Sülhəddin Əkbərin lideri olduğu partiya birdəfəlik qapadılıb (Yenilənib)
Mia.az saytına istinadən Icma.az xəbər verir.
Ədliyyə Nazirliyinin Azad Demokratlar Partiyasının (AzDP) ləğv edilməsi üzrə müraciəti əsasında məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Nigar Nəbizadənin sədrliyi ilə keçirilən prosesdə müraciət təmin olunub. Partiyanın fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.
Qeyd edək ki, Azad Demokratlar Partiyası (AzDP) 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Partiyanın 5000 üzvü olmadığı üçün ötən il Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmayıb.
***
Xəbər verdiyimiz kimi, Ədliyyə Nazirliyi Azad Demokratlar Partiyasının ləğv edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Məlumata görə, bu gün işlə bağlı şifahi məhkəmə baxışı keçiriləcək.
Məhkəmə baxışı saat 14:30-a təyin edilib.
Qeyd edək ki, iş Bakı Apellyasiya Məhkəməsində hakim Nigar Nəbizadənin sədrlik etdiyi heyətin icraatındadır((Modern)
Xatırlaadq ki, Azad Demokratlar Partiyası 6 iyul 2014-cü ildən fəaliyyət göstərirdi. Partiyanın qurucusu və sədri Sülhəddin Əkbərdir
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 06 Dekabr 2024 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















