Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Sülhün, əməkdaşlığın və humanist dəyərlərin təşviqçisi

Sülhün, əməkdaşlığın və humanist dəyərlərin təşviqçisi

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bir neçə gündür dünyanın diqqəti Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərinə yönəlib.Fevralın 4-də Əbu-Dabi şəhərində "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimi keçirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimindəki çıxışı təkcə beynəlxalq platformada ölkəmizin artan nüfuzunun deyil, həm də regionda formalaşan yeni sülh və əməkdaşlıq mühitinin bariz göstəricisi oldu.
Bu nüfuzlu mükafata layiq görülmək Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın həyata keçirdiyi müdrik, balanslı və humanist siyasətin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini bir daha sübut etdi. Dövlətimizin başçısının vurğuladığı kimi, Birləşmiş Ərəb Əmirliklərinin banisi, uzaqgörən lider Şeyx Zayedin adını daşıyan bu mükafat xüsusi mənəvi dəyərə malikdir və xalqlar arasında dostluğun, qarşılıqlı hörmətin rəmzidir.
Prezident İlham Əliyev çıxışında BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın atasının müəyyən etdiyi inkişaf və tərəqqi yolunu uğurla davam etdirdiyini qeyd edərək, bu ölkənin müasir dövlətçilik modelinin dünyaya nümunə olduğunu vurğuladı. Azərbaycanın da öz inkişaf yolunda bu cür strateji baxışa əsaslanması dövlətimizin uzunmüddətli uğurlarının əsas səbəblərindən biridir.
Ölkə rəhbərinin çıxışın əsas məqamlarından biri Azərbaycan-Ermənistan münasibətlərində əldə olunmuş tarixi irəliləyişlər barədə oldu. Prezident İlham Əliyev bildirdi ki, uzun illər davam edən müharibə və qarşıdurmadan sonra artıq regionda real sülh mühiti formalaşmağa başlayıb. Altı aydır davam edən bu yeni mərhələ qarşılıqlı etimadın, tərəfdaşlığın və əməkdaşlığın əsasını qoyur.
Xüsusilə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə keçirilmiş Vaşinqton Zirvə Görüşünün nəticələri regionun gələcəyi baxımından mühüm dönüş nöqtəsi kimi qiymətləndirildi. Həmin sammitdə paraflanan sülh sazişi və imzalanan Birgə Bəyannamə üç onillikdən artıq davam edən münaqişəyə son qoyaraq, Cənubi Qafqazda sabitliyin bərqərar olunmasına real zəmin yaratdı.
Prezident İlham Əliyev çıxışında humanitar və iqtisadi əməkdaşlıq məsələlərinə də xüsusi diqqət yetirdi. Ermənistanla yükdaşımalarına qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması, neft məhsullarının ixracına başlanması və ticarət əlaqələrinin genişləndirilməsi regionda yeni iqtisadi inteqrasiya mərhələsinin başlandığını göstərir. Bu addımlar Azərbaycanın sülhü yalnız siyasi bəyanatlarla deyil, konkret əməli fəaliyyətlə möhkəmləndirdiyini sübut edir.
Dövlətimizin başçısı dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafında beynəlxalq liderlərin rolunu da yüksək qiymətləndirdi. Əl-Əzhərin böyük imamı Əhməd Əl-Tayyibə və Roma Papası Leo ilə əməkdaşlıq, tolerantlıq və qarşılıqlı anlaşma dəyərlərinin təşviqi Azərbaycanın multikultural siyasətinin qlobal miqyasda tanındığını nümayiş etdirir.
Əbu-Dabidə keçirilən mərasimin rəmzi mahiyyəti də xüsusi diqqətə layiqdir. Məhz bu şəhərdə aparılan danışıqlar sonradan Vaşinqtonda rəsmiləşdirilən tarixi razılaşmaların əsasını qoymuşdur. Bu fakt Azərbaycanın diplomatik uğurlarının ardıcıl və düşünülmüş siyasətin nəticəsi olduğunu göstərir.
Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi əsas mesaj aydın idi: uzunmüddətli münaqişələrə, qarşılıqlı etimadsızlığa və ağır itkilərə baxmayaraq, siyasi iradə və beynəlxalq dəstək olduğu halda sülh mümkündür. Azərbaycanın təcrübəsi bu baxımdan dünya üçün real və uğurlu nümunədir.
Bu gün Azərbaycan yalnız öz regionunda deyil, beynəlxalq miqyasda da sülhün, əməkdaşlığın və humanist dəyərlərin təşviqçisi kimi çıxış edir. “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Prezident İlham Əliyevə təqdim olunması isə bu siyasətin ən yüksək səviyyədə tanınmasının bariz ifadəsidir.
Şübhəsiz ki, bu tarixi uğurların arxasında güclü liderlik, milli maraqlara söykənən prinsipial mövqe və xalq–dövlət birliyi dayanır. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyaraq, sabit, təhlükəsiz və firavan gələcəyə doğru inamla irəliləyir.
Ölkə rəhbərinin çıxışı bir daha sübut etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda sülhün, sabitliyin və qarşılıqlı etimadın əsas təşəbbüskarına çevrilmişdir. Dövlətimizin başçısının beynəlxalq nüfuzlu tribunalarda səsləndirdiyi fikirlər ölkəmizin humanizmə, dialoqa və əməkdaşlığa verdiyi böyük önəmi açıq şəkildə nümayiş etdirir. Əbu-Dabidə səslənən bu mesajlar Azərbaycanın qlobal sülh gündəliyində tutduğu mövqenin bariz göstəricisidir. Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində uzun illər davam edən münaqişəyə son qoyulmuş, yeni əməkdaşlıq mərhələsinin əsası qoyulmuşdur. Bu çıxış həm də göstərdi ki, Azərbaycan regional deyil, beynəlxalq miqyasda da etibarlı və məsuliyyətli tərəfdaş kimi qəbul olunur.

Məşhur Məmmədov
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Fevral 2026 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri