlə gündəm MÜSAHİBƏSİ

11 Avqust 2026 17:17see488

Yekun sülh sazişinə gedən yolda növbəti siyasi addım

11 Avqust 2026 16:39see429

Livan İsrail danışıqları niyə uzadılır? AÇIQLAMA

11 Avqust 2026 14:39see352

Aktyordan qızı ilə fotolar

11 Avqust 2026 13:31see344

Prezident ordunu ayağa qaldırdı Fövqəladə vəziyyət elan olundu

11 Avqust 2026 01:56see264

Ərdoğana sui qəsd hazırlayan FETÖ çülər saxlanıldı

10 Avqust 2026 22:34see260

Küçə lampalarını əvəz edə biləcək bitkilər yetişdirildi

11 Avqust 2026 02:18see255

Nijnekamsk şəhərinə edilən dron hücumunda ölən Özbəkistan vətəndaşlarının sayı səkkizə çatıb

11 Avqust 2026 07:57see248

Avqustun 12 də nə baş verəcək?

11 Avqust 2026 02:17see234

Baş nazirin yemiş zarafatı Avstraliyanı qarışdırdı Üzr istəmədi

11 Avqust 2026 15:39see232

İsveçdə Rusiya casus şəbəkəsi İFŞA olundu

11 Avqust 2026 01:45see231

Ceki Can Bakıda restoranda bu mahnını dinlədi VİDEO

11 Avqust 2026 00:53see231

Samsung bu modüllərlə yollarını ayırır: SİYAHI

11 Avqust 2026 02:24see224

BİZİM TƏQVİM:11 avqustda baş vermiş tarixi hadisələr

11 Avqust 2026 08:03see221

Elektrik enerjisi ilə də Avropa bazarına çıxmaq istəyirik Prezident

11 Avqust 2026 23:00see214

Arsenal 3 futbolçusunu satmaq istəyir

11 Avqust 2026 08:21see209

“Agentstvo“: Vyanada 20 Rusiya diplomatı xüsusi xidmətlərlə bağlıdır

10 Avqust 2026 23:05see206

Zukerberq süni intellektin mərkəzləşdirilməsindən imtina etməyə çağırıb

11 Avqust 2026 07:49see203

Rusiyanın sıxılmış karbohidrogen qazı istehsal edən zavodu zədələndi

12 Avqust 2026 03:42see179

UEFA Çempionlar Liqası: Sabah Orhus matçı başlayıb CANLI YAYIM

11 Avqust 2026 20:06see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri