Sülh, yoxsa müharibə? Bölgə üçün son seçim belədir
Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Bu gün bəzi avropalı liderlərin fərdi şəkildə irəli sürdüyü rasional fikirlər və humanitar təkliflər “Almaniya Kansleri Friedrix Merz-Makron-Starmer ittifaqı” tərəfindən müqavimətlə qarşılanır”.
Turkustan.az xarici mediaya istinadən xəbər verir ki, bunu Krım Dövlət Dumasının deputatı Leonid İvlev TASS-a açıqlamasında deyib.
Deputat bildirib ki, Rusiya və Ukrayna arasında sülhün təmin olunmasına yönəlmiş bəzi qərbli siyasətçilərin təklifləri Avropa İttifaqının hərbi yönümlü siyasəti səbəbindən nəticəsiz qalır.
Ukrayna ilə bağlı müzakirələrdən sonra Aİ sammitinin iştirakçıları Rusiya ilə mümkün dialoq və ya danışıqların çərçivəsini müəyyən etməyib, yalnız əvvəlcədən heç bir şərt qoyulmadan təcili atəşkəs çağırışını təkrarlayıblar.
Onun sözlərinə görə, Avropa İttifaqı uzun müddətdir hərbi siyasət yürütməsi və Rusiyaya qarşı qarşıdurmaya daha çox cəlb olunması ilə öz nüfuzuna zərər vurub:
“Bəzən ayrı-ayrı avropalı liderlər sülhə yönəlmiş rasional fikirlər və humanitar təşəbbüslər irəli sürsələr də, Merz-Makron-Starmer ittifaqından dərhal sərt reaksiya gəlir. Hətta belə mövqeləri susdurmaq üçün hərbi güc tətbiqi ilə bağlı təhdidlər səslənir”.
Daha əvvəl “Politico” və “Bloomberg” yazmışdı ki, Almaniya da daxil olmaqla bəzi böyük Aİ ölkələri Avropa Şurasının prezidenti Antonio Kostanın Moskva ilə ehtimal olunan ilkin təmaslarından narazı qalıb.
Məlumata görə, bu təmaslar anonim mənbələrə əsaslanaraq yayılıb. /Cebheinfo.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 20 İyun 2026 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















